Öz ordusunu özü üçün yıxılmaz, möhkəm bir dayaq sütunu sayan Azərbaycanın hərbi qüdrətini nəinki bizlər - Azərbaycan vətəndaşları, həm də bütün dünya gördü. Və inandı ki, münaqişənin qan tökülmədən, sülh yolu ilə həll edilməsinin tərəfdarı olan Azərbaycan özünün hərbi gücü ilə hər şeyə qadir ola bilər.
Aprelin 2-dən 5-dək həyata keçirdiyi əməliyyatlarla işğalçı Ermənistan ordusunun mövqelərinə sarsıdıcı zərbə endirən Azərbaycan Ordusu strateji yüksəklikləri ələ keçirdi, düşməni isə həm canlı qüvvə, həm də texnika baxımından ağır itkilərə məruz qoyaraq, onu panik şəkildə geri çəkilməyə məcbur etdi.
Azərbaycan Ordusunun elə ilk həmlələrindən qorxan ermənilər artıq kəndləri boşaldır və digər yerlərə köçürlər.
Bu əməliyyatlar həm də sərhədyanı zonada, təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrimizi ermənilərin daimi təxribatından qurtarıb, ermənilərin intensiv atəşləri altında öz gündəlik həyatlarını yaşamağa məcbur edilmiş dinc əhalimizin ən əsas hüquqları- təhlükəsiz şəkildə yaşaması təmin edilib.
Çox sevindirci haldır ki, bu gün təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələri erməni hərbçilərinin hədəfində deyil. Çünki artıq Azərbaycan hərbçiləri böyük əraziyə nəzarəti həyata keçirməklə yüksəkliklərin digər tərəfində erməni hərbçilərini təhdid altında saxlaya bilir.
Azərbaycan bu əməliyyatları ilə beynəlxalq aləmə həm də qüdrətli ölkə olduğunu, onun vətənpərvər oğullarının döyüşə daim hazır olduğunu göstərdi.
Azərbaycan ordusunun son nailiyyətləri xarici aləmdə bir mənalı şəkildə deyil- bəzən qısqanclıqla, bəzən isə ədalətlə qəbul edilsə də, bu, bir danılmaz faktdır ki, bu gün Azərbaycana qarşı yanaşma dəyişib, ölkəmiz artıq məğlub ölkə kimi qəbul edilmir. İndiyədək Azərbaycanı məhz bu prizmadan qəbul edərək onun haqlı tələblərini qulaq ardına vuran beynəlxalq ictimaiyyət münaqişənin həllini sanki dondurmaq istəyirdi. Münaqişənin həlli üçün vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun isə əslində missiyasının nədən ibarət olduğu məlum deyildi. Danışıq naminə danışıqlar təşkil edən, işğalçı Ermənistana qarşı heç bir məcburetmə tədbirləri görməyən ATƏT-in və beynəlxalq ictimaiyyətin bu laqeydliyinin nəticəsi göz qabağındadır. Ötən 23 il ərzində Azərbaycan yalnız şəhid verdi. "Atəşkəs" elan edən Ermənistanın atəşkəsi pozması nəticəsində necə-necə oğullarımız erməni gülləsinə tuş gələrək qəhrəmancasına şəhid oldu. Bu şəhidliyin nədən baş verməsi ilə maraqlanmayan ATƏT və digər beynəlxalq təşkilatlar isə tarixi torpaqlarımızın erməni işğalından təmizlənməsi üçün heç bir əməli tədbir görmədi.
ATƏT-in Minsk Qrupu, beynəlxalq aləm həm də əmin oldu ki, Ermənistan-Azərbaycan- Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, hansısa məqamda böyük insan tələfatına səbəb ola biləcək hərbi əməliyyatların başlanması tam realdır.
Buna görə də Minsk qrupu mövcud status-kvonun davam edə bilməyəcəyi qənaətindədir və bu fikir açıq deyilir.
Bu məsələ ilə bağlı bir həssas məqam da qeyd edilməlidir. Bu gün qisas hissi ilə alışan vətəndaşlarımızın döyüşmək istəyi təbii qəbul oluna bilər. Ancaq Azərbaycanın kifayət qədər üstün mövqeyi olduğu bir şəraitdə cəmiyyətdə müharibə çağırışları, hərbi ritorika ölkəmizin əleyhinə işləyir. Bu vəziyyət produktiv danışıqlar prosesinə maneçilik törədir.
Nəzərə almaq lazımdır ki, 3 günlük əməliyyatları ilə düşmənə gücünü göstərən Azərbaycan hərbi əməliyyatları davam etdirsəydi, ona qarşı beynəlxalq ictimai rəy dəyişərdi. Ölkəmiz beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin qınaq hədəfinə çevrilə bilərdi. Azərbaycana qarşı sanksiyalar tətbiq olunardı və məcburetmə tədbirləri həyata keçirilərdi.
Nəticədə Azərbaycan beynəlxalq arenada təklənər, Ermənistana isə beynəlxalq miqyasda kömək göstərilərdi. Beləliklə, bu vəziyyətdən qazanan yenə də Ermənistan olardı. Ona görə də hazırkı dövrdə cəmiyyət bütün mümkün vasitələrdən istifadə edərək daha çox ermənilərə qarşı informasiya müharibəsini gücləndirməlidir.
Mənbə: Trend.Az
XƏBƏR LENTİ
Aprel döyüşlərindən başlayan igidlik yolu: Düşmənin canına qorxu salan hərbçimiz qazi oldu - VİDEOREPORTAJ
"Mənə sənətkar deyin" - Nadir
Azərbaycanda istilik mövsümü yenidən uzadıldı
Günün ulduz falı
Uşaqlar uçun xəz papaqlar
İnternetdə də polis olacaq
Ermənilərə çox sərt sözlər
Ağ evdən 6 ölkəyə dəstək
Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindi
İstirahət gününün HAVAsı
28 dərəcə şaxta olacaq
Ərdoğandan Qarabağ çıxışı
Şəhid oğlu hər kəsi göz yaşına boğdu: “Atamı cəmi doqquz il qucaqlaya bildim” - VİDEOREPORTAJ
Atalar və qızlar
Qaraciyəri təmizləyən qidalar
Disney şəhzadələri standard çəkidə olmasaydı
Ermənilərə daha bir zərbə
Budlardakı yağları əritmək üçün üsullar
Serj Sərkisyan Qarabağın qaytarılması ilə bağlı xalqa müraciət edəcək
Telefonla çəkdiyi şəkil övladını ölümdən xilas etdi - FOTO
Son günlər müşahidə edilən hava şəraiti ilə
Hindistan tarixində ilk dəfə
Uşaqların sosial-psixoloji inkişafı-25
Azərbaycanda göstərilən elektron xidmətlərin siyahısı genişlənib
Şokoladlı, kokoslu yüngül keks (foto resept)
Evdə keratin baxımı
77 kq arıqlayan qadın: "Kimsə inanmırdı, amma bunu etdim" - FOTO
Əkizlərdən birinin oğurlanması iddiası ilə bağlı - Xəstəxanadan açıqlama
Putin ən məşhur agentliklərdən birini bağladı
Arıqlamaq üçün ideal səhər yeməyi.
Bill Geyt "Santa Claus" oldu-FOTO
Osmanlı şərbətinin hazırlanması
Sevgililər, yoxsa bahalaşma günü?
Donan tülkü, yemək axtaran dələlər, buz bağlamış ağaclar
İlham Əliyev xizək sürdü
Azərbaycan klublarının reytinqi açıqlandı
Ziyafət donları
Kağız halva-7
Nağıllar aləmindəki uşaqlar
Bakıda daha bir "yol ələyi" yaradılır
Məhkəmə sistemində ciddi YENİLİK
Günəş
Seda Sayandan qəribə etiraf
Bu il bizi bizi nələr gözləyir?
"Doğrudanmı Avropada məndən yaşlı insan yoxdur?"
Qarabağda döyüşməkdən imtina edən erməni əsgəri ayağından güllələnərək ölümə tərk edilib - VİDEO
Hava haqqında
Vitaminli xörəklər - 2
Bakı 2015: Hansı ölkə medal sayına görə irəlidədir?
Prezident İlham Əliyev kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə bağlı sərəncam imzaladı














