
Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Hüseyn Ərəblinski
(1881-1919)
Hüseyn Məmməd oğlu Ərəblinski (Xələfov) 1881-ci ildə Bakıda anadan olub. İlk təhsilini mollaxanada aldıqdan sonra o, rus- müsəlman məktəbində oxuyub. Məktəb illərində teatr dərnəyinin qoyduğu tamaşalarda həvəslə oynayan Hüseyn qohumları və yaxınlarının etirazlarına baxmayaraq həyatını teatrla bağlamaq qərarına gəlir.
Hüseyn Ərəblinski səhnəyə ilk dəfə 1897-ci ildə görkəmli teatr xadimi və rejissor Cahangir Zeynalovun hazırladığı "Lənkəran xanının vəziri" komediyasında mehtər Kərim rolunda çıxmışdır. Gənc aktyorun istedadını görən C.Zeynalov onun məşhur aktyor olacağına inandığını bildirmişdir. Çox keçmir, Ərəblinskini "Müsəlman Artistləri Cəmiyyəti"-nə üzv qəbul edirlər və o, Azərbaycanın müxtəlif bölgələrində teatr tamaşalarında çıxış etməyə başlayır. 1905-ci ildə Lənkəran qastrolu zamanı Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" tamaşasında oynadığı Fəxrəddin obrazı Hüseynə şöhrət qazandırır.
1906-cı ildə Ərəblinski "Nicat" cəmiyyəti nəzdindəki teatr truppasına daxil olur və 1913-cü ilədək bu truppa ilə tamaşalarda iştirak edir. Sonralar o, "Səfa" cəmiyyətinin teatr truppasına keçir. 1918-ci ildən isə Ərəblinski Zülfüqar və Üzeyir Hacıbəyli qardaşlarının teatr truppasında çalışmağa başlayır. Bu teatrda fəaliyyəti zamanı ona rejissorluq da tapşırılır və Ərəblinski istedadını bu sahədə göstərmək imkanı tapır. Elə həmin 1918-ci ildə Ərəblinski teatrın baş rejissoru təyin olunur. Eyni zamanda Ərəblinski teatr həvəskarları dərnəklərinə də rəhbərlik edir, istedadlı gənclərdən yüksəksəviyyəlli aktyor truppası yaradır.
Hüseyn Ərəblinski bütün fəaliyyəti ilə Azərbaycanda aktyorluq sənətinin nüfuzunu qaldırmağa çalışmışdır. Bu o zaman idi ki, ölkədə bəzi mürtəce qüvvələr teatrın əleyhinə çıxış edir, aktyorluq sənətinə etinasız yanaşırdılar. Azərbaycan aktyorlarının peşəkarlıq səviyyəsinin artmasında və püxtələşməsində Ərəblinskinin xidməti əvəzsizdir.
H.Ərəblinski Azərbaycanın ilk peşəkar rejissoru hesab edilir. Obrazın daxili aləmini dərindən duymaq və açmaq, əsərin səciyyəvi xüsusiyyətlərini incə detallarla verə bilmək qabiliyyəti Ərəblinskinin rejissorluq sənətinin əsas məziyyətlərindən olmuşdur. O, ədəbi dramaturji materialın ifaçılar tərəfindən düzgün dərk edilməsinə və tamaşada vahid ansambl yaradılmasına xüsusi diqqət
vermişdir. Onun hazırladığı tamaşalar böyük maraqla qarşılanırdı. Onlardan N.Qoqolun "Müfəttiş" (1906) və "Evlənmə" (1910), N.Nərimanovun "Nadir şah" (1906), F.Şillerin "Qaçaqlar" (1907), Ş.Şaminin "Dəmirçi Gavə" (1908), U.Şekspirin "Otello" (1910) tamaşalarını göstərmək olar.
Azərbaycan teatrının repertuarına Azərbaycan tarixi və milli müstəqillik uğrunda hərəkatla bağlı səhnə əsərlərinin daxil edilməsində Ərəblinskinin böyük rolu olmuşdur. Əyləncə xatirinə yazılan əsərləri qəbul etməyən rejissor Azərbaycanda ictimai-siyasi və mədəni-əxlaq məsələlərini qaldıran əsərlərə üstünlük verirdi.

Bununla bərabər Ərəblinskinin aktyor təbiətinə faciəvilik və romantik pafos daha yaxın olmuşdur. O, S.Lanskoyun "Qəzavat" əsərində Əhmədbəy Şamxal, Ş.Şaminin "Dəmirçi Gavə" əsərində Gavə, Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan"-ında Fərhad, "Ağa Məhəmməd şah Qacar"-da Ağa Məhəmməd şah, "Dağılan tifaq"-da Nəcəf bəy, F.Şillerin "Qaçaqlar" əsərində Frans Moor, Nəriman Nərimanovun "Nadir şah"-ında Nadir şah kimi faciəvi rolları yüksək sənətkarlıqla ifa etmişdir.
Yaradıcılığında milli teatr ənənələri ilə klassik Avropa teatr mədəniyyətini üzvi surətdə birləşdirən Ərəblinski müxtəlif janrlı əsərlərdə inandırıcı və parlaq obrazlar yaratmışdır. 1910-cu ildə U.Şekspirin "Otello" əsərində yaratdığı Otello obrazı Ərəblinski yaradıcılığının zirvəsi sayılır.
Ərəblinski musiqili teatr səhnəsində də fəaliyyət göstərmişdir. Azərbaycan operasının birinci və on məşhur tamaşası olan Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası 1908-ci ildə məhz Hüseyn Ərəblinski tərəfindən tamaşaya qoyulmuşdur. O, sonralar Ü.Hacıbəylinin daha bir neçə opera və operettasının: "Əsli və Kərəm", "O olmasın, bu olsun", "Şah Abbas və Xurşidbanu", "Aşıq Qərib", "Evliykən subay", "Əlli yaşında cavan" və s. əsərlərin quruluşçu rejissoru olmuşdur.
Azərbaycanda peşəkar səhnə ustalarının yetişdirilməsində Ərəblinskinin böyük xidməti var. O, Azərbaycan dramaturgiyası və teatrının fəal təbliğatçısı olmuş, teatrın böyük təsiredici qüvvəsinin təbliğat işlərində geniş istifadə edilməsinin vacibliyini ictimaiyyətə çatdırmağa çalışmışdır. Azərbaycan teatrının nailiyyətlərini təbliğ etməkdən ötrü o, Cənubi Qafqaz, Şimali Qafqaz, Volqaboyu, Orta Asiya və Krım şəhərlərinə qastrol səfərləri etmişdir.
Azərbaycanda kino sənətinin yaradılmasında da Ərəblinskinin rolu olmuşdur. 1916-cı ildə "Neft və milyonlar səltənətində" adlı ilk Azərbaycan bədii filmində Ərəblinski baş rolda-Lütfəli bəy rolunda çəkilmiş və bu obrazı çox məharətlə də yaratmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xəbərini Ərəblinski böyük məmnuniyyətlə qarşılamışdır. Artıq heç bir qüvvə milli müstəqillik ideyalarını, Azərbaycan tarixini, mədəniyyətini təbliğ etməyə qadağalar qoya bilməzdi. Planlarını dostu Üzeyir bəy Hacıbəyli ilə bölüşən Ərəblinski yeni, daha möhtəşəm tamaşalar qoymaq, Azərbaycan teatrını dünya səviyyəsində təbliğ etmək, ölkədə kino sənətini inkişaf etdirmək kimi böyük arzularla yaşayırdı. Belə bir vaxtda Hüseyn Ərəblinskinin həyatına xaincəsinə sui-qəsd edilir. Qohumlarından birisi onların nəslindən aktyor kimi mənfur peşə sahibinin olmayacağını bildirərək Ərəblinskini hədələyir, ondan peşəsini dəyişməyi tələb edirdi. Hər dəfə rədd cavabı alan bu "igid" 1919-cu il martın 17-də Hüseyn Ərəblinskini xaincəsinə öldürür.

XƏBƏR LENTİ
“TikTok” rəhbərliyindən Trampa cavab
İlham Əliyev Dövlət Agentliyini ləğv etdi
Pərvin Dinçərdən üz maskaları (2)
"Vetnamka" tortu (foto resept)
Arıqladan pomidor suyu
"Avropalı gənc öz toyunda "Vağzalı çaldırırmı? Xeyr!"-Millət vəkili
Bu günün tarixi (21.09.2014)
Azərbaycanda müəllimlərin əmək haqları ilə bağlı yenilik gözlənilir
Məhkəmə Nərminin qatilinə həbs QƏRARI VERDİ
BÜRCLƏR bizə nə vəd edir? -25 MAY
Sobada gül kələmi (video-resept)
Spirtli içkilərin orqanizm üçün faydası mifdir
İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Dünyanın ən ağır müsəlman uşağı doğuldu
Şokoladlı tort (foto resept)
Kişilərin cəlbedici hesab etdiyi qəribə davranışlar
Ahmet Kural evlənir - FOTO
Günün ulduz falı
Yeni təhlükəli virus yayılıb - Meymun qripi
Qeyri-adi mebellər
Azərbaycanda internet məhdudiyyəti ləğv olunub? - RƏSMİ AÇIQLAMA
Hakerlər “Eurovision”un yayımına müdaxilə ediblər
Sara Sampaionun gözəllik sirləri
Siqaret tərgitmək üçün.
Hayde Bruneder: "Azərbaycan gimnastları böyük irəliləyişlərə nail olublar"
Bu şəxs oyuncaqla evləndi-FOTO
Krossvord həlli yaddaş zəifliyini aradan qaldırır
Piroq
Gürcüstanda həyat yenidən dayandı
Günün ulduz falı
İnsanı gəncləşdirən ərzaqlar
Uşaqlar niyə oğurluq edirlər?
Demet Akalın 3 milyon qazanacaq-FOTO
Porsche Macan 4 silindrli olacaq - FOTO
Həzm sistemini gücləndirən üsullar
Düşmən bölmələrindən birinin səhra idarəetmə məntəqəsi məhv edildi - VİDEO
Bakının mərkəzində "ayı" peyda oldu
Tramp seçkilərdə qalib gəldiyini açıqladı
Əl və ayaqlara qulluq
Azərbaycanda havanın temperaturu xeyli yüksələcək
Müdafiə Nazirliyi düşmənin daha bir yalanını ifşa etdi
Sadə ziyafət donları
Günün qoroskopu: vədlər çox, əməllər isə...
Bakının bir hissəsində internet çökdü
Azərbaycanda ödənişli yollar: haradan başlayacaq?
Putin: Azərbaycanın dünya arenasında nüfuzu artır
2018-ci il bu telefonların ili olacaq - FOTO
Leçolu-toyuqlu pide (foto resept)
Smartfondan silinməsi tövsiyə olunan tətbiqlər açıqlandı
"Ağıllı" texnologiyalar insana qarşı

- ŞƏRHLƏR