Qocalıq (senil) psixozu daha ahıl yaşlarda baş beynin atrofiyası nəticəsində əmələ gələn xəstəlikdir. Xəstəliyin irəliləməsinin əsas səbəblərindən biri genetik faktordur. Xarici amillər isə ancaq təkanverici və ya ağırlaşdırıcı rol daşıyır. Xəstəliyin kliniki gedişatı beynin hansı sahəsinin zədələnməsindən və onun dərəcəsindən asılıdır. Ümumiyyətlə, bütün belə xəstəliklər sonda psixi fəaliyyətin dağılmasına, yəni kəmağıllığa gətirib çıxarır. Bu xəstəliyə yavaş, tədricən inkişaf mərhələri xasdır. Psixiatr Denis Rzayevin sözlərinə görə, qocalıq psixozuna - presinil demensiya (Pik xəstəliyi və Alsheymer xəstəliyi) və senil, yəni qocalıq kəmağıllığı aiddir: "Pik xəstəliyi - qocalıq öncəki baş beyin atrofiyasıdır. Xüsusi ilə baş beynin alın və gicgah payının atrofik pozuntuları ilə müşahidə olunur. Xəstəlik 50-55 yaşda başlayaraq 5-10 il ərzində davam edir və sonda bütövlüklə kəmağıllığa gətirib çıxarır. Bu xəstəliyə daha cavan və ya daha yaşlı insanlarda da rast gəlinə bilər". D.Rzayev deyir ki, bu xəstəlikdən qadınlar kişilərə nisbətən daha çox əziyyət çəkirlər. Xəstəlik şəxsiyyət pozuntuları ilə başlayır. Zəiflik, apatiya yaranır. Emosional reaksiyaların canlılığı, təfəkkürün məhsuldarlığı azalır. Şəxsiyyətdə abstraksiya keyfiyyəti pozulur. Öz şəxsiyyətinə və hərəkətlərinə qarşı tənqidi münasibəti itir. Bəzi xəstələrdə eyforiya vəziyyəti yaranır ki, bu da mənəviyyatın və vicdanın itirilməsinə gətirib çıxarır. "Xəstələrin nitqi bütün söz ehtiyatını itirərək sadələşir, eyni söz və kəlmələrin tez-tez təkrarlanması baş verir. Yazı yazarkən belə xəstələr tez-tez səhv edirlər. Ümumiyyətlə, xəttin dəyişilməsi də müşahidə oluna bilər". Pik xəstəliyi zamanı xəstə tədricən ən adi əşyaları tanımır, onlardan istifadə qaydasını xatırlamır. İntellektin dərin kasadlaşması ətrafdakıların təqlid edilməsinə gətirib çıxarır, yəni xəstələr ətrafdakı şəxslərin mimikasını, jestlərini və sözlərini təkrar edirlər. Əgər xəstəni narahat etməsən, o, əsasən səssiz dayanır, bəzən isə eyni söz və ya hərəkətləri təkrar edir. Xəstəliyin inkişafı yaddaşın tam itməsi, yeni informasiyanın qəbul edilməməsi, ətraf mühitdə adaptasiyanın itirilməsi ilə daha da diqqəti cəlb edir. Son mərhələdə təfəkkürün tam itməsi, yaddaşın pozulması, nitq, yazı və bütün biliklərin tam itməsi baş verir. Beləliklə, tam psixi və fizioloji köməksizlik (marazm) meydana çıxır. Həmsöhbətimizin bildirdiyinə görə, yaddaşını və bir çox intellektual bacarıqlarını itirdiklərini hiss edən şəxslər xəstəliklərini ətrfafdakılardan gizlətməyə çalışırlar. Tədricən yaddaşın zəifləməsi xəstələrdə çaşqınlıq yaradır. Xəstələr getdikcə yeri tanıya və vaxtı duya bilmir, ömür boyu yiyələndikləri təcrübəni, bilik və bacarıqlarını itirirlər. "İtmə prosesi indiki zamandan keçmişə doğru gedir. Yəni başlanğıc olaraq, ən son baş verən hadisələr unudulur. Xəstələr öncə mücərrəd anlayışları, adları, tarixləri, terminləri yada sala bilmirlər. Sonradan isə yeni məlumatların yadda saxlanılmasından çətinlik yaranır və bununla hadisələrin bütün xronoloji ardıcıllığı pozulur. Xəstələr hal-hazırda harada olduqlarını, ünvanları barədə məlumatı verə bilmədiklər halda, gənclikdə yaşadıqları ünvan barədə sizə dəqiq məlumat verə bilərlər. Hətta onlar evdən çıxdıqları zaman geri qayıtmağa çətinlik çəkirlər". Bu xəstəlikdən əziyyət çəkənlər əşyaları, rəng, forma və bir çox ətrafda olan yaxınlarının üz cizgilərini tanıya bilmirlər. Öz yaxınlarını yad adlarla, yəni gəncləri öz qardaşlarının və ya bacılarının adıyla, daha sonra isə çoxdan ölmüş qohumların adıyla çağırmağa başlayırlar. Sonda özlərini də tanımaqda çətinlik çəkirlər. Xəstəliyin son mərhələsində yeriş dəyişir, dodaqların, dilin düzgün refleksiyası itir".
Psixiatr qeyd edib ki, xəstəlik şəxsə məxsus individuallığın itirilməsinə gətirib çıxarır. Beləliklə, qocalıq kəmağıllığı qocalıq dövrünün əsas nevroloji və psixoloqo-psixiatrik problemlərindən biridir. Senil demensiyadan əziyyət çəkənlər əhalinin 60 yaşdan yuxarı təbəqəsinin 20%, 80 yaşlıların 25%-ni əhatə edir. Qocalıq kəmağıllığının yaranma səbəbi digər atrafik proseslər kimi hələdə bizə naməlum qalır.
"Xəstəliyin irsən ötürülməsi şübhə doğurmur. Xəstəlik 65-70 yaşlarda başlayır və orta hesabla 5 il davam edir. Lakin bəzən xəstəliyin 10-20 il davam etdiyi hallar da möcuddur. Xəstəlik nəzərə çarpmayan dəyişikliklə başlayır. Öncə şəxsin xarakterində dəyişiklik baş verir. Məsələn, qənaətcil insan xəsis bir şəxsə, həmişə öz sözündə möhkəm duran - tərs insana, inamsız insan hər şeyə şübhə ilə yanaşan şəxsə çevrilir".
Müsahibimizin dediyinə görə, hal-hazırda atrofik proseslər nəticəsində meydana gələn xəstəliklərin müalicəsində effektiv metodlar mövcud deyil: "Amma düzgün qulluq və simptomatik müalicə böyük əhəmiyyət kəsb edir. Bu xəstələri ev şəraitində müşahidə etmək və həyat tərzini dəyişdirməmək məsləhətdir. Xəstələri xəstəxana şəraitində müalicə etmək onların vəziyyətini ağırlaşdıra bilər. Bu xəstələrə aktiv həyat tərzini aparmaq üçün şərait, yəni daha hərəkətli həyat tərzi sürmək lazımdır. Onlar gündüz vaxtı mümkün qədər az passiv istirahətlə məşğul olmalıdırlar. Əgər xəstənin vəziyyəti çox ağırdırsa, xüsusi müalicə mərkəzlərində müalicə alması məsləhətdir".
Mənbə: Ekspress.Az
XƏBƏR LENTİ
Hadisə 3 aydan sonra bacısı ilə barışdı
Həkimdən komadan ayılan Bəhram Bağırzadənin səhhəti ilə bağlı AÇIQLAMA
Üz dərisini qorumağın 5 üsulu
Səhər-səhər bunları qətiyyən yeməyin
Azərbaycanın Fransadakı səfiri: “Parisdə ermənilər səfirliyimizə daş atdılar, şüşələrimizi qırdılar...”
15 nəvəsi olan 89 yaşlı qadın gəlinlik geyindi-FOTO
Gecə geyimləri
Almaniyada polis işləyən azərbaycanlı qızın FOTOları rekord baxış alır
Ezgi Mola 2 milyonluq təklifi rədd etdi
Kolbasa istehsalında xəstə heyvan ətindən istifadə olunurmu?
Səfər Əbiyevin cəzalandırdığı zabit nazirlikdə rəis müavini vəzifəsinə keçirildi
Çiban və ziyillərə qarşı müalicə üsulları
İşinizdən acığınız gəlir?
ABŞ-ın Konqres kitabxanası
Məşhur cütlüyün ayrılıq səbəbi bəlli oldu-FOTO
Külək nə vaxta kimi davam edəcək?
Sızanaqların qarşısını necə almalı?
Ermənistan ordusu mövqelərimizi atəşə tutub
20 tip moda stili (1)
Azərbaycanda bir kənddə 17 nəfər koronavirusa yoluxub
Acun Şeymanın FOTOları haqqında bunu dedi-FOTO
Müəllimlərə gül aparılmasın - Valideynlərin nəzərinə
Düşmənin hərbi avtomobil korteji məhv edilib - VİDEO
Səhiyyə Nazirliyi yeni peyvənd sifariş verib
Daxili Qoşunların hərbi qulluqçuları təcili Bərdəyə ezam olundu - RƏSMİ
Qadin.Netlə birlikdə hamiləlik (XXI həftə)
Şabalıdın qabıqlarını atmayın! Qadınlara lazım olan RESEPT
Yazıçı Anarın əsərinə qadağa qoyuldu?
Google vəd verdi
Yeməklərini incəsənət nümunəsinə çevirdi
Putinin Suriya müharibəsi ilə bağlı etirafı
Praktik 4 üz maska
Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Qarabağ münaqişəsini müzakirə ediblər
Dəbli ayaqqabı modelləri
Əfv Komissiyasının iclası keçirildi
Ralph Laurenin payız kolleksiyası
Qadın iki gecəyə iki dəfə uşaq dünyaya gətirdi - FOTO
Kasıblığa aparan 10 yol
Azərbaycanda 800 qramlıq körpə doğuldu
Türkiyədə narahat gecə: Müxtəlif bölgələrdə zəlzələlər oldu
Baş infeksionist toylara icazə verilməsi barədə: "Ehtimal çox yüksəkdir..."
Türk qəhvəsi maskası
Beyonsun heykəli hazırlandı-FOTO
Yuyucu vasitələr qadınlar üçün təhlükəlidir
Çəki azaldan bitki
Böyük səhraya düşən meteoritdə Marsa məxsus su tapılıb - FOTO
Arnold Şvartsnegger bomj oldu
YARAT "Future Shorts" qısametrajlı film festivalı
Sürücülər, diqqət! - Sabah cərimələnə bilərsiniz
"Kupça"sız əmlaka görə vergi verilməlidir?
- ŞƏRHLƏR