“Coğrafiya – taledir” deyirlər.Taleyimizə boyun əyənlərdən, yoxsa özümüzü yenidən var etmək istəyənlərdənik?
Qərbə gedən bir gəmi içərisində, şərqəmi qaçırıq?!
Şərqə gedən bir gəmi içərisində, qərbəmi qaçırıq?!
Sükan çarxını bir yönə çevirməzdən əvvəl bir məsələni aydınlaşdırmalıyıq;
Şərq və Qərb fərqi coğrafi, yoxsa mədəniyyət və inanc ayrımıdır? Qərbi Şərqdən “üstün” edən nədir? Qərb cəmiyyətlərinə olan bu maraq hardandır? Gəlin tarixə nəzər salaq. Əslində bu ayrım 395 - ci ildə Roma imperiyasının iki yerə (Şərq və Qərb) bölünməsi ilə təməl qoyur. Bu coğrafi xətt illər keçdikcə mədəniyyət və inancın formalaşmasına təsir göstərir. Beləliklə Şərq və Qərb iki ayrı dünyaya çevrilir. Zamanla şərqə aid olan bəzi şeylər qərbləşir. Buna xristianlıq dinini misal çəkmək olar. Hər bir səmavi din kimi xristianlıq da Şərqdən çıxdı, ancaq qərb dininə çevrildi. İndiki Yunanıstan illər əvvəl şərq imperiyası ərazisi daxilində olmasına baxmayaraq, hal-hazırda qərb ölkəsi sayılır. Çünki bir ölkə əgər qərb ölkəsi sayılırsa demək ki qərb qanunlarını mənimsəmişdir.
Məşhur alman filosofu Nitsşe bu iki dünyanın bir-birindən fərqləndiyini bir cümləylə ifadə etmişdir: “Şərqin peyğəmbərləri, yunanların filosofları var”. Bu cümlənin üzərində dayanmaq istəyirəm. Şərq insanın dünyası teosentrikdir. Yəni Şərqdə Tanrı hər yerdə var. Qərb isə şəxsiyyət təməlli bir cəmiyyət inşa edir. İnancla aydınlanmaq olmaz. Düzdür, din insanın içini isidər, amma fəlsəfə, sənət, elm insanı aydinlandırar.
E.Ə. əvvəl 600 – ci illərdə antik Yunan Milet şəhərindən ilk naturfilosof Fales səhnəyə çıxır. Bu çıxış aydın cəmiyyətin ilkin göstəricilərindəndir. Başqa bir misalla, yunan polisi olan Afinada e.ə 600-400 – ci illərdə, yəni 150 il ərzində, 5 dəfə idarəçilik rejimi dəyişir. Orta Şərq Akkad dövlətinə nəzər salsaq, monarxiya rejiminin höküm sürdüyünü görərik. Buna görə də Qərbdə məhkəmədən ədalət gözlənir, Şərqdə isə sultandan. Bu iki misalda Qərbin niyə Şərqdən daha çox inkişaf etdiyini aydınca görmək olar.
Başqa bir sözlə desək, şərq cəmiyyəti heyrətlənməyə açıq bir cəmiyyət deyil. Aydınlanmağın ilk ana təməli isə heyrətə düşməkdir. Məlumdur ki, ancaq yeniliklərə heyrətlənmək olar. Bax bunu biz Şərqdə çox təəssüf ki, görə bilmirik. Çünki bizim cəmiyyət vərdişlərinə, keçmişinə bağlı bir cəmiyyətdir. Kökü dərinlərdə olan yaşlı, quru ağacı kökündən ayırmaq çox çətindir. Yerində fidanlar əkmək üçün isə ağacı kökündən çıxartmaq mütləqdir. Əlqərəz, demək istədiyim odur ki, tarixinə, inancına çox bağlı, fəlsəfəyə cəmiyyətində yad bir maddə kimi baxan, sənətə dəyər verməyən xalqlar hər zaman bu gününü yaşayan və qaranlıqdan çıxmaq istəyən xalqlardan hər zaman geridə qalacaqlar.
Hansı gəmidə getməyimiz fərq eləmir. Sükan bizim əlimizdədirsə, istədiyimiz yönə çevirə bilərik...
Nazilə Hejari

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
