Hindlilər piktoqrafiyaya bələd idilər. Bu ölkədə başlıca əsərlər sanskrit dilində yazılmışdır. Daha doğrusu, “Veda”, “Manu qanunlar məcəlləsi” və iki irihəcmli dastan: “Mahabharata” və “Ramayana” bu dildə yazılmışdır. Həmin dastanlarda qəhrəmanların igidliyi, onların səfər və istilaları təsvir olunur. Hindistanda memarlıq da çox inkişaf etmişdir. Qayalarda yonulmuş məbədlərin, heykəl və digər şəkillərin günümüzə qədər çatmış qalıqları bu fikiri söyləməyə əsas verir.
1526-cı ildə Böyük Moğollar imperiyasının yaradılması ilə Hindistanda memarlığın sürətli inkişafı başlanır. 1569-1584-cü illər ərzində Aqrada inşa edilmiş qala, Fatihnur-Sikri qala şəhəri və s. şəhərsalma və fortifikasiya sənətinin gözəl nümunələrindəndir. Mərkəzi künbəzli məqbərənin klassik tipini isə 1565-ci ildə azərbaycanlı memar Mirək Mirzə Qiyas yaratmışdır. Bu Böyük Moğollar sülaləsinin hökmdarı (1530-1539, 1555-1556) Hümayunun şərəfinə Dehlidə inşa olunmuş Humayun məqbərəsidir. Hind memarlığının dəyərli nümunələrindən biri də Böyük Moğollar dövrünə aid olan Tac-Mahal abidəsidir ki, Aqra şəhəri yaxınlığında Camna çayının sahilində tikilmişdir. Bu türbəni Moğol hökmdarı Cahan şah arvadı Mümtaz Mahal Banu Bəyimin qəbri üstündə inşa etdirmiş və sonralar özü də həmin türbədə dəfn edilmişdir.
Türbəni türk memarı Ustad Məhəmməd İsa əfəndi səmərqəndli Məhəmməd Şərif İstanbullu Xan Rumi ilə birlikdə tikmiş, kitabə və bəzək işlərinin yaradılmasında isə Şiraz, Lahor, Təbriz, Dəməşq, Bağdad və Buxara ustaları iştirak etmişlər. Böyük bağ içərisində salınmış məscid, mehmanxana və s. ibarət olan bu geniş memarlıq ansamblının əsas hissəsi olan Tac-Mahal türbəsi hündürlüyü təqribən 74 metrə çatan beşguşəli möhtəşəm binadan və küncləri hündürlüyü təqribən 45 metrə çatan dörd minarədən ibarətdir. Türbənin divarları cilalanmış ağ mərmərdən tikilmiş, üzəri əqiq, mirvari, sədəf, kəhrəba, zümrüd, yaqut və s. kimi əlvan və qiymətli daşlarla bəzədilmişdir. İngilis müstəmləkəçiliyi dövründə (XVIII əsr-1947) Hindistanda Avropa mədəniyyətinin təsiri güclənmiş, milli incəsənət tənəzzülə uğramışdır. Bu dövr ərzində köhnə şəhərlər-Kəlkətə, Mədrəs, Bombey genişləndirilmiş, Avropa memarlığı üslublarında yeni tikililər yaradılmışdır.Hindistanda elmlər də xeyli inkişaf etmişdi. Riyaziyyat ən ali elmlərdən biri hesab olunurdu. Təkcə onu deyək ki, ərəblər “ərəb rəqəmləri” adlandırdıqları rəqəmləri Hindistandan alaraq Avropaya ötürmüşlər.
Hind musiqi mədəniyyəti də qədim ənənələrə malikdir. Belə klassik musiqi nümunələrindən e.ə. II minilliyə aid olan “Samaveda” ovsun nəğmələri məcmuəsini, eramızın I əsrinə aid teatr sənətindən, musiqi və rəqsdən bəhs edən “Natyaşastra” traktatını və s. göstərmək olar.
Azərbaycanla Hindistan arasında müxtəlif istiqamətli əlaqələr bütün dövrlərdə mövcud olmuşdur. İki ölkə arasındakı mədəni əlaqələrin inkişafı bəzən ləngimiş, bəzən bir müddət dayanmış, bəzən də sürətlə davam elmişdir. Lakin bu əlaqələr hər zaman işgüzar və dinc xarakterli olmuşdur.
Azərbaycan-Hindistan mədəni əlaqələri ədəbiyyatda da öz əksini tapmışdır. Tarixi məlumatlara görə Azərbaycan-Hindistan mədəni əlaqələrinin banilərindən biri məşhur Azərbaycan şairi Nizami Gəncəvi olmuşdur. Nizami Hind xalqının həyat və məişətini dərindən öyrənmiş və əsərlərində bu ölkəni “kamil həkimlər ölkəsi” adlandırmışdır. Nizaminin əsərlərində Hindistanın təbiəti, adətənənəsi, geyim tərzi, fəlsəfəsi və s. də öz əksini tapmışdır. Onun “Yeddi gözəl” poemasındakı gözəllərdən biri də məhz Hindistandan seçilmişdir. N.Gəncəvi, Xaqani Şirvani farsdilli Hind poeziyasına, xüsusən də böyük Hind şairi Əmir Xosrov Dəhləviyə (1262-1325) güclü təsir göstərmişlər. Dəhləvi Nizaminin təsiri ilə öz “Xəmsəsini yaratmışdır.
Bəzi Orta əsr şairləri, o cümlədən Məsihi, Saib Təbrizi və s. müəyyən müddət Hindistanda yaşayıb-yaratmışlar. Bundan əlavə XIII əsrin sonlarında iki min illik tarixə malik Hind ədəbi abidəsi “Pəncə-tantra” (“Kəlilə və Dimnə”) bütünlüklə Azərbaycan dilinə tərcümə edilmişdir. Bu dastandan götürülmüş təmsillər, atalar sözləriəsasında Azərbaycan ədəbiyyatında çoxlu sayda bədii nümunələr meydana çıxmışdır. Respublika Əlyazmaları İnstitutunda saxlanılan “Kəlilə və Dimnə” dastanının iki əlyazmasından biri XVIII əsr rəssam-miniatürçüsü, tərcüməçi muğanlı Əvəz Əli Səfiqulu tərəfindən yazılmışdır.
Görkəmli Azərbaycan alimi, coğrafiyaşünas səyyahı, tarixçietnoqrafı, filosofu, ədəbiyyatşünası Hacı Zeynalabdin Şirvani (1780- 1837) 36 il ərzində Şərq ölkələrini, o cümlədən Hindistanı səyahət etmiş və təəssüratlarını farsca “Riyazüs-səyahə” (“Cənnət bağı səyahətləri”, I hissə 1821-22, II hissə 1826-27-ci illərdə tamamlanmışdır), “Hədayüqüs-səyahə” (“Səyahət bağları” 1826-27), “Büstanüs-səyahə” (“Səyahət bağı” 1832) adlı əsərlərdə ifadə etmişdir.
Hacı Zeynalabdin Şirvani Hindistanı səyahət edərkən Pəncabda, Dehqanda və Kəşmirdə olmuş, Dehli, Calalabad. Heydərabad, Allahabad və s. böyük Hind şəhərlərini əsərlərində təsvir etmişdir. O, Hindistanın Hind, Qanq, Braşaputra, Damodar və s. böyük və orta çay hövzələrini tədqiq edib öyrənmiş və özünün təəssüratlarını ümumiləşdirərək qələmə almışdır. H.Z.Şirvani öz əsərlərində eyni zamanda Hindistanın tarixindən, məişətindən, adət və dinindən də bəhs edir. O, hindlilərin səyyahlara və qonaqlara xüsusi qonaqpərvərlik göstərmələrini, bu əməksevər xalqın musiqi mədəniyyətinin yüksək dərəcədə inkişaf etdiyini qeyd edir.
XIX əsrin görkəmli Azərbaycan filosofu və maarifpərvəri M.F.Axundov öz materialist və demokratik dünyagörüşünü “Hind şahzadəsi Kamalüddövlənin İran şahzadəsi Cəmalüddövləyə üç məktubu” adlı fəlsəfi əsərində daha dolğun surətdə ifadə etmişdir. M.F.Axundov Hindistanla əlaqə saxlayırdı və hind fəlsəfəsi sahəsində tədqiqat aparırdı. Maraqlı bir tarixi faktı da qeyd etmək lazımdır ki, bu da 1530- 39 və 1555-56-cı illərdə Hindistanın padşahı olmuş Nəsirəddin Hümayunun (1508-1556) ikinci dəfə Dehli taxtına çıxması ilə bağlıdır. Nəsrəddin Humayun atasından-Böyük Moğollar sülaləsinin banisi Baburdan irs qalan dövləti genişləndirmək məqsədilə öz qardaşları və qonşularına qarşı mübarizəyə başlamışdı.
Onun mübarizə apardığı ən güclü rəqiblərdən biri də Bihar və Benqaliyanın qüdrətli hökmdarı Şerxan olmuşdur. Şerxan sonralar 1545-ci ilə qədər Hindistana şahlıq etmişdir. Nəsrəddin Humayun 1939-cu ildə məğlubiyyətə uğrayaraq taxtdan salınır. Öz malikələrini tərk etmək məcburiyyətində qalan məğlub şah Qərbi Hindistan və Əfqanıstanı gəzdikdən sonra Azərbaycanın Səfəvilər sülaləsinin ikinci nümayəndəsi I Təhmasib Şahın (1524-1576) yanında qalmağı qərarlaşdırır. 1555-ci ildə yaranan əlverişli vəziyyətdən istifadə edən Humayun I Təhmasib Şahın hərbi köməyi ilə Pəncabda, Dehlidə və Aqrda öz hökmranlığını bərpa edir. Onun qoşun komandiri-sərkərdəsi də azərbaycanlı Bayram xan Baharlı olmuşdur.
Hind mədəniyyətinin özünəməxsus inkişafı ölkəni qədim dünyanın mədəniyyət mərkəzlərindən biri səviyyəsinə yüksəlmişdir. Bu mədəniyyətin Şərqi Asiya ölkələrinə də böyük təsiri olmuşdur.
Sədaqət Məmmədova
XƏBƏR LENTİ
“Azərbaycanda COVID-19-a qarşı mübarizədə ciddi irəliləyişlər müşahidə etdik” - RƏSMİ
Sezonun dəbli jaketləri
Nadir Ferrari satışa çıxarılır
Zəhərli münasibətdən xilas olmuş qadınların 5 xüsusiyyəti
Dəbli geyim dəstləri
Dünyanın ən qəribə müalicə üsulları
İspaniya "Facebook"u cərimələdi
WhatsApp-ın yeni sahibi danışdı
Çobanyastığı ilə gözəlləşək
İnsanlar niyə xəyanət edir?
Azərbaycanda üç sürüşmə sahəsi daha təhlükəlidir
Məşhur aktyor 1 milyonluq yardım etdi
Peşə məktəblərin sənəd qəbulu başlayır
Xristian müəlliminə namaz qılmağı öyrətdi - VİDEO
Məşhur aktrisa anası ilə-FOTO
2017-ci ildə işıq üzü görəcək romanlar - SİYAHI
Payız və qış ayaqqabıları
Çəhrayı rəngi beynimiz uydurur?
Ürəkdəki qüsurun əsas səbəbi başqa imiş
Donlar
Bu məşhurlar 2018-ci ildə VALİDEYN OLACAQ – SİYAHI
"Barselona"dan növbəti transfer
Evlilikdə seçim və münasibətlər
Dollarla krediti olanlar oxusunlar
Ordumuzun döyüş hazırlığı yoxlandı
Respublika Klinik Xəstəxanasında iş koronavirusa kütləvi yoluxmaya görə dayandırılıb? - RƏSMİ AÇIQLAMA
Qarabağla bağlı bədbin proqnoz
İngilis dili-Ss
Tağlar kəndində aşkarlanan erməni sığınacağı - VİDEO
Qırmız rəngli köynəklər
Uşaqları döymək və alçatmaq qadağan edildi
Şahzadə Diananın əlyazısı REKORD qiymətə hərraca çıxarılıb - FOTO
Rəngarəngliyi sevənlər üçün
O, superərzaqdır
Məşhur cütlüyün Ayrılıq Səbəbi Məlum Oldu
"Aşk tesadüfleri sever 2"nin treyleri yayımlandı - VİDEO
TƏBİB-dən məktəb və uşaq bağçalarının açılması ilə bağlı AÇIQLAMA
Qara noqtələrə son
Hande Erçel və Murat Dalkılıç ayrıldı
İspan dili 13-cü dərs
Tuba Büyüküstün yeni serialda-VİDEO
Ronaldodan yeni il ab-havalı AİLƏ FOTOsu
Paşinyan məsuliyyətdən qaçır: “Ordunun perspektivli cavabı yoxdur”
Günün ulduz falı - 22.12.2013
Ben Afflek Lindseydən AYRILDI-SƏBƏB
Təzəpir məscidində iftar süfrəsi açılıb
Qadınlara ərlərinin telefonuna baxmaq qadağan edildi
Şakira vergidən yayınmaqda şübhəli bilinir
Özün tap
Sankt-Peterburq-Qəbələ aviareysi təxirə salındı
- ŞƏRHLƏR