Sentyabrın 19-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Ü.Hacıbəyli adına Konsert salonunda V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində türkdilli xalqların müasir musiqisindən ibarət kamera konserti olub.
İttifaqın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konserti açıq elan edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə qonaqları salamlayaraq dahi Üzeyir bəyin Azərbaycan musiqisinin inkişafındakı böyük əməyindən söhbət açıb. Sonra F.Əlizadə ABİ-nin yeni üzvləri bəstəkar Pikə Axundovaya, həmçinin musiqişünaslar Xatirə Həsənzadə və Əminə Əliyevaya üzvlük kitabçalarını təqdim edib.
Daha sonra Əziz Qarayusifli Türkiyə bəstəkarı Özkan Manavın solo klarnet üçün "Taksim" əsərini səsləndirib.
Konsertdə, həmçinin Şəhriyar İmanovun öz ifasında solo tar üçün "7 məqam", Mədinə Şahgəldiyeva (kamança) və Sevinc Kərimovanın (piano) ifasında Dadaş Dadaşovun kamança və piano üçün "Şərq kapriççiosu", Leyla Əliyeva və Aynur Xəlilovanın ifasında Sərdar Fərəcovun iki piano üçün (Azərbaycan) "Konsert süitası" səsləndirilib.
Proqramda, həmçinin tatar bəstəkarı Rəşid Kalimullinin soprano, fleyta, violonçel, piano üçün "Rivayat" poeması, özbək bəstəkarı Rüstəm Abdullayevin piano üçün "Novruz freskaları", Azərbaycan Bəstəkarlar İttifaqının katibi Aliyə Məmmədovanın solo violin üçün "Şövq", qazax bəstəkarı Artık Toksanbayevin trio üçün "Steppe sketshes" əsərləri də ifa olunub. Əsərləri Fatimə Cəfərzadə (soprano), Nicat Salmanov (fleyta), Eyyub Əliyev (violonçel), Leyla Əliyeva (sprano), Aynur Xəlilova (violin), Ümidə Abbasova (violin) səsləndiriblər.
Tanınmış xanəndə Mütəllim Dəmir Şəhriyar İmanov (tar) və Elvin Novruzovun (kamança) müşayəti ilə Şəfiqə Axundovanın "Neyçün gəlməz" mahnısını oxuyub.
Mənbə: Milli.az
XƏBƏR LENTİ
Şuşasız 25 il...
Bakıda sürücülər və piyadalar üçün yeni xəbər
Daha çox hansı yaşda xoşbəxt oluruq?
12 il sonra sahibini tapdı
SON DƏQİQƏ: Azərbaycanda zəlzələ baş verdi
"Neftçi" fanatlarına şad xəbər
İdmançımız erməni rəqibini “sürüdü”
Sərxoşluqdan əziyyət çəkən məşhurlar - SİYAHI
Məşhur aktrisanın 1 milyonluq bağ evi-FOTO
İŞİD xristianların şəhərini tutdu
Kosmosdan sirli səslər gəlir
Robert Pattinson yeni İMİCDƏ-FOTO
Sabah hava necə olacaq?
"Ən zövqsüz geyim"...
Günün qoroskopu:Maraqlı xəbərlər eşidəcəksiniz
Kraliça moda şousuna qatıldı - FOTO
Qapıdan at nalı asmaqla evin ruzisi artarmı?
Saqqız çeynəmək orucu pozur? - Dini qurumdan FİTVA
Bişkekdə MDB hökumət başçılarının iclası ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilir
Bakıda anomal şaxtalar gözlənilir
Ana südü hansı orqanın məhsuludur?
Uşaqlar kifayət qədər hərəkət etmir
Leyla Əliyeva “Azərbaycan. Ceyranların xilası” sənədli filminin təqdimatında iştirak edib
Xiyar turşusu (foto-resept)
Saçaqlı geyimin tikilişi
Şeymanın sevgilisi ətək geyindi-FOTO
“Yalandan deyirlər ki, kərə yağıdır” - VİDEO - FOTO
Möcüzə şəkillər
"Elen və uşaqlar" serialı ilə bağlı 8 maraqlı fakt
Toyuq ətindən isti yemək (foto resept)
Əfsanəvi futbolçu xəstəxanaya düşdü
Ev almaq istəyənlərə şad xəbər
Cennifer Enistondan gözlənilməz addım-FOTO/VİDEO
HAVA necə olacaq?-5 FEVRAL
ABŞ-da Azərbaycanla bağlı veriliş yayımlandı
2015-ci ilin ən yaxşı filmləri seçildi
Lobyalı şorba
Asiyalar niyə arıq olur?
TQDK nəticələri açıqladı
20 aylıq körpə transfer olundu
Canlılar danışmadan necə xəbərləşirlər
Hər kəs bu cütlükdən danışır-FOTO
Parisin simvolu
İkinci dəfə evlənməyə hazırlaşan valideynlər, bu yazını oxuyun!
Love you forever
Azərbaycanın moda tarixinə QÜRURVERİCİ HADİSƏ - FOTO
Sentyabrın 26-ı qeyri-iş günü olacaq
Qadınlar rəssamların gözü ilə
Qaxda yeni körpü salınır
Barak Obamadan İrana jest