Gözdə itdirsəyinin çıxması əsasən bir iltihabdır. Göz qapağının içərisində qığırdaq quruluşda olan yağ kisəciklərinin iltihablanması vəziyyətinə xalq arasında itdirsəyi deyilir. Bu yağ kisəcikləri kiçik şişliklər meydana gətirərək iltihablandığı üçün göz qapağından göz səthinə təzyiq edərək ciddi ağrılara səbəb olurlar.
Gözdə itdirsəyini yaradan səbəblər nədir?
-Həddindən artıq stres,çətinlik,
-Tozlu və ventilyasiyasız mühitlər,
-Sızanaqlı dəri tipi
-Göz kanallarının bağlanması və ya tıxanıqlığı,
-Başqalarının dəsmalını istifadə etmək və s. kimi faktorlar və hadisələr.
Gözdə itdirsəyi çıxan xəstələrdə, işıq qorxusu (fotofobi) mövcud olur; işığa baxan zaman itdirsəyi olan gözdə yaşarmalar meydana gəlir.
İtdirsəyi müalicə edilməsi lazım olan bir xəstəlikdir.Ancaq bəzi vəziyyətlərdə erkən müdaxilə gözü rahatlaşdıracağından əhəmiyyətlidir. Bu mərhələdə, xəstə gözə isti kompres edərək itdirsəyinin yayılmasını önləyə bilər. Bir qaşığa sarılmış pambıq, gözü ağrıtmayacaq qədər isti bir suya batırılaraq gözdə 10 dəqiqəlik aralarla tutulduğunda, arpacığın səbəbi olan mikroorganizmlərin yağ kisəciklərindən çölə çıxmasına köməkçi olmaqdadır. İlıq gülsuyu, çay və çobanyastığı çayı da gözə tampon edilə bilər.
İtdirsəyi bəzi vəziyyətlərdə açıqda göz qapağının üzərində və ya kirpiklərindibində meydana gələ bilməkdədir. Bu vəziyyətdə çöldən itdirsəyinə sürtüləcək közlənmiş soğan çox faydalı ola bilməkdədir. Sarımsaq itdirsəyinə yaxşı gəlsə də gözə sürtülməsinin təklükəli omasına görə diqqətli olmaq lazımdır.
Hər nə qədər öz özünə keçir olsa belə iltihab, göz qapağı altındakı pərdələrdə xroniki olaraq dayanacaq və ilk müqavimət itkisindən sonra təkrar meydana gələcəkdir. İtdirsəyi mikrobik mənbəli bir xəstəlikdir. Bu mikrob, çöldən qapıla biləcəyi kimi bədəndə olan bakteriyalardan da səbəb ola bilərək yarana bilər. Yəni göz və bədən təmizliyinə diqqət edildiyi vəziyyətdə belə itdirsəyi yarana bilməkdədir. Yayda günəşli havada çox qalmaq, gecə yuxusuz qalmaq kimi səbəblər də gözdə itdirsəyi çıxması üçün yetərli bir səbəbdir.
Gözdə yaranan itdirsəyinin qarşısını almağın ən əhəmiyyətli yolu bədən müqavimətinin yüksək tutulmasıdır. İtdirsəyi genetik deyil. Ancaq eyni mühitdə yaşayan, yemək yeyən, eyni saatlarda yatıb qalxan,yəni eyni bədən müqavimətinə sahib ailə fərdlərində itdirsəyi ola bilər.Gözdə itdirsəyi meydana gəldiyində əhəmiyyətli olan onunla ilə oynamamaq,qudalamamaqdır. İtdirsəyi partlasa içərisindəki iltihab yayıla bilər və istənməyən vəziyyətlər meydana gələ bilər.
Gözdə itdirsəyi çıxdığında mümkün olduğunca evdə müdaxilə edilməməli və bir həkimə gedilməlidir. Evdə edilən və faydalı olduğu bilinən bir çox üsul əslində gözə zərər verər. Məsələn,gözə isti tətbiq olunması, iltihabın müəyyən bir mərhələsində faydalı ikən, müəyyən bir mərhələsində isə zərərlidir. Bu mərhələləri yalnız həkiminiz bilə bilər. Bunun yanında gözə sarımsaq qoymaq, göz kirpiklərinin qoparılması da səhv olan tətbiqlərdəndir. Bu kimi vəziyyətlərdə iltihabın daha çox yayılma riski vardır.
İtdirsəyinin müalicəsi üçün mütləq göz həkiminə gedilməlidir. İtdirsəyinin aradan qaldırılması və sonra təkrar çıxmaması üçün lazımlı müdaxilələrə həkiminiz qərar verə bilər. Ümumiyyətlə, özümüzün etməsi lazım olan tək şey; bədən müqavimətini ümumiyyətlə yüksək tutmaq olacaq. Bu vəziyyətdə gözdə itdirsəyinin çıxma ehtimalı ən az səviyyəyə endirilmiş olar.
Göz itdirsəyi-soyuqdəymədən, infeksiyadan yaranan bir xəstəlikdir. Göz qapağının piy vəzisinin iltihabıdır. İtdirsəyin simptomlarını demək olar ki, hər kəs yaxşı bilir. Göz qapağı əvvəlcə qaşınır, sonra yumru şiş əmələ gəlir, 2-4 gün sonra şişin başında sarı başcıq-irin yaranır.
Bu problemlə mübarizə aparmaq üçün onun nədən yarandığını aydınlaşdırmaq lazımdır. İtdirsəyinin bədənin soyuqlaması nəticəsində yarandığı hesab edilsə də, əslində itdirsəyi bakterial infeksiyadan, daha doğrusu çirkdən yaranır. Keçici deyil. Kişilərə nisbətən qadınlar daha çox itdirsəyidən əziyyət çəkirlər. Bunun səbəbi də makiyaj zamanı qadınların daha çox gözə əl vurmalarıdır. Uşaqlar da tez-tez bu xəstəliyə tuturlar. Orqanizmlərində A, C və B vitaminləri az olan, təmiz havaya gec-gec çıxan insanlar daha çox bu xəstəliyə tutulma riskindədirlər. İtdirsəyi sizə immun sisteminizdə qüsurların olduğunu siqnal verir. Çox vaxt ilk səbəbi kimi kirpiklərdə gənə- demodeks, müxtəlif kəskin xəstəliklər, mədə-bağırsaq traktı, şəkər xəstəliyi ola bilər.
Düzgün müalicə və ya düzgün diaqnoz qoyulmadıqda xəstəlik qorxulu ola bilər. İtdirsəyinin çirkini çıxarmaq üçün onu sıxmaq olmaz, bu zaman infeksiya qan damarlarına yayıla bilər və meningitlə(beyin qişalarının iltihabı) və ya qanın zəhərlənməsiylə(sepsis) nəticələnə bilər. Təhlükəsiz sayılan isti prosedurlar da ağır nəticələr verə bilər. İtdirsəyi şəklində gizlənən digər xəstəliklər də ola bilər, məs: xalyazion, yalnız cərrahi əməliyyatla müalicəsi mümkündür.
Müalicəsi.
Əlbəttə, ilk növbədə həkimə müraciət etmək lazımdır. Əgər itdirsəyi olduğundan əminsinizsə, ev şəraitində özünüz də ilk yardımı edə bilərsiniz. İlk növbədə kosmetikadan imtina etmək lazımdır, sıxmaq və ya deşmək olmaz. İtdirsəyi ilk yarandığında vaxtlarda spirt və ya Zelenka ilə yandırmaq olar. Gözə xüsusi göz damcılarından(0,3% tsipromed və ya levomitsetin-Chloramphenicol Qrupu) damcılatmaq məsləhətdir.
İlk mərhələsində isti(quru) qoymaq olar. Göz qapağına sulfanilamid və antibiotik tərkibli mazlardan çəkmək olar. Əgər itdirsəyi qızdırmayla müşayiət olunarsa, bu zaman daxilə antibiotik vurulmadan keçinmək mümkün deyil. Xəstəliyin ağırlaşmasını gözləmədən həkimə müraciət edin.
Xəstəliyin qarşısını almaq üçün aşağıdakılara riayət etmək məsləhətdir:
1.Gözlərə infeksiya düşməməsi üçün onları əllə silmək olmaz;
2.Əl-üz dəsmalını tez-tez dəyişin;
3.Makiyajı sürmək üçün göz şotkalarına xüsusi diqqət yetirin, onları tez-tez yuyun və ya dəyişin;
4.Bacardıqca yalnız öz kosmetikanızdan istifadə edin;
5.İmmun sisteminə, yeməyə, sağlamlığa xüsusi fikir verin.
P.S. Xəstəliyin qarşısını almaq daha yaxşıdır, nəinki onu sonradan müalicə etmək!
XƏBƏR LENTİ
Süni mayalanma günahdırmı?
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Bakıda “Birmanatlıq” taksilər LƏĞV EDİLİR - RƏSMİ
Əqiq daşı
Dərslər nə vaxt başlayacaq? - Nazirdən açıqlama
Ən güclü Fiat 500
Evi olmayan gənc ailələrə xoş xəbər!
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Bu ölkəyə bayram haram oldu
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Ordumuz şəhid verdi
Vanna otağı dekorasiyası
Cüt yumurta əkizi nədir?
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Bu yay dəhşətli isti olacaq
Sümüklərinizin sağlamlığını qoruyun
Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Manatın MƏZƏNNƏSİ
Defne Samyelin qızı da aktrisalığa başladı
Salfetlə süfrələrinizi bəzəyin (1-ci hissə)
Dünya onların gözündən baxın
Azərbaycanın təbii-coğrafi şəraiti-1
17 dərəcə isti olacaq
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Kəpəyi necə yox etməli?
Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Rusiya Suriyaya lazımi texnika verəcək
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
İşçiləri 240 min dollar maaş alır
Ən təhlükəli silah: makiyaj
Dünyanın ən uzunsaçlı kişisi
Ebru Şahinə yeni TƏKLİF
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Məşhur film haqda 40 il sonra gələn etiraf
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Unikal heykəl tapıldı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Bakıya 151 avtobus gətiriləcək
İlham Əliyev selfi çəkdirdi
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Kələm salatı (foto-resept)
WhatsApp-la bağlı sirr açıldı
Sabahın hava proqnozu açıqlandı
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
- ŞƏRHLƏR