Artıq iqtisadi mübahisələrlə bağlı vətəndaşlar məhkəmələrə müraciətlərini (iddia ərizələri, şikayətlər, digər sənədlər) həm də elektron qaydada təqdim edə biləcəklər. Həmçinin məhkəmə bildirişləri, məhkəmə baxışı ilə bağlı digər uyğun məlumatlar elektron poçt və telefonlara sms vasitəsilə göndəriləcəkdir. Şəxslər elektron-məhkəmə informasiya sistemində qeydiyyatdan keçməklə və yaratdıqları elektron-kabinet vasitəsilə bu xidmətlərdən istifadə edə biləcəklər.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklər edilməsi ilə bağlı parlamentin gündəliyində olan Qanun layihəsinin mahiyyətini izah edərkən bildirib.
Onun sözlərinə görə, Qanun layihəsinə əsasən, iqtisadi mübahisələrlə bağlı məhkəmə iclaslarının fasiləsiz video-audio yazılışının aparılması da təmin ediləcəkdir: "Mövcud layihənin yalnız iqtisadi mübahisələr üzrə işləri əhatə etməsi sistemin yeni tətbiq ediməsi və pilot layihə xarakterli olması ilə bağlıdır. Gələcəkdə bu sisteminin əhatəsi genişlənəcək və bütün məhkəmə işlərini əhatə edəcəkdir. Bu dəyişiklik Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış "Elektron məhkəmə" informasiya sisteminin fəaliyyətini təmin etmək məqsədini daşıyır . Bu informasiya sisteminin fəaliyyəti şəxslərin məhkəmələrlə olan ünsiyyətində şəffaflığı, aşkarlığı və məmnunluğu, insanların hüquqlarının səmərəli müdafiəsini və hər hansı neqativ halların qarşısının alınmasını təmin edəcəkdir".
Qeyd edək ki, Yeni Qanunun 2017-ci il 1 yanvar tarixindən qüvvəyə minməsi nəzərdə tutulur.
Milli.Az
XƏBƏR LENTİ
Müxtəlif yastıq modelləri
Geyim dəstləri
Tireoid hormonların funksiyaları
Tavada "Lahmacun" (video-resept)
“Kuruluş Osman” serialı başlamadan REKORD QIRDI - VİDEO
Səhərlər şişən gözlər üçün təbii həll
Heyva ilə gözəlləşin
Bakıda hava mülayimləşəcək
Oksana kraldan olan oğlunun üzünü göstərdi - FOTO
Günün qoroskopu:Uğurlu gündür!
Şahdağ MDB-də ilk üçlükdə
Ana olmaq asandır, bəs sonra?
Ermənistandan aprel müharibəsi şərti
Bakı qeydiyyatında olanlar rayondan necə gələcək?
İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO
Qadın snayperlər yetişdirəcəyik
Hava haqqında - 11.10.2013
Uşaqları necə arıqlatmaq olar?
Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (4-cü hissə)
2021-ci ildə Azərbaycanda doğulan ilk uşaq
Azərbaycan Müəllimlər İnstitutunun direktoru qovuldu
Neçə müəllim çöldə qalacaq?
Gözəl dırnaqlar
Hulusi Akar: “Monitorinq mərkəzində xidmət aparacaq türkiyəli hərbçilər Azərbaycana yollanıb” - VİDEO
Yenə yağış yağdı: Bakını tıxac bürüdü
Dnepropetrovskidən Bakıya birbaşa təyyarə reysi açılır
Atalar sözləri
Qara nöqtələr üçün qəhvə maskası
Kəs və yapışdır-5
Gözəl dəri üçün 7 əsas qida
Sərt karantinin yumşaldılmasından sonra çimərliklərdə ilk gün - VİDEOREPORTAJ
Eşqə oyanmaq
Yeni qaydalar: ölülərimizi başqa cür basdıracağıq
Meksikada 5,7 bal gücündə zəlzələ baş verib
Təbii yolla daha sağlam həyat
Kim Çen Inın sevimli böyük oyuncağı
"Eurovision 2019" bu gün başlayır
Alimlər dəniz dibindəki yatmış nəhəngi tapdılar
V Üzeyir Hacıbəyli festivalı çərçivəsində türkdilli xalqların müasir musiqisindən ibarət kamera konserti olub
Əlillərin reabilitasiyası ilə bağlı yenilik
Bölgələrdə Ulu Öndərin xatirəsi anılır
Toyuq qutabı (foto-resept)
Müxtəlif ölkələrdən olan və bir-birini şəxsən tanımayan bəy və gəlinin qeyri-adi toyu - VİDEO
I sinfə Qəbul Qaydalarında Dəyişiklik
Qızıl iPhone X satışa çıxarılacaq
Qaşıqla üz masajı
Bakı Rusiyadan ad istəyir
Həkimlər xəbərdarlıq edir
Qaraçı toyu: bəyin 11, gəlinin 13 yaşı var
DİN: 21:00-dan sonra yaşayış ünvanı tərk edilməməlidir














