
Qlobal iqlim dəyişikliyi dünya miqyasında aqrar sahəyə mənfi təsir göstərir. Məhz bu səbəbdən kənd təsərrüfatı məhsullarının bəzi növlərində qıtlıq və bahalaşma proqnozlaşdırılır.Ancaq iqlim dəyişikliyinin məhsuldarlığa vurduğu zərərin azaldılması üçün tədbirlərin görülməsi, əkinçiliyin iqlim şəraitinə uyğunlaşdırılması, iqlim dəyişikliyinə uyğun qısa və uzunmüddətli strategiyanın seçilməsi, yeni metodlardan istifadə olunması vacibdir.Bu istiqamətdə Azərbaycanda vəziyyət necədir, kənd təsərrüfatı sahəsinin dayanıqlığının artırılması məqsədi ilə tədqiqatlar sisteminin optimallaşdırılması və digər məsələlərin həlli üçün hansı tədbirlət görülür?Kənd Təsərrüfatı Nazirliyindən ANS PRESS-ə bildirilib ki, ölkəmizdə müşahidə edilən məlum 9 iqlim şəraiti nəzərə alınmaqla mövcud iqtisadi rayonlar üzrə onilliklərdir kənd təsərrüfatı sektoru, o cümlədən, əkinçilikdə bitkiçilik sahəsi (ərzaq və yem istiqamətli), eləcə də heyvandarlıqda (maldarlıq, quşçuluq, arıçılıq və balıqçılıq) sahəsi, hər dövrə və torpaq iqlim şəraitinə uyğunlaşdırılaraq ixtisaslaşdırılıb.Qlobal iqlim dəyişikliyi şəraitində qəbul edilmiş dövlət proqramları çərçivəsində əkinçilik sahəsində, davamlı şəraitdə elmi və sınaq tədqiqatları aparılmaqla 600-dən yuxarı sort-sınaq işləri həyata keçirilib. Bunlardan fövqəladə torpaq-iqlim şəraitində yarana biləcək xəstəliklərə, zərərvericilərə davamlı və məhsuldar 330-a qədər dənli və dənli-paxlalı sortları, 100-ə yaxın texniki bitki sortları, 75-80 növ tərəvəz-bostan və kartof sortları, 100-dən çox meyvə (alma, armud, gilas, qərzəklilər, üzüm, sitrus və subtropik növlər) habelə yaşıl çay yarpağı üzrə tədqiqat-sınaq işləri başa çatdırılmaqla, onların bir hissəsi rayonlaşdırılıb və digərləri üzrə işlər davam edilir.Hidrometeorologiya xidmətindən qabaqcadan daxil olan temperatur dəyişmələrinə olan məlumatlara əsasən növbəti əkin kampaniyası zamanı əkin strukturunda istiyədavamlı rayonlaşdırılmış taxıl, yem, tərəvəz-bostan bitkiləri sortlarından, eləcə də çoxillik əkmələrin (meyvə, üzüm, yaşılçay və s.) genişləndirilməsinə xüsusi diqqət yetirilir.
Mütəxəssislərin fikrincə, bu məsələdə suvarma sistemi də mühüm rol oynayır. Ölkə üzrə su qıtlığını nəzərə alaraq mütərəqqi suvarma texnologiyalarının tətbiqi sahəsində də (yağışyağdırma, damcılama, tirə və şırımlarla suvarma və s.) tədbirlər görülür, itkilərin azaldırlması məqsədi ilə torpaq məcralı suvarma şəbəkəsi tədricən beton üzlüklərlə örtülür.
Nazirlikdən vurğulanıb ki, hazırda aqrar sahədə sığorta sisteminin təkmilləşdirilməsi məqsədi ilə tədbirlər həyata keçirilir, o cümlədən də qanunvericilik layihəsi hazırlanır və bu sahədə beynəlxalq məsləhətçilərlə qarşılıqlı anlaşma mübadilələri aparılır. Qlobal iqlim dəyişiklikləri şəraitinə uyğunlaşmaq və yaşayış tərzinin davam etdirilməsi sahəsində 10 ildən çoxdur dövlət beynəlxalq səviyyədə geniş forumların işində iştirak etməklə, ərzaq təhlükəsizliyi, qənaətli təbii resursların istifadəsi və əhalinin təminatı faktorunda aqrar sahənin dayanıqlı olması şəraitini daim diqqət mərkəzində saxlayır.
Bir sözlə, Azərbaycanda gələcək risklərin, iqlim dəyişikliyinin təsərrüfatlara vura biləcək zərərin qarşısını almaq üçün təkliflər paketi hazırlanıb. Orada Azərbaycanda mövcud olan əkin sahələrində iqlim dəyişikliyi nəzərə alınır.
Ekspertlərin fikrincə, son dövrlər iqlim dəyişikliyi və onun mənfi təsirlərinə adaptasiya, təbii kataklizmlərə hazırlıq səviyyəsinin artırılması, onların fəsadlarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi dünyanın bir çox ölkələrinin gündəmində duran təxirəsalınmaz məsələlərdən biridir. Digər tərəfdən, dünya əhalisinin durmadan artması və bu proseslə paralel olaraq kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatın çoxalması, kənd təsərrüfatı resurslarının məhdudluğu əsas problem kimi qarşıda dayanır.Xatırladaq ki, BMT-nin iqlim dəyişikliyi komitəsinin bildirdiyinə görə, 2100-cü ilədək istixana qazlarının sıfıra endirilməsi iqlim dəyişikliyinin ən təhlükəli risklərini aradan qaldıra bilər. Son 13 ay əzində 800 alimin araşdırmalarının nəticəsi olaraq, Yer kürəsinin temperaturu 2 dərəcə azaldılmalıdır. Əks təqdirdə iqlim dəyişikliyi bəşəriyyət və ekosistemdə aradan qaldırılmaz fəsadlara yol açacaq.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR