Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların aparılması ilə bağlı növbəti dəfə açıqlama verib.
Milli.Az anspress-ə istinadən xəbər verir ki, Nalbandyan Avropa Birliyinin Cənub Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Herbert Zalberlə görüşdə danışıqlar prosesinin bərpa edilməsinin mümkünlüyü barədə müzakirələr aparıb.
Ermənistan XİN başçısı İrəvanın aprel döyüşlərinin təkrarlanmayacağı təqdirdə indiki halda danışıqlar masasına oturmağa hazır olduğunu bildirib. Nalbandyanın sözlərinə görə, bu addım danışıqlar prosesinin davam etdirilməsi üçün şərait yaradacaq.
Zalber isə öz növbəsində deyib ki, Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur və Avropa Birliyi ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətindəki səylərini dəstəkləyir.
Edvard Nalbandyan bundan əvvəl də Ermənistan prezidenti Serj Sarkisyan danışıqlardan imtina etməsi ilə verdiyi bəyanata əks açıqlama vermişdi.
Belə ki, aprelin 24-də Sarkisyan bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə "istənilən an" başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır.Ermənistan prezidenti müsahibədə ilk dəfə açıq şəkildə bildirib ki, danışıqlardan imtina edir və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır.
"Rusiyanın vasitəçiliyi altında əldə edilən atəşkəs daha geniş miqyasda müharibənin əngəllənməsi üçün kifayət deyil", - Sarkisyan bildirib.
Ermənistan prezidenti aprelin əvvəllərində gedən döyüş əməliyyatlarından danışarkən deyib ki, Azərbaycan döyüşlərə "bir neçə yüz tank və 30 minə yaxın artilleriya qurğusu" cəlb etmişdi.
"Təhlükəsizlik qarantiyası olmadan Ermənistanın sülh danışıqlarına qayıtması ağlasığmazdır. Çünki indi situasiya tamamilə başqadır. Bir tərəfdən biz haradasa danışıq aparacağıq, o biri tərəfdən hərbçilər burada münaqişəni həll etməyə çalışacaqlar?" -Sarkisyan deyib.
Lakin qısa müddət sonra Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bəyan etdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesindən imtina etmir.
Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərinə hücum edib. Azərbaycan Silahlı Qüvvələri əks hücuma keçərək qarşı tərəfə sarsıdıcı zərbələr endirib.
Ermənilərin 300-dən çox hərbçisi ölüb, 500-dən çoxu yaralanıb, onlarla hərbi texnikası məhv edilib. Azərbacyan SQ bir sıra strateji yüksəklikləri işğaldan azad edib.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Balıq kotleti (foto resept)
İşləyən qadınlar üçün asan saç modelləri
Rus jurnalistdən ermənilərə layiqli cavab: "Bu, lap ermənicədir"
Yer qaranlığa qərq olacaq? - AMEA-dan AÇIQLAMA
Bunlari bilirsinizmi?
BÜRCLƏR bizə nə vəd edir?-25 Mart
Məşhurların uşaqlıq şəkilləri
AMEA-da akademik Vəli Axundovun 100 illik yubileyi qeyd olunub
Putin Bakıda Əliyevlə Qarabağdan danışacaq
Pensiyalar artırılacaq – RƏSMİ
Cemli, halvalı peçenye (foto resept)
Turşu yeməyin faydaları
Türkiyədə seçki başladı
Microsoft-un yeni möcüzəsi
Ev heyvanları uşaqları allergiyadan qoruyur
Manyak pərəstişkarina görə evini dəyişdi-FOTO
Baş Prokurorluq və DTX birgə məlumat yaydı
"Sofiya Rotaru"nun cavan qalma sirri
Günün ulduz falı
Kəşf edilmiş güzgü
Rentgen radiasiyasından keçmiş məhsulları yemək olar? - Mütəxəssis açıqladı
Dünyanın ən uca zirvəzində ilk fırıldaq
Əhalinin səhiyyə xidmətlərindən məmnunluq səviyyəsi öyrəniləcək
Ombaları möhkəmləndirmənin yolları
Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA
Kərə yağı adı ilə satılan yağlar ziyanlıdır? - RƏSMİ AÇIQLAMA
Qandakı şəkəri dərhal ölçən cihaz
Məhərrəm ayı ilə bağlı fətva verildi
Tayson və Cons “Black Lives Matter” titulu uğrunda şou-döyüş keçirəcəklər
Çexiya ermənilərə rədd cavabı verdi
Yaşıl pomidor salatı (foto-resept)
Bu gün birinci sinfə elektron qeydiyyat başlayır
Hərbçilərimizin Sumqayıta həsr etdikləri ifa Rusiya mediasında - VİDEO
Kəpəyə qarşı təbii üsullar
Ermənistan müstəqil dövlət kimi davrana bilmir
"Eurovision" təmsilçimiz kim olacaq?
Emin Ağalarov: "Maaşları verə bilmək üçün 3 avtomobilimi satmışam"
Dünyanın ən eybəcər iti öldü
Qadınların sevimli payız aksesuarları
Sərt karantin tətbiq etməyən İsveçdə koronavirusa yoluxma kəskin azalır
Azərbaycanda yetim uşaqlar təhsil haqqından azad edildilər
30 milyona ev aldılar
Beren Saat boşanması haqqında İLK DƏFƏ DANIŞDI
Dünya nə vaxta qədər koronavirusun təzyiqi altında yaşayacaq?
Qan tərsinə dövran edəndə...
Hazal Kaya ona yazılan məktublardan danışdı
"Uşaqlıqdan gimnastika ilə məşğul olmuşam"
Günün qoroskopu: təmaslarda diqqətli olun
Saç tökülməsinə qarşı maska
"Şaban"ın xatirəsinə pul buraxıldı - FOTO