"Bu gün bölgədə Azərbaycan və Ermənistan arasındakı hərbi güc balansının nisbəti çox dəyişib. İnanıram ki, qarşıdakı günlərdə Azərbaycanın işğalçı Ermənistana qarşı təzyiqləri daha da artacaq".
Milli.Az bildirir ki, bu fikirləri publika.az-a eksklüziv açıqlamasında Türkiyə Hava Təşkilatı Universitetinin rektoru, Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılgan bildirib.
Türkiyəli general deyib ki, artıq Qarabağ münaqişəsi həllinin vaxtı yetişib. Onun sözlərinə görə, indi bölgədə Azərbaycan Ermənistandan qat-qat güclü dövlətdir: "İndiyədək Rusiya-Ermənistan münasibətləri və Qərbin ikili standartlı siyasəti Qarabağın həll olunmasına imkan vermirdi. Bütün bunlar Qarabağ münaqişəsini "dondurulmuş" vəziyyətə gətirmişdi. Bu münaqişənin həlli ilə ciddi olaraq Azərbaycan və Türkiyədən savayı maraqlanan dövlət yox idi. Ancaq son vaxtlar münaqişənin həllində irəliləyişlərin olması barədə xəbərlər eşidirik. Təbii ki, bu bizi çox sevindirir. İnşallah, tezliklə Qarabağ münaqişəsi də ədalətli həllini tapar, Cənubi Qafqazda da sülh və sabitlik dövrü mövcud olar. Əks halda bu münaqişənin hərbi yolla həlli ən çox Ermənistana zərbə vuracaq. Çünki hazırda Ermənistan iqtisadiyyatı çökmək üzrədir. Eyni zamanda da Azərbaycanın müdafiə xərcləri Ermənistanın ümumi büdcəsindən qat-qat çoxdur".
Kürşat Atılgan qeyd edib ki, adətən, müharibənin qalibi daha çox müdafiəyə sərf olunan xərclər və hərbçilərinin peşəkarlığı ilə ölçülür:
"Türkiyə də Azərbaycan müstəqillik qazandıqdan bəri bu ölkəyə ciddi hərbi dəstək verir, ordu quruculuğu və kadr hazırlığı işində yaxından köməklik göstərir. Çünki Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Ona görə də Türkiyə bölgədə Azərbaycanın öz suverenliyini təmin etmək üçün müdafiəsi işinə böyük dəstək göstərir".
General vurğulayıb ki, hazırda Azərbaycan ordusu bölgənin ən güclüsünə çevrilib: "Ötən günlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunması ilə bağlı mediada məlumatlar yer alıb.
Türkiyə hər zaman Azərbaycanın tarixi parçası və ayrılmaz hissəsi olan Dağlıq Qarabağın işğaldan azad olunması üçün bütün dəstəyi verir və bu dəstək bundan sonra da davam etdiriləcək. Azərbaycan torpaqlarının işğaldan azad olunması və Dağlıq Qarabağ probleminin tezliklə həll edilməsi Türkiyə üçün vacib əhəmiyyət kəsb edir. Çünki Dağlıq Qarabağ türk dünyasının bir hissəsidir. Ermənistan beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq, Azərbaycan torpaqlarını işğal edib. Bu işğalın tezliklə sona çatmasını təmin etmək lazımdır. İnşallah Azərbaycan ordusu daha da irəli gedərək, Ermənistanın işğal etdiyi torpaqları geri qaytaracaq. Burada əsas məsələni hərbi güc təyin edir ki, Azərbaycanın da kifayət qədər hərbi büdcəsi var. Azərbaycan milli hərbi sənayesini daha da genişləndirməlidir. Bilirsiniz ki, Türkiyənin hərbi sənaye sahəsində böyük təcrübəsi var. Azərbaycan bu sahədə Türkiyə ilə daha yaxından əməkdaşlıq etməli, birgə layihələrdə təmsil olunmalıdır. İnşallah ən yaxın zamanda Azərbaycanın haqlı mübarizədən qalib ayılacağına hər birimiz şahidlik edəcəyik".
Sabiq millət vəkili vurğulayıb ki, Ermənistanın hərbi işğalı nəticəsində Qarabağdan çıxarılan azərbaycanlıların başına gətirilən faciələrə son qoyulmalıdır: "Ona görə də bu işğala dünya birliyi də artıq "yox" deməlidir. İnanıram ki, Azərbaycan ən yaxın zamanda işğal altındakı torpaqlarını azad edəcək".
Milli.Az
XƏBƏR LENTİ
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Yay vaxtına keçid bizə nə verir?
Ali təhsildə yenilik
Yadda qalan günlər
Yediklərimiz dərimizə necə təsir edir?
İctimai Şuranın sədr müavini: “Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
HAVA necə olacaq?- 25 APREL
Koronavirusu daha rahat keçirməyin üsulu məlum oldu
Macar kababı (foto reept)
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Cəbhədə nə baş verir?
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
"ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə "Sən azərbaycanlısan" adlı konsert keçirildi
Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Alişan və Buse birlikdə veriliş aparacaqlar
Münasibəti məhv edən 5 xəta
Azərbaycanda teatrında yenilik
Sabahın hava proqnozu
Qohumla ailə qurmaq düzgündürmü?
“Ağıllı” saatlar üçün antivirus
Alimlər beyin skaneri yaratdılar
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Dolunay Soysert çəkiliş vaxtı ciddi xəsarət aldı-FOTO
Oriqami ilə gül düzəldilməsi
Tənbəllikdən xilas ol
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Milyarderlər harada dincəlirlər?
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
4000 miqrant xilas olundu
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
Ərdoğan Quran oxudu - VİDEO
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
Xərçəng xəstələrinə tövsiyələr
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Azərbaycanda iki gün iş olmayacaq!
VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar var
Hicablı xanımlar üçün
Bakıda misilsiz endirim başladı
Cazibədarlığınızı artıran davranışlar
Naxçıvanda orduya əmr verildi
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Makiyaj fırçalarını necə təmizləməli?
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü