Fast-food restoranlarını bu gün ölkəmiz daxil dünyanın hər yerində - məktəblərdə, iş yerlərində, aeroportlarda, alış-veriş mərkəzlərində, xəstəxanalarda tapmaq mümkündür. Sənayeləşmə uşaqlara kompüter və televiziya qarşısında sedanter bir həyat təqdim edərkən, fast-food dediyimiz ayaqüstü bəslənmə vərdişini qazandırıb.
Fast-food qidalanma formasının sağlamlığa təsirləri haqqında Amerikada geniş müzakirələr aparılsa da, Hindistan və Çin kimi ölkələr başda olmaqla, dünyanın bir çox ölkələrində fast-food geniş yayılmaqdadır.
Ölkəmizdə uşaqların fast-food qidalarla qidalandığı əsas yerlərdən biri məktəb bufetləridir. Araşdırmalara görə, qız uşaqlarının 55, oğlanların isə 49 faizi məktəb bufetlərindən yağlı və şəkərli qidalar alır. Uşaqların 42 faizi kolbasa və sosiskalı buterbrodlar istehlak edir.
Ümümdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, Şimali Amerikada uşaqların 40 faizi, Avropa ölkələrində uşaqların 38 faizi, Qərbi Pasifikdə 27 faizi, Cənub-şərqi Asiyada 22 faizi həddən artıq kök və piylənmə xəstəliyinə məruz qalıb.
Mütəxəssislərin fikrincə, fast-food qidalar piylənməyə səbəb olmaqla yanaşı eyni zamanda mədə-bağırsaq xəstəliklərinin əmələ gəlməsinə də səbəb olur. Dietoloq Samir Quliyevin sözlərinə görə, hazır qidalar həddən artıq, duzlu, yağlı, şəkərli olduğu üçün bu uşaq orqaniminə zərər verir.
Həddindən artıq duzlu qidalar təzyiqin qalxmasına, mədə bağırsağın pozulmasına səbəb olur: "Bəzi valideyinlər uşaqlarını fast-food qidalara lap kiçik yaşlarından alışdırır. Bu səbəblə də elə uşaq yaşlarında onların orqanizmi hazır qidaların mənfi təsirinə məruz qalır. Bu cür qidalara qısa müddətə aclığı aradan qaldırsa da, orqanizmə heç bir xeyri yoxdur. Və həm də ölkəyə gətirilən fast-food qidalar gigyena baxımından keyfiyyətsizdir. Fast-food qidalarda uşaqlarda və gənclərdə köklük, şəkər xəstəliyi, sümük əriməsi kimi sağlamlıq problemlərinə yol açır.
Fast-food qidaların həm kalorisi, həm də yağlılığı yüksəkdir. Bu qidaların istehsalında çox zaman qırmızı ətdən istifadə olunur. Xərci azaltmaq üçün çox zaman ətin tərkibinə yüksək nisbətdə quyruq və iç yağı əlavə edilir. Tavada bişirmə və ya qızartma ilə müqayisədə yağ nisbətləri yüksək olur".
Fast-food menülərinin kalori dəyəri 1000 kaloridir. Bu qidalarda karbohidrat üstünlük təşkil edir. Fast-food yeməklərinin hamısına şəkər əlavə edilir. Yüksək xalesterola malik olduqları üçün xalesterolu artırırlar. Çox zaman istifadə edilmiş qızardılmış yağlardan hazırlandıqları üçün xərçəng riski daşıyırlar. Fast-food qidalara çox üstünlük verən insanlarda vitamin mineral əskikliyi özünü daha çox biruzə edir.
Hamı Fast-foodun sağlamlığa zərər erdiyini bilsə də, bu yeməklərdən imtina edilmir. Müsahibimiz bildirir ki, Fast-food məhsullarında yağların çoxu heyvani yağlarıdır. Buna görə də əksəriyyətində doymuş yağ turşuları var. Yağdan gələn enerjinin artması başda tac ürək xəstəlikləri və xərçəng olmaq üzrə bir çox xroniki xəstəliklər üçün risk faktorudur.
Fast-food qidalar tez hazırlandığı üçün onların mineral və vitamin tərkibi çox aşağıdır. Bu qidalar A vitamini, C vitamini və kalsium cəhətdən qeyri-kafidir. Bildiyiniz kimi C vitamini, A vitamini və ön elementi olan karotenoidlərin aşağı səviyyələrdə alınması immunitet sisteminin zəifləməsinə və katarakt riskinin artmasına səbəb olur.
Dərin yağda qızartma üsulu bütün fast-food restoranlarında istifadə edilir. Bu yağlar 10-12 saat istifadə edildikləri üçün kimyəvi və fikziki dəyişikliklərə uğrayırlar. Qızartma zamanı E vitamin itkisi meydana gəlir və zülallıqidaların yanması ilə xərçəng riski yüksəlir. Bütün bunlarla yanaşı Fast-food menyularında çay, kola, qəhvə təklif olunur ki, çox kofein istehlakı əsəblərin pozulmasına, yuxusuzluğun meydana gəlməsinə səbəb olur.
Müsahibimi bildirir ki, ayaüstü qidaların hazırlanması zamanı rəngləndiricilərdən, dadlandırıclardan, antimikrobiyal maddələrdən və s. qatqı maddələrindən istifadə edildiyi üçün insane orqanizmi zamanla zəhərlənməyə məruz qalır. Bu qidaların gigenik baxımdan təmiz olmaması da infeksiya riskini artırır.
Quliyev deyir ki, fast-food qidaların istifadəsində əsas səbəb insanların yemək hazırlamağa ayıracaqları zamanı itirilmiş zaman hesab etmələridir: "Əslində isə yemək zamanı həyatdan kef almaq üçün ayırdığınız zamandır. Alışın ki, yemək yeyərkən, yaxınlarınız və dostlarınızla yeyəsiniz. Heç olmasa həftədə və ya on beş gündə bir ailə ilə bir ənənəvi restorana gedin. İşləyirsinizsə, günorta yeməyi zamanı hər gün eyni yeməyi yeməyin. Arada bir evdən işə yemək aparın. Uşaqlarınız üçün bağçaya və ya məktəbə evdə bişirdiyiniz yeməklərdən qoyun. Uşaqlarınızı fast-food restoranlarından uzaq tutmağa çalışın. Və bacardığınız qədər təbii qidalara, meyvə-tərəvəzə üstünlük verin. "Sağlam bədəndə sağlam ruh olar" fikrini əldə əsas tutub sağlam qidalarla qidalanın ki, xəstələnməyəsiniz".
XƏBƏR LENTİ
Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi
Saçların elektriklənməsinin səbəbi və həlli yolu
Mikroelementlər-1
Nüsrət Ərzurumdan FOTO paylaşdı
Xanımlarımız üçün gündəlik sadə makiyajlar
Hadise yeni imicdə-FOTO
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Azərbaycanda zəlzələ oldu
Koronavirusla bağlı son STATİSTİKA
Radio və televiziya işçilərinin peşə bayramıdır
Müdafiə Nazirliyindən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmə ilə bağlı əhaliyə ÇAĞIRIŞ
CeyLo Türkiyədən 1 milyon qazanıb
Günün ulduz falı
Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi
Koronavirusun qalıcı ZİYANLARI
Ətli blinçik (foto resept)
Ermənistanın təlimlərə cəlb etdiyi muzdlu: “Kabuslar görməyə başladım”
Milyaderlər uşaqlarına nə hədiyyə edir?
Akın əsil adını açıqladı
Hava haqqında
Qışda güllərə necə qulluq etməli?
Aydın-Qərb, Qaranlıq-Şərq?
22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO
DƏCƏL DEYƏ - DEYƏ DƏCƏL OLMASIN!
Yerlərinə yapışdır
Subaylar üçün vacib xəbər
HAVA necə olacaq?- 16 APREL
Depressiya əleyhinə 7 faydalı qida
Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə
Arıqlamaq üçün edilən hərəkətlərin texnikası
Balıq satışı qaydaları sərtləşdirildi
Hellouindəki qeyri-adi kostyumlar
Hərəkətin möcüzəvi gücü (Son)
Məşhurların kompleksləri
Sərnişinlərə şad xəbər
Məşhur cütlüyün övladı olacaq-FOTO
Putin Azərbaycana hərbi donanma ilə gəlir
Cobs haqqında film bəyənilmədi
Pomidorlu düyü şorbası (foto resept)
Leyla Əliyeva atasını belə təbrik etdi - VİDEO
Əks cinsi 7 saniyəyə valeh edin
Məşhur bədən boyama festivalı
Qış aylarında körpə gəzintisi
Sezen Aksunun makiyajsız FOTOsu yayıldı
Jasmin çayının faydaları
Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
Mila Kunis 9 kq ARIQLADI-FOTO
Bu günün hava proqnozu
Bakı sakini nazirliyə ceyran bağışladı
Yedikləriniz əhvalınıza təsir edir
- ŞƏRHLƏR