Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür.
142 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin "Əkinçi" qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.
"Əkinçi" Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.
Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən "Ziya", "Kəşkül", "Şərqi-rus", "İrşad", "Molla Nəsrəddin" kimi qəzet və jurnallar "Əkinçi"nin ənənələrini davam etdirdi. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu. Növbəti mərhələ isə Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 142 yaşlı mətbuatın 70 ili bu kommunist dikaturası dövrü ilə bağlıdır. Həmin dövrdə Azərbaycan mətbuatı mövcud problemləri daha çox sətiraltı mənada yazırdı. Çünki mətbuat SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın ruporu idi. Həmin dövrdə fərqli düşünmək, yazmaq yasaqlanmışdı.
1980-ci illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrüdür. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Heydər Əliyev imzalayıb.
Ümumilikdə, ulu öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. 1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında" beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.
Ölkədə söz və mətbuat azadlığına, KİV-lərə ən yüksək səviyyədə diqqət və qayğı var. Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında KİV-lərin inkişafına dövlət dəstəyi Konsepsiyasının" təsdiq edilməsi, bir il sonra, 3 aprel 2009-cu il tarixində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə atılan mühüm addımlar idi.
Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.
Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncamını isə bugünlərdə imzalayıb.
XƏBƏR LENTİ
Yarpaqları yandırmayın!
"Zodiak" salatı (foto resept)
Bredli Kuper yeni sevgili tapdı-FOTO
Tarkan və xanımı 10 il əvvəl-FOTO
Dünyanın ən bahalı almaz ayaqqabısı
“Ağdamı sən azad edəcəksən”: Yaralı hərbçini xilas edərkən şəhid olan əsgərimiz - VİDEO
Toshiba 4K formatlı noutbuk buraxacaq
Zakir Həsənov Ermənistana onqat cavab verilməsinə dair tapşırıq verdi
"Qarabağ qara ləkədir"
Krım erməniləri milli-mədəni muxtariyyət aldılar
Siqaret yenidən ucuzlaşdı
Soçi 2014: dünənin çempionları
Sabahın HAVAsı
Məşhur amerikalı diplomatdan Avropa Oyunları açıqlaması
Uşağınızla evdə vaxt keçirmək üçün...
Məşhurlara bənzəmək üçün sərvət xərcləyənlər
Azərbaycan tarixindən yüz şəxsiyyət-39
Düşmənin bir neçə hərbi obyekti, texnikası, 20 nəfərdən çox şəxsi heyəti məhv edilib - VİDEO
Döş xərçənginin dərmanı tapıldı
Hava necə olacaq?
Zeze__cards - 4
Rusiyalı ekspert: “Ermənistan Azərbaycan Ordusunun uğurlu əməliyyatını etiraf edir” - VİDEO
Rənglər haqqımızda nələr deyir?
Bakıda doğru Şaxta babanı necə tapmaq olar?
Uşaq ensiklopediyası(12)
Milyarder insanları Aya aparacaq
Azərbaycanın tanınmış şairinin vəziyyəti pisləşib
Adriana Limadan türk sevgilisinə romantik mesaj
Prezident: "Gürcüstan Rusiya ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır"
Şimali Koreyada daha bir qadağa
Öd kisəsində daş yaranmasına səbəb olan hallar
Hamilə olduğunu doğuşdan 1 gün əvvəl öyrəndi-AZƏRBAYCANDA
Azərbaycana yeni vəzifə həvalə edildi
Eminem sosial şəbəkədə telefon nömrəsini paylaşdı
Şeytanla odunçunun döyüşü
Tolqa Karel yeni ev aldı
Sizcə göz dəymə varmı?
Fatma M - "Ürəyim çox cavandı, lap körpə uşaq ürəyi kimi"
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
Keti Perridən qəribə açıqlama
Qeyri-adi üzüklər
Hilal Altınbilek AÇIQLAMA verdi
Ən çox koronaviruslu xəstənin hansı ərazilərdə olduğu açıqlandı - RƏSMİ
Ayrılıq səbəbi bəlli oldu-XƏYANƏT
Bu gündən hava soyuyur
"Çukur" cəzalandırıldı-SƏBƏB
Düşmən mövqelərimizi minalarla vurur
Beren Saat onunla görüntüləndi-FOTO
Almalı piroq (foto resept)
Barbi tortu (foto resept)