Son illərdə insanlar daha çox hazır qidalara üstünlük verirlər. Hər kəsin "fast food" kimi tanıdığı qidalar qısa müddətdə hazırlanan və servis olunan ərzaqlara deyilir. Tərcümə lüğətlərində bu sözlər ayrılıqda fast - tez, food - qida mənasını verir. Beləliklə, qısa müddətdə hazırlanan və servis edilən qidalar insanların sevimli yeməyinə çevrilir. Sifariş edilən qidaların birbaşa çatdırılma mexanizmi də insanların onlardan daha çox istifadəsinə səbəb olur. Bəs hansı yeməklər "fast food" adlandırılır? Bu qidaların insan orqanizminə zərərləri nədən ibarətdir?
Statistikaya görə, bu qidalardan uzaq durmağa çalışan insanlar belə ən azı həftədə iki dəfə "fast food"un qurbanı olur. Gün ərzində insanların keçirdiyi hərəkətli yaşayış tərzi, yemək yeməyə ayrılan vaxtın azalmasına səbəb olur. Məhz bu səbəbdən insanların seçimi asan və tez hazırlanan qidalar olur. "Fast food" adlandırılan qidalara hamburger, dönər, lahmacun, qızardılmış kartof, qızardılmış toyuq, pizza, tost, qazlı içkilər və s. daxildir.
Amerikada satışına başlanan və bütün dünyaya sürətlə yayılan "fast food" Azərbaycanda gənclər, uşaqlar tərəfindən xüsusilə rəğbətlə qarşılanır. Səhərdən axşama kimi işləməli olan valideynlər vaxt qıtlığından tez-tez "fast food"lara müraciət edirlər. Bu isə həm valideyn, həm də uşaqlar üçün istənilməz nəticələrə səbəb olur. "Fast-food" məhsullarındakı yağlar heyvan mənşəlidir. Bu qidaların əksəriyyətində isə doymuş yağ var. Həmçinin insan orqanizmi və maddələr mübadiləsi üçün çox zərərli olan konserogen maddələr, çoxlu miqdarda duzlar bu qidaların tərkibində olur. "Fast food"lar hazırlanarkən adətən, keyfiyyətsiz məhsullardan istifadə olunur. Bunlar isə bir çox ciddi xəstəliklər mədə, bağırsaq, xərçənginin yaranmasına səbəb ola bilir.
Adil Qeybulla: ""Fast food"da xərçəng şişi törətməyə meylli maddələr olur"
Tibb elmləri doktoru Adil Qeybulla deyir ki, "fast food"ların çox istifadə olunması məsləhət görülmür. Onun fikrincə, bu mövzuda xeyli məlumatlandırma aparılıb: ""Fast food"larda istifadə olunan yağlar dəfələrlə qaynadılır. Özünüz də müşahidə aparsanız aydın görəcəksiniz ki, bu qidaların satıldığı məkanlarda istifadə olunan yağlar, demək olar ki, dəyişdirilmədən təkrar-təkrar istifadə olunur. Yağlar uzun müddət qaynadıldıqda onlarda kanserogen maddələr əmələ gəlir. Sərbəst radikallar yaranmış olur ki, bunlar da kanserogen effektə malik olur. Bu maddələr xərçəng şişi törətməyə meylli olur. Ona görə də bu qidaların istifadəsi məsləhət olunmur. Ümumiyyətlə, ev şəraitində belə bir yağı ikinci dəfə istifadə etmək olmaz. Əgər o bir dəfə istifadə olunubsa, yanıbsa və ya tavaya yapışıbsa, o artıq istifadə oluna bilməz".
A.Qeybullanın sözlərinə görə, xolesterinli qidaların çoxluğu neqativ istiqamətlərdən biridir. Əsas vurğulanan məsələlərdən biri məhz budur: "Müəyyən olunub ki, bu cür qidalar kökəlməyə, artıq çəkiyə səbəb olur. Bundan başqa, xolesterinin səbəb olduğu bir digər sağlamlıq problemi qan dövranının pozulmasıdır. Bunlar da son nəticədə trambozlara, xroniki işemiyalara və s. gətirib çıxarır. "Fast food"lardan mütəmadi istifadə məsləhət olunmur. Əslində dünya əhalisinin problemlərindən biri qidalanma məsələsidir. Yer kürəsindəki qida ehtiyatları dünya əhalisinə yetərli deyil. Genetik modifikasiya olunmuş ərzaqlar, "fast food"lar bu zərurətdən ortaya çıxıb. Ancaq bunların neqativ tərəfləri də var. Yalnız zərurət yarandıqda, başqa çıxış yolu olmadıqda bu qidalardan istifadə etmək olar. Uşaqları sırf bu qidalarla böyütmək məsləhət deyil".
"Təsadüfi deyil ki, mədə-bağırsaq xəstəliklərindən ən çox əziyyət çəkənlər tələbələr olur"
Bakı Dövlət Universitetinin tələbəsi Səkinə Ağayeva (ad şərtidir) deyir ki, istər-istəməz gündəlik qidaları arasında "fast food"lar da yer alır. Dərslərin çox olduğu günlərdə yemək yeməyə çox vaxt olmur: "Elə buna görə ayaq üstə nə isə yeyib dərsə qayıdır. Gün ərzində bəzən iki dəfə "fast food" yeyirik. Ziyanları haqqında məlumatım var. Ancaq neyləmək olar. Tələbəlikdə istər-istəməz bu qidalardan istifadə edirsən. Universiteti bitirib, gündəlik rejimli həyata keçdikdə mümkün qədər bu qidalardan istifadə etməməyə çalışacam. Təsadüfi deyil ki, mədə-bağırsaq xəstəliklərindən ən çox əziyyət çəkənlər tələbələr olur. İstər bufetdə, istərsə də universitetdən kənarda satılan qidaların əksəriyyəti "fast food" olur. Həm tənbəllik, həm də vaxt azlığı insanı bu qidalara istiqamətləndirir".
Valideyn Kəmalə Əliyeva isə övladlarını mümkün qədər "fast food"dan uzaq tutduğunu deyir. Onun sözlərinə görə, övladlarına qadağan etdiyi bəzi qidalar var: "Əslində qadağan etməmişəm. Ancaq zərərlərini, onların necə hazırlanmasını başa salmışam. Buna görə heç özləri də çox vaxt hamburgerə, pizzaya, qazlı içkilərə yaxın durmurlar. Ancaq hərdən bir ürəkləri istədikdə icazə verirəm. Daimi istifadəsinə heç vaxt yol vermərəm".
Dünyada ən çox "fast food" istifadə edən ölkələr
Amerika Birləşmiş Ştatları "fast food"ların ən çox istifadə edildiyi ölkə hesab olunur. Ölkədə restoranlarda təqdim olunan qidaların 50 faizindən çoxunu hamburgerlər tutur. Bu səbəbdən "fast food" amerikalıların sevimli qidası hesab olunur. Ən böyük "fast food" restoranı isə "McDonalds" şəbəkəsidir.
Fransa özünə xas mətbəxi ilə tanınan ölkələrdən hesab olunur. Ancaq son illərdə qidaların 54 faizini "fast food"lar təşkil edib. Keçən zaman ərzində "Burger King" firması Fransada olan nümayəndəliklərini bağlayıb. Ancaq iş yerlərində nahar fasilələrinin azaldılması insanların "fast food" istifadəsini artırıb.
Kanada "fast food" istehlakının ən çox olduğu ölkələrdən biri hesab olunur. Qida bazarın 25 faizinə ölkənin öz markası kimi "Tim Hortons" sahibdir. Dünya nəhəngi "McDonald" 11 faizlə qida bazarının ikinci böyük hissəsini təşkil edir.
İngiltərə "fast food"un ən çox istifadə olunduğu 4-cü ölkə hesab olunur. Son illərdə ölkədə sağlam qidalanmanı artırmaq məqsədi ilə restoranlarda menyularda təqdim olunan yeməklərin qarşısına kalori miqdarları qeyd olunur. Beləliklə, insanlar hansı yeməyin nə qədər kaloriyə sahib olduğunu görüb, öz seçimlərini edə bilirlər. İngiltərə bazarında ən böyük paya sahib olan fastfood zəncirləri isə "McDonald", "KFC" və "Burger King"dir.
Cənubi Koreya "fast food"un ən çox istifadə olunduğu 5-ci ölkə hesab olunur. İqtisadi böhran səbəbi ilə cənubi koreyalılar qida sektoru xidmətlərindən daha ucuz faydalanma yoluna yönəliblər. Ölkədəki "fast food" mədəniyyəti, daha çox qəhvə və şirin menyuları təqdim edən markalar üzərində cəmlənib.
XƏBƏR LENTİ
Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi
Saçların elektriklənməsinin səbəbi və həlli yolu
Mikroelementlər-1
Nüsrət Ərzurumdan FOTO paylaşdı
Xanımlarımız üçün gündəlik sadə makiyajlar
Hadise yeni imicdə-FOTO
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Azərbaycanda zəlzələ oldu
Koronavirusla bağlı son STATİSTİKA
Radio və televiziya işçilərinin peşə bayramıdır
Müdafiə Nazirliyindən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmə ilə bağlı əhaliyə ÇAĞIRIŞ
CeyLo Türkiyədən 1 milyon qazanıb
Günün ulduz falı
Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi
Koronavirusun qalıcı ZİYANLARI
Ətli blinçik (foto resept)
Ermənistanın təlimlərə cəlb etdiyi muzdlu: “Kabuslar görməyə başladım”
Milyaderlər uşaqlarına nə hədiyyə edir?
Akın əsil adını açıqladı
Hava haqqında
Qışda güllərə necə qulluq etməli?
Aydın-Qərb, Qaranlıq-Şərq?
22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO
DƏCƏL DEYƏ - DEYƏ DƏCƏL OLMASIN!
Yerlərinə yapışdır
Subaylar üçün vacib xəbər
HAVA necə olacaq?- 16 APREL
Depressiya əleyhinə 7 faydalı qida
Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə
Arıqlamaq üçün edilən hərəkətlərin texnikası
Balıq satışı qaydaları sərtləşdirildi
Hellouindəki qeyri-adi kostyumlar
Hərəkətin möcüzəvi gücü (Son)
Məşhurların kompleksləri
Sərnişinlərə şad xəbər
Məşhur cütlüyün övladı olacaq-FOTO
Putin Azərbaycana hərbi donanma ilə gəlir
Cobs haqqında film bəyənilmədi
Pomidorlu düyü şorbası (foto resept)
Leyla Əliyeva atasını belə təbrik etdi - VİDEO
Əks cinsi 7 saniyəyə valeh edin
Məşhur bədən boyama festivalı
Qış aylarında körpə gəzintisi
Sezen Aksunun makiyajsız FOTOsu yayıldı
Jasmin çayının faydaları
Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
Mila Kunis 9 kq ARIQLADI-FOTO
Bu günün hava proqnozu
Bakı sakini nazirliyə ceyran bağışladı
Yedikləriniz əhvalınıza təsir edir
- ŞƏRHLƏR