Prokrastinasiya sindromunun səbəblərindən biri qorxudurElə adamlar var ki, vacib məsələlərin həllini dərhal yerinə yetirmək iqtidarında olsalar belə, sabaha saxlayırlar. Belələri "təxirə salma - prokrastinasiya" sindromundan əziyyət çəkirlər.
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, prokrastinasiyanın qurbanları vacib işlərin həllini sonraya saxlayanlardır: "Bəzən elə olur ki, insan onun üçün çox vacib olan işi yerinə yetirməkdən qorxur. Onu hər dəfə müxtəlif bəhanələrlə sonraya saxlayır. İşi sonraya saxladığı üçün fikir çəkir, işin necə olacağını düşünür. Bəzi insanlarda bu, tənbəlliyə görə baş versə də, işini sabaha saxlamağın səbəbləri müxtəlifdir".
Qurbanova bildirib ki, prokrastinasiya sindromunun səbəblərindən biri qorxudur: "İnsan uğursuzluqla qarşılaşacağından qorxduğu üçün işi sonraya saxlayır. Bir növ işin nəticəsindən qaçır. Elə adamlar da var ki, işi yaxşı görsələr belə kütlədən seçilmək istəmirlər. Təvazökar olan bu insanlar problemin həllini sonraya saxlayanlardandır. Mükəmməlçilik sindromunun qurbanları işin kiminsə ondan daha yaxşı yerinə yetirəcəyindən qorxurlar. Onlar gözləyir və yaxşı nəticəyə nail olacağını anlayanda işi yerinə yetirməyə başlayırlar. Bu, bəzi vaxtlarda yaxşı effekt versə də, insanı astagəl edir. Bəzi adamlar isə rahatlığı çox sevdiyi, özünü yormamaq və ya deyilənlərin əksini etmək üçün işlərini təxirə salırlar".
Bu problem müxtəlif və ən gözlənilməz səbəblər üzündən baş versə də fəsadları ağırdır. Psixoloqun məsləhətinə görə, bu sindromla nə qədər tez mübarizəyə başlanılsa, bir o qədər də xeyri çox olar: "Bu sindromdan əziyyət çəkən şəxs anlamalıdır ki, işləri təxirə salmaqla, problemdən qaçmaqla, o, hər şeyi üst-üstə yığır və sonunda onsuz da onları həll etməli olacaq. Nəticədən nə qədər qaçmaq istəsə də, bu, mümkün deyil. Son anda tələsik, yaxşı düşünməmiş problemlərini həll edəndə isə hamıdan pis nəticə göstərəcək".
Qeyd edək ki, təxirə salma sindromu insanda özünə qarşı tənqidi və neqativ münasibəti, günahklarlıq hissini də artırır. Sindromun qurbanı rahatlıq dalınca qaçdığını zənn etsə də, həyatı daha stressli və həyəcanlı olur. O, hər gün həll etmədiyi problemlərin yükü ilə yataqdan qalxır və onların fikrini çəkə-çəkə yaşayır.
Müsahibimizə görə, təxirə salma sindromu depressiyalara da səbəb olur: "Daim vacib problemləri özündən uzaqlaşdıraraq şəxs işini itirə bilər. Lakin bu sindrom nəinki karyeraya şəxsi həyata da mənfi təsir göstərir. Yaxınları belə insandan daim narazı qalır. Ümumiyyətlə, onlar məqsədlərinə daha gec çatırlar".
Mütəxəssis bildirir ki, sindromdan qurtulmaq mümkündür: "Bunun üçün günü, həftəni, hətta ayı da planlaşdıra bilərsiniz. Bir kitabçada görəcəyiniz işlərin siyahısını tutun. Onların qarşısında nə vaxt yerinə yetirməli olduğunuz vaxtı da yazın" deyən psixoloqun bildirdiyinə görə, planlaşdırma zamanı sosial şəbəkələrdə söhbətə gün ərzində bir-iki dəfə vaxt təyin edin: "Yalnız həmin vaxtlarda sosial şəbəkəyə daxil olun. Eləcə də iş yoldaşları ilə çay, kofe içmək, söhbət etmək üçün də minimal vaxtlar təyin edin. Nəzərinizdə saxlayın ki, işdən sonra doyunca söhbət edə, alış-verişə gedə, əylənə bilərsiz. İşi isə ancaq iş vaxtı görürsüz və ayrılan müddətdə bunu keyfiyyətli etməyə çalışmalısınız".
Psixoloq diqqətə çatdırıb ki, iş gününün qeyri-effektiv şəkildə planlaşdırılması da insanda mənəvi yorğunluq yaradır: "Nəticədə çətin bir işlə qarşılaşan kimi şəxs onu təxirə salır. Bu baş verməsin deyə "torağayı" (səhər daha effektiv işləyənlər) və ya "bayquş" (gecə daha yaxşı işləyənlər) olduğunuzu müəyyənləşdirməyə çalışın. Nə vaxt daha enerjili olursunuz? Səhər, günorta və ya axşamlar? Bunu müəyyənləşdirdikdən sonra vacib və çətin işlərin icrasını daha çox enerjili olduğunuz vaxtlara təyin edin".
Elə adamlar da var ki, həll etməli olduğu işi görmək əvəzinə saatlarla internetdə nəsə axtarır və oxuyur. Beləcə vaxtın necə tez keçdiyinə fikir vermir. Axırda tələsik işlərini birtəhər görüb təhvil verir. Qurbanovanın dediyinə görə, təxirə salma sindromunun qurbanları bir qayda olaraq, diqqətini cəmləməkdə də çətinlik çəkirlər: "Əgər diqqətinizi heç cür cəmləyə bilmirsinizsə, eybi yoxdur. Bir qədər özünüzə istirahət verə bilərsiniz. Amma istirahətiniz çox uzun sürməməlidir. Məsələn, bir neçə dəqiqəlik iş və problemləriniz haqqında deyil, başqa məsələlər barədə düşünün. Təmiz hava ala, parka gəzintiyə çıxa bilərsiz. Musiqi dinləməyi, klipə baxmağı da yoxlayın. Ola bilsin ki, bunları görməklə yorğunluğunuzu azalda və diqqətinizi daha yaxşı cəmləyə bilərsiniz".
Mənbə:Ekspress.az
XƏBƏR LENTİ
Bu maşından artıq olmayacaq
Dünyanın Ən Yaraşıqlı 5 kişisi
Azərbaycan “Eurovision” finalında
15-20 yaşında boşanan cütlüklər - Statistika
Gənc skeletə bənzəmək üçün əməliyyat olundu-FOTO
Ayrıldığınız sevgilinizlə yenidən barışmaq istəyirsiniz?
“Eurovision-2019”un aparıcısı supermodel olacaq
Azərbaycanla Ermənistan arasında humanitar məqsədli atəşkəs başlayıb
Azərbaycanlı nazir xərəklə məhkəməyə aparıldı
Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz qazi oldu
Bu 5 tövsiyə uşaqların böyüməsinə kömək edir - UNİCEF
Toy və yas mərasimləri ilə bağlı MÜHÜM AÇIQLAMA
WhatsApp-da yalan xəbər yayanlar müəyyənləşdiriləcək
Günün qoroskopu: daxili səsinizi dinləyin
Yayın istisində canımızı yandıran sular
Çaydanlar
Yuxuda nadir hallarda gördüklərimiz
Rəngarəng çantalar
Həyatverici məhəbbət simvolu
Almalı piroq (foto resept)
Hamiləlikdə baş verən dəyişikliklər
Səhiyyə Nazirliyi yeni peyvənd sifariş verib
Türkiyə və Azərbaycan birgə hərbi təlimlər keçiriblər
Eyni bədəndə iki ayrı həyat - FOTO
Foqtsun istefa səbəbi
Dəniz duzu ilə gözəlləşin
Qadınlarımız yarışdan 10 medallar qayıdır
Dövlət Fondu mənzilləri alıb kirayəyə verəcək
Ağız quruluğu
Ermənistandakı rus hərbçilər müharibəyə hazırlaşır
Qar dənələrinin sehri
Redaktor brauzerdə işə salındı
Toyuqlu pomidor dolması (foto-resept)
Bakıya duman gəlir
Burak Özçivitin saçlarını ələ saldılar-FOTO
Uşaqlarda "burunda artıq ət" problemi
"M" və "N" hərfləri ilə başlayan adların mənası
Koronavirusdan sağalandan sonra qoxu hissinin bərpa olunmasının vaxtı açıqlandı
İstilərdən qorunmaq üçün necə geyinməli?
Finlandiyanın baş naziri Sanna Marin keçmiş futbolçuya ərə getdi
0-7 yaşına qədər körpənin inkişaf cədvəli
Nənələr üçün noutbuk satılacaq
Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi - Zəhərlənə bilərsiniz!
İşçi razılığı olmadan başqa işə keçirilə bilər?
Qırıcılar Yəməni bombaladı: 45 ölü
Salatların bəzədilməsi
Ebru Gündeş 25 milyonluq villasından köçür-SƏBƏB
Castin Biber bu döymələrinə 100 saat vaxt sərf edib - FOTO
HAVA necə olacaq? 21 İyun
Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açılacaq
- ŞƏRHLƏR