Hindlilər piktoqrafiyaya bələd idilər. Bu ölkədə başlıca əsərlər sanskrit dilində yazılmışdır. Daha doğrusu, “Veda”, “Manu qanunlar məcəlləsi” və iki irihəcmli dastan: “Mahabharata” və “Ramayana” bu dildə yazılmışdır. Həmin dastanlarda qəhrəmanların igidliyi, onların səfər və istilaları təsvir olunur. Hindistanda memarlıq da çox inkişaf etmişdir. Qayalarda yonulmuş məbədlərin, heykəl və digər şəkillərin günümüzə qədər çatmış qalıqları bu fikiri söyləməyə əsas verir.
1526-cı ildə Böyük Moğollar imperiyasının yaradılması ilə Hindistanda memarlığın sürətli inkişafı başlanır. 1569-1584-cü illər ərzində Aqrada inşa edilmiş qala, Fatihnur-Sikri qala şəhəri və s. şəhərsalma və fortifikasiya sənətinin gözəl nümunələrindəndir. Mərkəzi künbəzli məqbərənin klassik tipini isə 1565-ci ildə azərbaycanlı memar Mirək Mirzə Qiyas yaratmışdır. Bu Böyük Moğollar sülaləsinin hökmdarı (1530-1539, 1555-1556) Hümayunun şərəfinə Dehlidə inşa olunmuş Humayun məqbərəsidir. Hind memarlığının dəyərli nümunələrindən biri də Böyük Moğollar dövrünə aid olan Tac-Mahal abidəsidir ki, Aqra şəhəri yaxınlığında Camna çayının sahilində tikilmişdir. Bu türbəni Moğol hökmdarı Cahan şah arvadı Mümtaz Mahal Banu Bəyimin qəbri üstündə inşa etdirmiş və sonralar özü də həmin türbədə dəfn edilmişdir.
Türbəni türk memarı Ustad Məhəmməd İsa əfəndi səmərqəndli Məhəmməd Şərif İstanbullu Xan Rumi ilə birlikdə tikmiş, kitabə və bəzək işlərinin yaradılmasında isə Şiraz, Lahor, Təbriz, Dəməşq, Bağdad və Buxara ustaları iştirak etmişlər. Böyük bağ içərisində salınmış məscid, mehmanxana və s. ibarət olan bu geniş memarlıq ansamblının əsas hissəsi olan Tac-Mahal türbəsi hündürlüyü təqribən 74 metrə çatan beşguşəli möhtəşəm binadan və küncləri hündürlüyü təqribən 45 metrə çatan dörd minarədən ibarətdir. Türbənin divarları cilalanmış ağ mərmərdən tikilmiş, üzəri əqiq, mirvari, sədəf, kəhrəba, zümrüd, yaqut və s. kimi əlvan və qiymətli daşlarla bəzədilmişdir. İngilis müstəmləkəçiliyi dövründə (XVIII əsr-1947) Hindistanda Avropa mədəniyyətinin təsiri güclənmiş, milli incəsənət tənəzzülə uğramışdır. Bu dövr ərzində köhnə şəhərlər-Kəlkətə, Mədrəs, Bombey genişləndirilmiş, Avropa memarlığı üslublarında yeni tikililər yaradılmışdır.Hindistanda elmlər də xeyli inkişaf etmişdi. Riyaziyyat ən ali elmlərdən biri hesab olunurdu. Təkcə onu deyək ki, ərəblər “ərəb rəqəmləri” adlandırdıqları rəqəmləri Hindistandan alaraq Avropaya ötürmüşlər.
Hind musiqi mədəniyyəti də qədim ənənələrə malikdir. Belə klassik musiqi nümunələrindən e.ə. II minilliyə aid olan “Samaveda” ovsun nəğmələri məcmuəsini, eramızın I əsrinə aid teatr sənətindən, musiqi və rəqsdən bəhs edən “Natyaşastra” traktatını və s. göstərmək olar.
Azərbaycanla Hindistan arasında müxtəlif istiqamətli əlaqələr bütün dövrlərdə mövcud olmuşdur. İki ölkə arasındakı mədəni əlaqələrin inkişafı bəzən ləngimiş, bəzən bir müddət dayanmış, bəzən də sürətlə davam elmişdir. Lakin bu əlaqələr hər zaman işgüzar və dinc xarakterli olmuşdur.
Azərbaycan-Hindistan mədəni əlaqələri ədəbiyyatda da öz əksini tapmışdır. Tarixi məlumatlara görə Azərbaycan-Hindistan mədəni əlaqələrinin banilərindən biri məşhur Azərbaycan şairi Nizami Gəncəvi olmuşdur. Nizami Hind xalqının həyat və məişətini dərindən öyrənmiş və əsərlərində bu ölkəni “kamil həkimlər ölkəsi” adlandırmışdır. Nizaminin əsərlərində Hindistanın təbiəti, adətənənəsi, geyim tərzi, fəlsəfəsi və s. də öz əksini tapmışdır. Onun “Yeddi gözəl” poemasındakı gözəllərdən biri də məhz Hindistandan seçilmişdir. N.Gəncəvi, Xaqani Şirvani farsdilli Hind poeziyasına, xüsusən də böyük Hind şairi Əmir Xosrov Dəhləviyə (1262-1325) güclü təsir göstərmişlər. Dəhləvi Nizaminin təsiri ilə öz “Xəmsəsini yaratmışdır.
Bəzi Orta əsr şairləri, o cümlədən Məsihi, Saib Təbrizi və s. müəyyən müddət Hindistanda yaşayıb-yaratmışlar. Bundan əlavə XIII əsrin sonlarında iki min illik tarixə malik Hind ədəbi abidəsi “Pəncə-tantra” (“Kəlilə və Dimnə”) bütünlüklə Azərbaycan dilinə tərcümə edilmişdir. Bu dastandan götürülmüş təmsillər, atalar sözləriəsasında Azərbaycan ədəbiyyatında çoxlu sayda bədii nümunələr meydana çıxmışdır. Respublika Əlyazmaları İnstitutunda saxlanılan “Kəlilə və Dimnə” dastanının iki əlyazmasından biri XVIII əsr rəssam-miniatürçüsü, tərcüməçi muğanlı Əvəz Əli Səfiqulu tərəfindən yazılmışdır.
Görkəmli Azərbaycan alimi, coğrafiyaşünas səyyahı, tarixçietnoqrafı, filosofu, ədəbiyyatşünası Hacı Zeynalabdin Şirvani (1780- 1837) 36 il ərzində Şərq ölkələrini, o cümlədən Hindistanı səyahət etmiş və təəssüratlarını farsca “Riyazüs-səyahə” (“Cənnət bağı səyahətləri”, I hissə 1821-22, II hissə 1826-27-ci illərdə tamamlanmışdır), “Hədayüqüs-səyahə” (“Səyahət bağları” 1826-27), “Büstanüs-səyahə” (“Səyahət bağı” 1832) adlı əsərlərdə ifadə etmişdir.
Hacı Zeynalabdin Şirvani Hindistanı səyahət edərkən Pəncabda, Dehqanda və Kəşmirdə olmuş, Dehli, Calalabad. Heydərabad, Allahabad və s. böyük Hind şəhərlərini əsərlərində təsvir etmişdir. O, Hindistanın Hind, Qanq, Braşaputra, Damodar və s. böyük və orta çay hövzələrini tədqiq edib öyrənmiş və özünün təəssüratlarını ümumiləşdirərək qələmə almışdır. H.Z.Şirvani öz əsərlərində eyni zamanda Hindistanın tarixindən, məişətindən, adət və dinindən də bəhs edir. O, hindlilərin səyyahlara və qonaqlara xüsusi qonaqpərvərlik göstərmələrini, bu əməksevər xalqın musiqi mədəniyyətinin yüksək dərəcədə inkişaf etdiyini qeyd edir.
XIX əsrin görkəmli Azərbaycan filosofu və maarifpərvəri M.F.Axundov öz materialist və demokratik dünyagörüşünü “Hind şahzadəsi Kamalüddövlənin İran şahzadəsi Cəmalüddövləyə üç məktubu” adlı fəlsəfi əsərində daha dolğun surətdə ifadə etmişdir. M.F.Axundov Hindistanla əlaqə saxlayırdı və hind fəlsəfəsi sahəsində tədqiqat aparırdı. Maraqlı bir tarixi faktı da qeyd etmək lazımdır ki, bu da 1530- 39 və 1555-56-cı illərdə Hindistanın padşahı olmuş Nəsirəddin Hümayunun (1508-1556) ikinci dəfə Dehli taxtına çıxması ilə bağlıdır. Nəsrəddin Humayun atasından-Böyük Moğollar sülaləsinin banisi Baburdan irs qalan dövləti genişləndirmək məqsədilə öz qardaşları və qonşularına qarşı mübarizəyə başlamışdı.
Onun mübarizə apardığı ən güclü rəqiblərdən biri də Bihar və Benqaliyanın qüdrətli hökmdarı Şerxan olmuşdur. Şerxan sonralar 1545-ci ilə qədər Hindistana şahlıq etmişdir. Nəsrəddin Humayun 1939-cu ildə məğlubiyyətə uğrayaraq taxtdan salınır. Öz malikələrini tərk etmək məcburiyyətində qalan məğlub şah Qərbi Hindistan və Əfqanıstanı gəzdikdən sonra Azərbaycanın Səfəvilər sülaləsinin ikinci nümayəndəsi I Təhmasib Şahın (1524-1576) yanında qalmağı qərarlaşdırır. 1555-ci ildə yaranan əlverişli vəziyyətdən istifadə edən Humayun I Təhmasib Şahın hərbi köməyi ilə Pəncabda, Dehlidə və Aqrda öz hökmranlığını bərpa edir. Onun qoşun komandiri-sərkərdəsi də azərbaycanlı Bayram xan Baharlı olmuşdur.
Hind mədəniyyətinin özünəməxsus inkişafı ölkəni qədim dünyanın mədəniyyət mərkəzlərindən biri səviyyəsinə yüksəlmişdir. Bu mədəniyyətin Şərqi Asiya ölkələrinə də böyük təsiri olmuşdur.
Sədaqət Məmmədova
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Dəniz Səki 22 kq arıqladı-FOTO
Zəngilanda DSX-nin sərhəd zastavasının açılışı oldu - FOTO
Yeni dərs ili ilə bağlı təlimatlar verildi
Filippində ikinci güclü zəlzələ silkələdi, ölənlərin sayı artır
Günəş yanıqlarının ağrısını necə azaltmalı?
Qardaşını kabusa çevirdi
Keti Perri ölümdən döndü - FOTO
Dünyanın ən böyük günəş elektrik stansiyası işə salınıb
Azərbaycanın bütün hava limanlarının bağlı qalacağı tarix AÇIQLANDI
Oxuyun ki, 150 manat cərimə ödəməyəsiniz!
Niyə evliliklərin çoxu ayrılıqla nəticələnir?
Xoruldamaq gözü kor edir?
Yevlax və Mingəçevir polisi yollarda birgə reydlərə başladı
Nyu-York səmasında NAMƏLUM OBYEKT - FOTO
Azərbaycanda qadınların sayı açıqlandı
Ezgi Mola 2 milyonluq təklifi rədd etdi
İki rəngli piroq (foto resept)
Əli Həsənovun vəziyyəti ağırlaşdı - Təcili Türkiyəyə aparıldı
Qadınlar sükan arxasında olanda belə olur
İnternetdən uzaq duran uşaqlara 100 dollar verəcək!
Günün ulduz falı - 07.03.2014
Hamilələr üçün ziyafət geyimləri
8 nüvəli prosessorlu ağıllı telefonlar hazırlanır
130 dollarlıq smartfon göstərildi
Oskar; qırmızı xalça
Google vəd verdi
Braziliyalıların göz yaşları
Balaca uşağın Putinlə söhbətə qoşulması hər kəsdə gülüş yaratdı - VİDEO
Dünyada koronavirusa yoluxanların sayı 90 milyonu keçdi – STATİSTİKA
İsrail daha bir ölkə ilə münasibətlərin normallaşdırılmasına başlayır
BÜRCLƏR bizə nə vəd edir?-22 noyabr
Rəngarəng çanta modelləri
Bu mövsümün köynəkləri
Dünyanın ən yaxşı beynəlxalq aeroportunun adı açıqlanıb
Xəyanətə məruz qalan qadın nə etməlidir?
1,2 min rus əsgəri Ermənistanda
IV Beynəlxalq muğam müsabiqəsinə start verilib
Limon suyunun faydaları
Reyhan Camalovaya “ASAN xidmət”də vəzifə verildi - FOTO
Oturaq həyat tərzi xərçəngin yaranmasının başlıca səbəbidir
Serenay Sarıkaya rol üçün dəyişir-FOTO
Heç çörək yeməmək nə qədər düzgündür?
Azərbaycan tarixindən yüz şəxsiyyət-31
Putin niyə elə yeriyir?
Günün qoroskopu:Vaxtınıza dəyər verin!
Təbiətin gücü
Facebook, Instagram və WhatsApp-ın işində problemlər yaranıb
Sosial şəbəkələrdən dərs veriləcək
Yay üçün dəbli ətəklər
Xərçəngə yoluxmaq istəmirsinizsə, əməl edin - XANIMLARA 11 MƏSLƏHƏT















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]