Azərbaycan sərhədçiləri 15 İyun - Milli Qurtuluş Gününün 25-ci ildönümünü yüksək səviyyədə qeyd edirlər.Dövlət Sərhəd Xıdmətının (DSX) mətbuat mərkəzındən Publika.az-a verilən məlumata görə, Xidmətin hərbi qulluqçuları “Zəfərə doğru” möhtəşəm bayraq yürüşü ilə dahi öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək şərəfinin yaratdığı qürur və iftixar hisslərini nümayiş etdiriblər.Tədbir Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən hərbi hissəsində dövlət himninin səslənməsi ilə başlayıb. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan xalqının Milli Qurtuluş Gününün 25-ci ildönümü münasibətilə şəxsi heyəti təbrik edib. O, xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin sarsılmaz iradəsi, əzmi və zəngin dövlətçilik təcrübəsi sayəsində qısa zaman ərzində ölkədə sabitliyin bərpa edildiyini, tənəzzülün qarşısının alınaraq dövlətçiliyimizin qorunduğunu, müstəqilliyimizin əbədiliyinin və dönməzliyinin təmin edildiyini vurğulayıb.95 illik yubileyini qeyd etdiyimiz Ümummilli Liderin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığı qeyd olunub.Təntənəli düzülüşdən sonra 2 kilometr uzunluğunda olan dövlət bayrağımız başda DSX-nin rəhbər heyəti, generallar və zabitlər olmaqla 2000 nəfərdən çox sərhədçinin çiyinləri üzərində hərbi hissədən çıxarılaraq vətənpərvərlik mahnılarının sədaları və yerli sakinlərin izdihamlı alqışları altında zəfər yürüşü keçirilib.Yürüş iştirakçılarının önündə gedən Qarabağ atları üzərində sərhədçi süvarilərin böyük fəxrlə başları üzərinə ucaltdıqları müqəddəs dövlət bayrağımızın tədbirə cəlb olunmuş zirehli döyüş texnikalarının üzərində də dalğalanması, bayrağımızdakı səkkizguşəli ulduzu tərənnüm edən 8 helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib.Yürüş iştirakçıları ölkəmizin ərazi bütövlüyünün bərpası və Vətənimizin bütün sərhədlərinin dövlət bayrağı altında mühafizə altına alınması uğrunda savaşa sərhədçi hazırlığını nümayiş etdiriblər. Zəfər yürüşünün çoxsaylı gənclər və uşaqlar tərəfindən böyük çoşqu ilə izlənilməsi, hərbi qulluqçularla təmasda olmaları, fotoşəkillər çəkdirmələri vətənpərvərlik ruhunda təşkil olunmuş tədbirin tərbiyəvi əhəmiyyətini də artırıb.“Zəfərə doğru” sərhədçi yürüşü Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyimizi qüdrətləndirəcək və bütün sərhədlərimiz boyu üçrəngli bayrağımızı dalğalandıracaq böyük zəfərlərin təzahürü olub.
XƏBƏR LENTİ
Fitnes ulduzlarının da qarnı olur
Sürücülərə müjdə: az qaldı
Gül, axı xəstəsən!
"Cinayət və Cəza" əsərinin cizgi filmini çəkdi
Maskalar və gözəllik sirləri (I hissə)
Balalarını xilas etmək üçün özünü fəda etdi - VİDEO
Dərini qidalandıran maska
“WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək
Türkiyədə "Qarabağ" adlı klub yaradıldı
"Kanal S"in 5 yaşı tamam olur
İlin ən ağır günü
"Arzu, salamat qal" yazan neftçinin meyidi tapıldı
Cenniferin yeni filminin trelyeri yayımlandı
Qarın əridən qidalar - SİYAHI
Qızılın qiyməti artacaq
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Düşmən hərbçilərimizi iriçaplı pulemyotlardan və snayperlə atəşə tutdu
Yeni il üçün manikür modelləri
Ev şəraitində gözəlləş!
Şəkidə fənn olimpiadasının zona turu keçirilib
Elnur Hüseynov birinci oldu
Tibbi sığortaya az qaldı
Nazirlik işçilərinin maaşını niyə kəsir?
Arıqladan cəfəri suyu
Havalandırma sistemləri koronavirusa yoluxmanı artırır - RƏSMİ
Turistlərlə kobud rəftar edən ölkələrin adı açıqlanıb
"Dünyanın ən gözəl ombası" seçildi - FOTO
Leyla Əliyevanın rəsmləri Kiril İstominin sərgisində nümayiş etdirilir
Sabahın HAVAsı
Uşaqları müsbət davranışlara necə alışdırmalı?
Bu malları alarkən diqqətli olun - XƏBƏRDARLIQ
Özcan Denizin xanımı gözəlliyi ilə diqqət çəkdi-FOTO
Mərkəzi Bankdan 3-cü devalvasiya açıqlaması
Arzularını gerçəkləşdirən yaşlılar
Seda Sayan 7-ci dəfə ərə gedəcəkmi?
Yaponlar niyə kökəlmir?
Keçədən kuklalar (özün düzəlt)
Ziyafət üçün geyim kombinləri
Tarixdə ilk: Qadınlar açıq kosmosa çıxır
Arı sancması üçün təbii üsullar
Uruqvay prezidenti rəsmi tədbirə ayaqyalın gəldi
Burcu Esmersoyun keçmiş əri Onunla görüntüləndi-FOTO
İlin ilk Günəş tutulması oldu
Məhkumluğu olan sürücülərin işi ilə bağlı RƏSMİ AÇIQLAMA
Valideynlərə təcili kömək -6
Yenilklərə başlamaq istəyənlər üçün aforizmlər
Leyla Əliyevanın təşəbbüsü ilə "Bizim həyət" layihəsinə start verilib - FOTO
Vətəndaşlara səhv göndərilən koronavirus nəticələrinin ümumi statistikaya təsiri ilə bağlı RƏSMİ AÇIQLAMA
Koronavirusun əsas əlamətləri açıqlandı
Hindusların Divalisi başlandı