Xalq artisti Aygün Kazımova digər xalq artisti Flora Kərimovanın fikirlərinə münasibət bildirərək yeni qalmaqalın təməlini atıb. Belə ki, A.Kazımova F.Kərimovanın SSRİ xalq artisti Zeynəb Xanlarova haqda dediyi "Onun ifa etməsi sənət və sənətkarlıq deyil" sözlərinə etiraz edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Flora Kərimova A.Kazımovaya açıq məktub ünvanlayıb.
Flora Kərimovanın fikirlərini əks etdirən açıq məktubu olduğu kimi təqdim edirik:
"Jurnallarda qadın ləyaqətini tapdalayıb, azəri kişisinə utanc gətirən, yataq pantalonunun qırçınlarını mediada bəh-bəhlə nümayiş edən, nəyin bahasına olursa olsun, həmişə diqqət mərkəzində olmaq düçarına düşən, bu yaşda açıq-saçıq davranışına "bəsdir" demək iqtidarına çatmayan qız anası Aygün Kazımovaya açıq məktub...
Aygünün "Zeynəb Xanlarova Azərbaycan musiqisini, mədəniyyətini, bayrağını, millətini ən layiqli təbliğ edən, ucaldan, inkişaf etdirən, əvəzolunmaz, təkrarsız sənətkarımızdır. Onunla yalnız fəxr etmək və qürur duymaq gərəkdir. Başqa söhbətlərə ehtiyac yoxdur" ismarıcına cavabım budur:
Allah səni Azərbaycan musiqi və dünya vokal tarixinə qızıl hərflərlə düşməkdən, əsl sənətkarlar ailəsində püxtələşməkdən məhrum edib. Mənim sənətə olan təsəvvürümü, zövqümü dahilər- Bülbül, Rəşid Behbudov, ustadlar- Şövkət xanım, Sara xanım, Rübabə xanım, taleyi kəm olan Fatma xanım və indi də nümunə kimi qəbul olunanlar formalaşdırıb.
Sənin isə seçdiyin "dünya şöhrətli", vətəndaş borcunu şəxsi mənafeyinə qurban verən, millətinə qara camaat deyən, müstəqillik əleyhinə səs verən, torpağımıza neçə illərdir göz dikən və əsrlərlə işğal edən ermənilərlə sülh istəyən Zeynəb Xanlarova oldu. Həyatınla bağlı bir neçə epizodu xatırladıram. İllər öncə məni axtardın, axır ki, gecə saat 12-dən sonra bağda tapdın və Röya ilə qırğın zamanı məndən nicat, dəstək istədin. Aldın da... ATV və onun milyon tamaşaçıları buna şahiddir. Bir neçə ildən sonra təkbaşına öhdəsindən gəldiyim İlhamə ilə sənin ölüm-dirim savaşında sənə dəstək oldum. Natavanla sənin döyüşündəki məğlubiyyətin hələ də dillər əzbəridir. Həmişə güvəndiklərin də səni meydanda tək qoyub, dəstək verməkdən də vaz keçdilər.
Sənətə təzə qədəm qoyan zaman bozqurdlardan olan, dostun "X" nəfərin qan davasından dəfələrlə qurtaran da mən oldum. Dağıl dünya, dünənki cücə cip-cipliyi ilə mənə mənəviyyat, vətəndaş, sənət dərsi öyrətmək xülyasına düşüb. İnsanlar var ki, başına qapazı Allah vurur. Tiplər var ki, özləri özlərini qapazlayırlar. Görünür, Aygün öz təbiətinə uyğun seçimini çoxdan edib. Əvvəl isti-isti danışıb, sonra fərqinə varan - sənin zövqünü tərbiyə etmək fikrindən çox-çox uzağam, artıq gecdir. Sənin bu halına məyusla təəssüflənən müstəqil Azərbaycanın ilk xalq artisti Flora Kərimova!"
Milli.Az
XƏBƏR LENTİ
Köhnə-yeni prezident
Banan qabığı təbii məlhəmdir
Qənirə Paşayeva ön cəbhədə sakinlər və hərbçilərlə görüşüb
İlham Əliyevin “Nikkei”yə müsahibəsi ən çox oxunan məqalə oldu
Azərbaycanda tədrisin dayandırılması müddəti uzadıldı - RƏSMİ
Solaxaylıq:mif və reallıqlar
Ombudsman UNICEF-dən erməni terrorunun kiçik qurbanlarına qarşı daha şəffaf münasibət istədi
Məsləhətinizə ehtiyacım var...
Aşiq olacağınız 15 film qəhrəmanı
Bella Hadid ərəblərdən üzr istədi-SƏBƏB
Ən böyük bina bu olacaq
Rusiya Azərbaycan FHN-ə mobil konteynerlər göndərdi - VİDEO
Quş lələyindən sırğalar
Qayınana: birgə, yoxsa ayrı yaşamalı?
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
Nadejda Babkinanın sözlərinə kimsə inanmadı
Vanna otağının interyeri üçün məsləhətlər
Obama Suriya məsələsində ABŞ ictimaiyyətini inandırmağa çalışdı
Azərbaycanda koronavirusa görə məktəblərdə tədbirlər məhdudlaşdırıldı - FOTO
Ermənistanda cəbhəyə getməkdən imtina edənlərin övladları girov götürülür
Yeni İllə bağlı bir həftəlik qeyri-iş günü?
Prezident : "Həkimlərin peşəkarlığı, bilikləri artmalıdır"
Kartofun topdansatış qiyməti də artdı
Obama iftar verdi
Dövlət başçıları Minskdə MDB sammitində iştirak etmək üçün Müstəqillik Sarayına gəliblər
Günün ulduz falı
SMS icazənin ləğvindən sonra Bakı - VİDEOREPORTAJ
Ramazan təqvimi ilə bağlı xəbərdarlıq
Ledi Qaqadan gözlənilməz açıqlama
Xocalının Quşçubaba kəndi Baharlı adlandırıldı
Bu vitamin COVID-19 RİSKİNİ AZALDIR
Səs gigiyenası üçün bilməli olduqlarınız
Dübəndidə yeni şəhər salınacaq
Günün tövsiyəsi: film, mahnı, kitab
Cardi B Siyasətçi olmağa hazırlaşır
Bilsəydim kaş...
Kəsmikli, almalı piroq-"Payızın rəngləri"
Qızıl ucuzlaşır
Hamiləliyin qarşısını almaq üçün ƏN QƏDİM və DƏHŞƏTLİ ÜSULLAR
Döllənmə
Ofisdə ayaq vannası? - Yox-yox...
Bu bölgələrdə həftəsonları ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq
Üz formasına görə makiyaj
Məktəblilərin ağır çantaları: nə etməli?
"Bakı-2015"ə azı 20 ölkə rəhbəri gələcək
Üz cizgilərinə görə xarakter
Mənzili kirayə götürərkən yazılı müqavilə bağlamaq lazımdırmı?
Kremli qurabiyə (foto-resept)
Ölüləri həyata qaytarmaq üçün cəhd - QƏRİBƏ YENİLİK
Çantanızda nələr var?