Bu ilin noyabr-dekabr aylarında ölkənin 26 rayon və şəhərində dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Milli.Az APA-ya istinadən bildirir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, diaqnostik qiymətləndirmədə Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Salyan, Nefçala, Qusar, Quba, Siyəzən, Şabran, Xızı, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy və Şuşanın ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlər və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq, eləcə də həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.
2015-ci ildə diaqnostik qiymətləndirmə keçirilən rayon və şəhərlərdə çalışan və müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün də qiymətləndirmədə iştirak etmək üçün şərait yaradılacaq. Ötən 2 il ərzində Bakı şəhərində və ölkənin 12 bölgəsində dövlət ümumi təhsil müəssisələrində çalışan 60 min nəfərə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçirilib və onların həftəlik dərs yükü norması 1.5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılıb. Növbəti diaqnostik qiymətləndirmədən sonra əməkhaqqı artırılan müəllimlərin sayının 100 min nəfərə çatması nəzərdə tutulur.
Milli.Az
XƏBƏR LENTİ
Bu ilin dəbli çəkmələri
Lazımsız kəşf
Rus dili - Уу, Фф
Azərbaycan tarixindən yüz şəxsiyyət-69
Vüqar Həşimovun xatirəsinə ənənəvi turnir təsis olunacaq
Toy günü formada görünməyin 4 yolu
HAVA necə olacaq?-3 yanvar
"WhatsApp" işlədənlər, DİQQƏT - 1 ay sonra...
Şaftalı mürəbbəsi (foto resept)
“Johnson&Johnson”un koronavirusa qarşı vaksini davamlı immun cavab reaksiyasına səbəb olub
Eser Yenenler xəstəxanalıq oldu-FOTO
Hansı smartfon ekranının insan üçün zərərli olduğu açıqlandı
Nar cənnət meyvəsidir...(2)
Demet Akalın Bakıda toyda-FOTO
Wikipedia 250 redaktorla vidalaşdı
Əgər uşaq oğurluq edirsə...
Instagram-da 1 saatlıq videolar
Ödənişli təhsil məzuniyyətləri kimlərə verilir?
Diqqət! Piştaxtalarda yoluxmuş ətlər ola bilər
Anamın ətli sırdağı (foto resept)
Qış vaxtı" nəyimizə lazımdır?
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Nadejda Babkinanın sözlərinə kimsə inanmadı
İnstagramda Yenilik!
Dəbli balaca oğlan geyimləri
Psixoloji xəstəliklər - 1
Dodaqlarım tez-tez uçuqlayır, nə etməliyəm?
Putin Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ehtimalından danışdı
15 yaşlı girov geri qaytarılıb
Zeyn Malikin 17 yaşlı bacısı ərə getdi-FOTO
İçi doldurulmuş kabak(foto resept)
Bakıya yağış yağacaq
Həyat üçün təhlükə - Bəzi dondurmaların istehsalı dayandırıldı - SİYAHI
İndoneziyada güclü zəlzələ olub
Dünyanın 10 ən nadir gülü
Zeytunlu, xiyarlı salat (foto resept)
Azərbaycanda 1000 yaşlı ağac - Heç kim ona...VİDEO
İspan dili 2-ci dərs
Koronavirusla bağlı SON STATİSTİKA
Dövlət başçısı: "Düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra yaddan çıxarmasın"
Hər şeyə hazıram, amma bir şərtim var... - Paşinyan AÇIQLADI
Azərbaycanda Konstitusiya Günüdür!
Azərbaycanın birinci xanımı mükafatlandırıldı
Ozon təbəqəsi yenidən təhlükə altındadır
Çinlilərdən BMW X6-a rəqib - FOTO
Ordumuz erməniləri geri çəkilməyə məcbur etdi
Xallı və ürəkli dırnaqlar
"Çukur" cəzalandırıldı-SƏBƏB
Tarkan Berlində dönərxanaya baş çəkdi - Foto
Monika Belluçidən tətil FOTOsu