Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
İlyas Əfəndiyev
(1914-1996)
İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü ildə Azərbaycanın qədim Qaryagin rayonunda anadan olmuşdur. O dövrdə Şimali Azərbaycan Rusiya imperiyasının tərkibində olduğundan İ.Əfəndiyevin doğma şəhəri XIX əsrdə rus generalı Qaryaginin şərəfinə Qaryagin şəhəri adlanırdı. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti hökumətinin müvafiq qərarı ilə Qaryagin şəhərinə onun tarixi adı–Cəbrayıl-qaytarıldı. Burada ona təhsilini başa vuran İ.Əfəndiyev bir az işlədikdən sonra XX əsrin 30-cu illərində Bakıya gəlir. O, müəllim olmaq arzusunda idi.
1938-ci ildə İlyas Əfəndiyev V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) coğrafiya fakültəsini bitirir. Lakin o özünü daha çox yazıçılıqda sınayır. Belə ki, yazdığı ilk kiçikhəcmli əsərləri dost-tanışları tərəfidən rəğbətlə qarşılandığından o, peşəkar yazıçılara müraciət edir və müsbət rəy alır.
1939-cu ildə onun "Kənddən məktublar" adlı ilk povest və hekayələr kitabı işıq üzü gördü. Bu, gənc yazar üçün böyük hədiyyə idi. Kitabdakı "Qarımış oğlan", "Uxajor", "Mirzə İman" və s. hekayələrdə yazıçı XX əsrin 30-cu illərində Azərbaycan kəndinin adamları arasındakı münasibətlərdən bəhs edir, mənəvi təmizlik məsələlərinə xüsusi fikir verir. İ.Əfəndiyev ixtisası üzrə işləyir və boş vaxtlarında yazıçılıqla məşğul olurdu. Sonralar o, "Ədəbiyyat qəzeti", "İnqilab və mədəniyyət" jurnalının redaksiyalarında, Azərbaycan Radio Komitəsində, kinostudiyada və Azərbaycan Yazıçılar İttifaqında müxtəlif vəzifələrdə çalışmışdır.
II Dünya müharibəsi dövründə yazdığı hekayələr "Aydınlıq gecələr" kitabında toplanaraq 1945-ci ildə nəşr edildi. Böyük rezonans doğuran kitab ictimaiyyətə yeni, istedadlı bir yazıçının gəlişindən xəbər verirdi. "Durna", "Sən ey qadir məhəbbət", “Tar” hekayələrində yazıçı müharibə dövrü insanlarının daxili aləmini əks etdirə bilmişdir. "Qan dağı", "Apardı sellər Saranı" hekayələrinin mövzularını müəllif şifahi xalq ədəbiyyatından götürmüşdür. İlyas Əfəndiyevin "Yun şal", "Qırçı və qızılgül" hekayələri lirik məzmunu və poeziya ruhlu obrazları ilə seçilir.
Tədricən İ.Əfəndiyev Azərbaycan teatrı üçün pyeslər yazmağa başlayır. Yeni ictimai proseslər, insanların psixologiyasında baş verən dəyişikliklər, yeniliklə köhnəliyin mübarizəsi onun "İşıqlı yollar" (1947), "Bahar suları" (1948) və "Atayevlər ailəsi" (1954) pyeslərində əks olunmuşdur. Dramaturqun əsərlərində daxili təmizlik, mənəvi ucalıq kimi keyfiyyətlər aşılanır. Bəzi əsərlərdə həyatda düzgün yol tutmayan, var-dövlət hərisi olan insanlardan da danışılır. Sənətkar bu cür adamların timsalında həmvətənlərinə ibrət dərsi verir, onlan düzlüyə və təmizliyə çağırır. Onun "Büllur sarayda" pyesi bu baxımdan xüsusilə əhəmiyyətlidir.
1958-ci ildə İlyas Əfəndiyev özünün ilk romanını yazmışdır. "Söyüdlü arx" romanında o, mühafizəkar təsəvvürləri tənqid etmiş, onların inkişafa necə böyük zərər vurduğunu göstərmişdir. 1960-cı ildə yazıçıya əməkdar incəsənət xadimi fəxri adı verildi və həmin ildə onun növbəti əsəri-"Körpüsalanlar" romanı çap olundu. Bu romanda 1963-cü ildə işıq üzü görmüş "Dağlar arxasında üç dost" romanında zəngin mənəviyyatlı insanların dolğun bədii obrazları yaradılmışdır. Bu romanların qəhrəmanları ucqar rayonlarda çalışan ustalar, fəhlələr, körpüsalanlar, mədəniyyət işçiləri, ümumiyyətlə, qurucu insanlardır. Onları birləşdirən əsas cəhət təmiz daxili aləmləridir.
Cəmiyyətdə baş verən ictimai proseslərə həssaslıqla yanaşan, müasir mənəvi-əxlaqi problemlərə qiymət verməyə çalışan İ.Əfəndiyev 1964-cü ildə "Sən həmişə mənimləsən", 1967-ci ildə "Mənim günahım", 1968-ci ildə "Unuda bilmirəm", 1969-cu ildə "Məhv olmuş gündəliklər" pyeslərini yazmışdır.
"Mahnı dağlarda qaldı" (1971) pyesində yazıçı Azərbaycanda XX əsrin əvvəllərində baş verən gərgin siyasi mübarizəni əks etdirir, bu mübarizənin sadə insanların, ayrı-ayrı ailələrin taleyində necə faciələrlə əks olunduğunu göstərir.
1972-ci ildə yazıçı Azərbaycan SSR Dövlət mükafatına layiq görülür.
İlyas Əfəndiyevin 1973-cü ildə yazdığı "Qəribə oğlan" və 1976-cı ildə qələmə aldığı "Bağlardan gələn səs" pyesləri Azərbaycan dramaturgiyasında psixoloji dramın nümunələridir. "Qəribə oğlan" əsəri yazıçının yazdığı yeganə komediyadır. Bu dövrdə yazıçı əmək adamlarına, onların problem və düşüncələrinə həsr olunmuş oçerklər, həmçinin ədəbi-tənqidi məqalələr yazmışdır.
Yazıçının əsərləri bir neçə xarici dilə tərcümə edilmiş, dramları müxtəlif sovet şəhərlərinin səhnələrində oynanılmışdır. "Sən həmişə mənimləsən" pyesi Bolqarıstanda tamaşaya qoyulmuş və böyük uğurla oynanılmışdır.
İ.Əfəndiyevin pyeslərinin çoxu müasir mövzuda olsa da, "Xurşidbanu Natəvan", "Şeyx Xiyabani", "Tənha iydə ağacı", "Hökmdar və qızı" pyesləri tarixi mövzulara həsr olunub. Bu əsərlər arasında ən məşhuru "Xurşidbanu Natəvan" pyesidir. Əsər XIX əsr Azərbaycan poeziyasının görkəmli xadimlərindən Natəvana, onun xalqın rifahı üçün gördüyü nəcib və xeyirxah işlərə həsr olunmuşdur. Müəllif Natəvanı xalqın səadəti və maariflənməsi yolunda böyük fədakarlıq göstərən mübariz və vətənpərvər bir insan kimi təqdim edir. Natəvan həm də ailəsini ürəkdən sevən alicənab bir qadındır. İki hissədən ibarət pyesdə Natəvanın bir şairə kimi fəaliyyətinə də geniş yer verilir.
1976-1978-ci illərdə yazılmış "Sarıköynəklə Valehin nağılı" ikihissəli romanında "şəxsiyyət və cəmiyyət" mövzusu müasir ideya-estetik tələblər səviyyəsində həll olunmuşdur. Romanın mövzusu bilavasitə tikinti ilə bağlı olsa da, müəllif insanların əxlaq və mənəviyyatlarındakı səciyyəvi cəhətlərin təsvirinə daha geniş yer vermişdir.
1979-cu ildə İlyas Əfəndiyev Azərbaycan SSR xalq yazıçısı fəxri adına layiq görüldü. Fəaliyyəti dövründə İlyas Əfəndiyev Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri və medallarla təltif edilib.
İlyas Əfəndiyev 1996-cı ildə Bakı şəhərində vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Görkəmli ədibin doğma şəhəri Cəbrayıl Sovet hakimiyyəti illərində Füzuli adlandırıldı (məşhur Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə). Hal-hazırda bu şəhər Ermənistan Respublikasının silahlı qüvvələrinin işğalı altındadır.
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
İstiotu süfrənizdən əskik etməyin
Yeni analar üçün dəriyə qulluq
İki qolu olmayan qız: "İradə hər şeydir"
"Şəkər xəstəsi olduğunu gizlədən insanlar var"
İlham Əliyevdən şəhidlərimizlə bağlı paylaşım - FOTO
Mixael Şumaxer öldü?
Mehriban xanım hüzr mərasimində
Fitness bağlı bilinən yanlışlar
Keçibuynuzu
Koronavirus xəstəsi öz evində hansı dərmanlardan istifadə edə bilər?
İsveçin karantindən imtina etməsinin yeni faydaları açıqlanıb
Tatlıses əsgər getdi
Uşaqlar üçün: Habil və Qabil
Pulsuz Wi-Fi turistləri artırır
Çiyələk souslu keks (foto resept)
Azərbaycanda siqaret bahalaşdı
Doğum sonrası qanamalar
Xəyal etmək xəyanət sayılırmı?
Hərəsi bir rəngdə bacılar doğuldu
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Gözəllik içkiləri
Uşaqlar üçün yoqa: top 10 faydası
Uşaq otağı mebelləri
Barmaqlarınızın formasına görə xarekteriniz
Bakının yarısı işıqsız qaldı
Ərəbistanda Ramazan bazar günü başlayacaq
Dondurulmuş qidalar: zərər, yoxsa...
DÇ-2018-in rəsmi mahnısının klipi təqdim edildi - VİDEO
Mən şəkil çəkirəm (dərs 8)
"Mən yoldaşımla fəxr edirəm, çünki o əsl qəhrəmandır"
Qaşlara qulluq
Google+-un "beyni" işdən gedir
Bakı Metropoliteni sərnişinlərə xəbərdarlıq etdi
Gözəl ziyafət geyimləri
Şəhzadədən maraqlı açıqlama: "Övladlarım homoseksual olsa..."
Sabah güclü külək olacaq
Qaz və şişkinliyə qarşı ən effektiv vasitə
Gizlənməyi bacaran heyvanlar
Dünya bu 3-lükdən qorxur
Azərbaycanda GMO ilə bağlı yenilik
Şevval Şam yenidən hakim qarşısında-SƏBƏB
Bakı metrosunda törədilən terrordan 21 il ötdü
Bayden: “Nitqimi bitirənə qədər 200 milyon insan koronavirusdan vəfat edəcək”
Pomidorlu makaron (foto resept)
Stiv Cobs Google-u məhv etmək istəyirmiş
“Kosmik” malikanəsini Satışa Çıxardı-Rekord məbləğ-FOTO
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Bitkilərə qulluq
Azərbaycanda mağazalardan istehlaka yararsız məhsullar aşkarlanıb
Azərbaycanda bu bazarda qıtlıq yaranıb

- ŞƏRHLƏR