
Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı səhər və axşam yarımadanın bəzi ərazilərində duman, çiskinli olacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azər Tac-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir 16-20 m/s-yə çatacaq.Havanın temperaturunun gecə 1-4° isti, gündüz 7-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.Tibbi-meteoroloji proqnoza görə, yanvarın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün, əsasən, əlverişlidir. Yanvarın 17-18-də hava şəraitinin nisbətən qeyri-sabit keçəcəyi, arabir
güclənən xəzri küləyi fonunda temperaturun ötən günlərlə müqayisədə bir qədər aşağı enəcəyi, rütubətliyin artacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Naxçıvan Muxtar Respublikasında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 4-9° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 2-7° şaxta, gündüz 2-7° isti olacağı olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğu, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 11-16° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Arabir güclənən şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 4-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Çox qusmaq körpəyə ziyandır? Hamilələr, DİQQƏT
117 yaşlı qadın yeni rekorda imza atdı
Bengü körpəsi ilə reklama çəkiləcək
Məktəbəhazırlıq kurslarına uşaqların qoyulması məcburi olacaq?
Sağlam münasibət üçün tövsiyələr
BÜRCLƏR bizə nə vəd edir? -3 İyun
Pamelo nədir və faydaları nələrdir?
Mannılı çörək (foto resept)
Naringili dondurma(foto resept)
3 addımda köynəklərinizi yenidən yaradın
Yumurta hər yaşda faydalıdır
Qidalar: faydalı və maraqlı
Reventador oyandı
Ledi Qaqa pərəstişkarlarını yeni görünüşü ilə təəccübləndirdi - FOTO
Elmar Məmmədyarov Albaniyanın xarici işlər nazirini qəbul edib
Cəbhədə son VƏZİYYƏT
Məşhur aktrisa sağdır!
Ətli makaronlu yemək (foto resept)
"Qarabağ" Salvador millisinin üzvünü istəyir
Milanda moda həftəsi
COVID-19-un müalicəsində yeni üsul - 30 ölkədə təsdiqini tapdı
60 yaşından sonra məktəbə gedən 8 qadın
Bunları bilməliyik
Azərbaycan turistləri hansı ölkələrə maraq göstərirlər?
Müasir ayaqqabı modelləri
Kəs və yapışdır-9
HAVA necə olacaq?-21 FEVRAL
İnfeksionist: Koronavirusun yoluxuculuğunun artması insanlar üçün yaxşı xəbərdir
İlham Əliyevin oğlu imtahan verdi
Müəllimlərə şad xəbər
İlin ilk iş gününün HAVASI
Azərbaycan tarixindən yüz şəxsiyyət-93
Həkim qərəzinin nəticəsi, yoxsa?..
İlham Əliyev: “Ağdam-Xankəndi-Şuşa avtomobil yolu açılacaq”
Murad Bozun keçmiş xanımı TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bakıya yağış yağacaq
Manatın MƏZƏNNƏSİ
Limonun saça faydası
Azərbaycanın ümid yeri
Həcc səfərinin qiyməti qalxdı
Qiyməti ölən rus maşınları Bakıya axışır
Yay vaxtına keçid bizə nə verir?
Bu günün hava proqnozu - 28.10.2013
Koronavirusla bağlı SON STATİSTİKA
Cehizlik yataq üzləri
Azərbaycan milli mətbuatının 142-ci ildönümü qeyd olunur
Ən kiçik güzgü hazırlandı
Subay qalmaq qorxusu
Bu keksin 100 yaşı var, amma... - ONU İNDİ DƏ YEYƏ BİLƏRSİNİZ
Bu 16 situasiya qadınları çox özündən çıxarır















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]