Eşq
Bütün yaratma, yox etmə, cəzalandırma, mükafatlandırma hərəkətlərini anladarkən “Biz” deyə xitab edər Tanrı.
Məd-Cəzir
“Tanrının müqəddəs kitabında niyə çoxluqla danışdığını soruşursan", dedi. “Bilmirəm, amma bəlkə də O da yanlızlığı sevmir”.
Şəhərin aynaları
Mən insan olaraq zaman-zaman yaşamaq məcburiyyətində qaldığımız bütün o iztirabın bir səbəbi olduğuna səmimiyyətlə inanıram. Bəzən Tanrı belə çətinliklərlə inancımızı sınayar. Səbəbsiz sıxıntı yoxdur.
Eşq
Qüsursuzdur Allah, Onu sevmək asandır. Çətin olan xətasıyla, səvabıyla fani insanları sevməkdir. Unutma ki, adam bir şeyi ancaq sevdiyi ölçüdə bilə bilər. Demək, həqiqətən qucaqlamadan birini, Yaradandan ötrü yaradılanı sevmədən nə layiqilə bilə bilər, nə layiqilə sevə bilər.
***
Bütün dinlər eyni dənizə axan çaylardır.
***
Dərviş dedi ki, “Həqiqi Allah aşiqi bir meyxanəyə girdimi, ora ona namazgah olar. Amma əyyaş eyni namazgaha girdimi, ora ona meyxanə olar. Bu həyatda nə ediriksə, edək niyyətimizdir fərq yaradan, surətimiz deyil."
***
Təsəvvüf ümmanına özünü həsr etmək istədiyini deyərsən, amma qarşılığında heç bir əvəz ödəməyə niyyətin yoxdur. İnsan nəyə çox qiymət verirsə, bu dünyada əvvəla ondan qurtulmağı şərtdir bu yollarda.
***
Əgər bütün bunlar Tanrının onun içindən keçməyə məcbur etdiyi bir növ iztirab tunelidirsə, bu qaranlıq dəhlizdən alını ağ çıxacaq və çıxdığı zaman başqa bir qadın olacaqdır.
Əraf
Haqqa təslim olmaq nə zəiflik, nə passivlik deməkdir. Əksinə, belə bir təslimlik üçün son dərəcə güclü olmaq lazımdır. Təslim olan insan daşqın və girdablı sularda çırpınmağı buraxar, əmin bir yerdə yaşayar.
Eşq
Haqqın qarşına çıxardığı dəyişmələrə müqavimət göstərməkdənsə təslim ol. Burax, həyat sənə rəğmən səni əldən salaraq deyil, səninlə bərabər axsın. “Nizamım pozulur, həyatım alt-üst olur" deyə təlaşlanma. Hardan bilirsən ki, altı üstündən daha yaxşı olmayacaq?
***
İnsan bir gecədə iman sahibi olmaz. Adam özünü inanclı zənn edər, amma gözlənməyən bir iş gələr başına tərəddüdə düşər, çalxanar. Təkrar özünə dönər, imanı qüvvətlənər, yenidən yuvarlanar şübhə çuxuruna... Bu belə davam edər. Bəlli bir mərhələyə çatanadək bir o yana bir bu yana sovrularıq. Gah mömin, gah kafir, gah tərəddüd edən, gah Cənnətlik, gah Cəhənnəmlik olarıq. Ancaq belə irəliləyə bilərik. Hər addımla haqqa bir az daha yaxınlaşarıq. Şübhə etmədən iman olmaz.
***
Allah xaricdə və daxildə hər an hamımızı bütünə çatdırmaqla məşğuldur.Tək-tək hər birimiz tamamlanmamış sənət əsəriyik. Yaşadığımız hər hadisə, sovuşduğumuz hər bəla əskiklərimizi düzəltmək üçün planlanmışdır. Rəbb nöqsanlarımızla ayrı-ayrı məşğul olar, çünki bəşəriyyət deyilən əsər qüsursuzluğu hədəflər.
***
Cənnət və Cəhənnəmi gələcəkdə axtarma, ikisi də bu an burada mövcuddur. Nə vaxt birini hesabsız, çıxarsız sevməyi bacarsaq və eynilə elə sevilsək, Cənnətdəyik. Nə vaxt birinə nifrət etsək, davalaşsaq, həmin an Cəhənnəmə düşərik.
***
Hər şey köhnə halına dönürdü. Demək ki, hər şey keçmişə dönə bilər, köhnə zənn etdiklərimiz hec cür köhnəlmirdi.
Məhrəm
"İndi" xaricində hər şey bir yanılqıdan ibarətdir. Eyni səbəbdən ötrü eşqin nə "gələcək planları", nə "dünənin xatirələri" ilə əlaqəsi olduğuna inanırdı. Eşq sadəcə indi və buradaydı.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Tələbələrdən polislərə qəribə sürpriz -FOTO
İnsanların daha sonra çəkdikləri peşmanlıqlar
Aleyna Tilki açıqlama verdi
Siçovul göstərdiyi şücaətə görə medalla təltif olundu - VİDEO
Ətəklər
Ermənilər Ağdam sakinini yaraladılar
Gizli dünyaya açılan qapı-İddia
Yumurtalı tava tostu (foto-resept)
Zooparkdan 14 şir qaçdı
Yunan Küftəsi -"Köftedes" (foto-resept)
Apple servisləri artırır
C.K.Roulinq nevroloji xəstəxanaya 18,8 milyon dollar bağışladı
Litvada Xocalı faciəsinə həsr olunmuş fləşmob
BMT xəbərdarlıq edir: BELƏ İSTİLƏR NORMAYA ÇEVRİLƏ BİLƏR
Kredit götürmək istəyənlər bu xəbəri mütləq izləsin!
Bir-birinə bənzəyən analar və qızlar
Ermənilər Azərbaycan Ordusunun Laçının Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub - RƏSMİ
Dünya Kubokunda 3-cü olduq
Tətildə izləyə biləcəyiniz filmlər
DJ sevgilisi Şeyma Subaşıya xəyanət etdi
Apple 302 milyon dollar cərimələbdi
Hamburger çörəyi (video-resept)
Kişilərə bunları bilmək vacibdir
İkinci, dağılmış Yer tapıldı
Praqa tortu (foto resept)
"Bizim hikaye" erkən FİNAL edir-SƏBƏB
Koronavirus testlərinin götürülməsi səlahiyyəti poliklinikalara verilib? - RƏSMİ AÇIQLAMA
Sızanaq yaranmasına mane olan maska
Kökəlmək istəyənlərin menyusu
Qadın gərək hər yaşda gözəl olsun.
2014-cü ilin yataq otağı modelləri
Meyvələrdən üç meyvə var...
Mini ətək sevirsən? Sellülitə də hazır ol!
Seçki məntəqələrində təcili tibbi yardım briqadaları fəaliyyət göstərəcək
Kəsmikli-limonlu peçenye (foto resept)
Yenidən evlənmək sədaqətsizlikdirmi?
Qeyri-adi tortlar
Balanın ana sevgisi: kövrək hekayət
22 yaşlı gəncin qolları Çürüyür-FOTO
Bakı 4-cü yerdədir
"Son zəng"in vaxtı məlum oldu
Evinizdəki boş yerlər üçün dekorasiya
Ahmet Kural həbs edildi
İstirahət gününün HAVAsı - XƏBƏRDARLIQ
"Reuters": Xəzərdə 32 nəfər ölüb
Ən güclü şəbəkə yaradılacaq
Ermənilər cəbhədə minaatan və pulemyotları işə saldılar
Məşhur müğənni üçüncü dəfə ana olacaq-FOTO
Günün qoroskopu: iş və gərginlik artır
Xınayaxdı mərasimi
- ŞƏRHLƏR