Azadlıq heykəli ABŞ və dünyanın ən məşhur heykəllərindən biridir. Bu heykəl 4 iyul ABŞ Müstəqilliyi günündə açılmışdır. Nyu-Yorkun və ABŞ simvolu olan Azadlıq heykəli Fransa xalqının 1886-cı ildə Amerika inqilabının 100 illiyi münasibəti ilə etdiyi hədiyyədir. Bu buraxılışda Azadlıq heykəlinin yarandığı gündən bu günə kimi tarixini öyrənəcəksiniz. Həm də şəkillərin müşahidəsi ilə.
Heykəlin yaradılması fransız memarı Frederik Oqyust Bartoldiyə tapşırılmışdır. Elə əvvəldən də bu bir hədiyyə kimi düşünülmüşdür.
Parisdə emalatxana 1875 il
İkitərəfli danışıqlara əsasən, Amerika pyedestalı hazırlamalı idi, Fransa isə heykəli. Lakin hər iki tərəfdə pul çatışmazlığı var idi. Fransada xeyriyyə toplantılarının köməyi ilə 2,25 mln frank toplandə. ABŞ-da isə auksionlar, boks yarışları, sərgilər təşkil edildi.
Solda: Azadlıq heykəlinin əli və məşəl. 1876-cı il. Sağda isə başın hazırlıq işini görürük. 1880-ci il.
Fransada Bartoldiyə mühəndis köməyi lazım oldu. Bu iş Qustavo Eyfelə tapşırıldı. Bəli, düz anladınız. Sonradan Eyfel qülləsinin müəllifi olacaq Qustavo Eyfelə tapşırıldı.
Fəhlələr heykəli yaradarkən. 1882-ci il
Heykəl 1884-cü ildə hazır oldu. Budur, o, artıq hazırdır.
Heykəli Nyu-Yorka 1885-ci ilin 17 iyununda fransız freqatı olan "İzer"-də gətirdilər. Gətirmək üçün heykəli 350 hissəyə böldülər və 214 qutuya qoydular. Heykəlin yerini Konqresin aktına görə general Uilyam Şerman seçmişdir. Bu Bedlou adası idi. Burada XIX əsrdə ulduz formalı fort vardı.
Heykəlin təntənəli açılışı 1886-cı ilin 28 oktyabrında oldu. Açılışda minlərlə insanın qarşısında ABŞ prezidenti Qrover Klivlend çıxış etdi.
Nyu-York, 1930-cu il.
Azdlıq heykəlini çox zaman Nyu-Yorkun simvolu və "Azadlıq və demokratiya simvolu", "Ledy Liberty" adlandırırlar.
1 iyun 1936-cı il.
Heykəlin yerdən məşəlin başına qədər hündürlüyü - 92,99 m, eni-33, 86 m-dir.
Bedlou adası əvvəllər tullantılarla dolu idi. Konqresmenlər buranın təmizlənməsi üçün 1 000 000 dollar ayrılmasını xahiş etdilər.
5 mart, 1948-ci il.
7 setyabr 1937-ci il Milli parkın sahəsi genişləndirildi. 1956-cı ildə isə Bedlou adası Azadlıq adası adı ilə əvəz olundu.
Şəkildə insanlar heykəlin tacından baxırlar.
1946-il, 26 oktyabr.
3 iyul, 1976-cı il.
1982-ci ilin mayında prezident Ronald Reyqan heykəlin bərpası üçün pul yığılmasını tapşırdı. Bərpa üçün 87 mln. dollar toplandı.
4 iyul, 1984-cü ildə bərpa başlandı.
1984-cü il.
1985-ci il.
Bu heykəl YUNESKO-nun irsinə daxil edilmişdir. Yenidən açılışı isə 1986-cı il 5 iyulda olmuşdur.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR