Bunu Trend-ə Təhsil Nazirliyinin (TN) İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyevdeyib.
Onun sözlərinə görə, ötən ilin noyabr-dekabr aylarında ölkənin 12 rayon və şəhərində keçirilən diaqnostik qiymətləndirmədə 25693 müəllim iştirak edib. Onların təxminən 1 faizi müvafiq keçid balını toplaya bilmədikləri üçün qiymətləndirmədən keçə bilməyib. Buna görə də həmin müəllimlərin əmək haqları yanvar ayından artırılmayacaq.
İ.Nağıyev əlavə edib ki, əmək haqlarının artımı diaqnostik qiymətləndirmədən keçən 25431 müəllimə (qiymətləndirmədə iştirak edən müəllimlərin 99 faizi) şamil ediləcək.
İ.Nağıyev qeyd edib ki, TN əmək haqları artırılacaq müəllimlərin təsdiqlənmiş adlı siyahısını bu günlərdə yerli rayon, təhsil şöbələrinə göndərməyi planlaşdırır: "Yanvar ayının sonunda həmin müəllimlərin əmək haqlarının dərs yükünə uyğun olaraq, artırılması planlaşdırılır".
Nazirlik rəsmisinin sözlərinə görə, artımın məbləği konkret olaraq, müəllimin dərs yükündən, pedaqoji fəaliyyət üzrə stajından, ali, yoxsa orta ixtisas təhsilli olmasından, fəxri adının olub-olmamasından, sinif rəhbəri olub-olmamasından və digər bir necə meyardan asılı olacaq: "Bunlardan asılı olaraq, əmək haqları 30-40 faiz artırılacaq. Əmək haqları daha çox, yəni 40 faiz artırılan pedaqoji stajı çox, fəxri adları olan müəllimlər olacaqlar. 10-cu ixtisas dərəcəsi üzrə işləyən, ali məktəbi yeni bitirən, stajı olmayan müəllim köhnə sistemlə 1 stavka, yəni 12 saat dərs deyəndə onun əmək haqqı 160 manata yaxın olurdu. Amma yeni meyarla hesablandıqda ali məktəbi yeni bitirən məzunun dərs yükü norması artıq yeni qaydalarla - 18 saatlıq stavka üzrə hesablanacaq. Yeni sistemlə onun əmək haqqı 18 saata görə 310 manat olacaq. Amma müəllim 18 saat deyil, 6 saat da, yaxud 24 saat də dərs deyə bilər. 24 saat dərs dedikdə müəllim artıq 310 manat deyil, daha yüksək əmək haqqı alacaq".
İ.Nağıyev qeyd edib ki, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən müəllimin nəticəsi onun əmək haqqında birbaşa rol oynamasa da, dolayısı ilə rol oynayır: "Çünki yüksək nəticə göstərən müəllimin dərs yükü az nəticə göstərəndən çox olur. Yəni, nəticə etibarilə həmin müəllimin əldə etdiyi məbləğ daha yüksək olur. Digər tərəfdən, əmək haqqı artımı diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərə şamil olunsa da, qiymətləndirmənin əsas məqsədlərindən biri əmək haqlarının artırılması deyil. Əsas məqsəd müəllimin bilik və bacarığını öyrənmək, ixtisasartırma kurslarının artıq ünvanlı olaraq təşkil edilməsidir. Biz nazirlik olaraq, müəllimlərin differensial əmək haqqı sisteminə keçidi planlaşdırırıq. Bu sistemə keçid zamanı müəllimin yalnız indiki kimi dərs yükü, stajı, təhsili deyil, artıq onun bilik və bacarıqlarının da nəzərə alınması planlaşdırılır".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR