Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının 2020-ci il martın 1-də keçirilən birinci mərhələsinin nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbuluna başlanılıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar.
“Ötən illərin təcrübəsi göstərir ki, ümumiyyətlə, tapşırığa cavab verməyənlər və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmayanlar da komissiyaya müraciət edirlər”, - mərkəzdən bildirilib.
Bundan əlavə, Dövlət İmtahan Mərkəzinin saytında imtahanda istifadə olunan sual kitabçaları, test tapşırıqlarının izahı da yerləşdirilib. İmtahan iştirakçılarına, həmçinin, valideynlər, müəllimlər, ekspertlərə test tapşırıqları və onların izahı ilə tanış olmağı tövsiyə edirik.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər aprelin 20-22-də apellyasiya.dim.gov.az saytında elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən istifadə etməklə sistemə daxil olurlar. Burada “Ev telefonu”, “Mobil telefon”, “E-mail” bölmələrində müvafiq məlumatlar qeyd edilir.
“Apellyasiyanın nəticələrinin izahını necə əldə etmək istəyirəm” hissəsində təklif olunan variantlardan biri seçilir. Şagirdin imtahanla bağlı hər hansı xüsusi bir qeydi varsa, “ümumi qeyd” hissəsinə yaza bilər.
“Daha sonra hər hansı bir tapşırığa verdiyiniz cavabın (və ya həllin) qiymətləndirilməsi ilə razı deyilsinizsə, həmin tapşırığın nömrəsini və iradınızın mahiyyətini aydın şəkildə müvafiq sahələrə daxil edib qarşısındakı “Yadda saxla” şəkil-düyməsinə basmaq lazımdır.
Digər tapşırıqlara verdiyiniz cavabların da qiymətlərdirilməsi ilə bağlı iradlarınız varsa, əməliyyatı təkrar edin. Müraciətlərinizi tam formalaşdırandan sonra (müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur) fotoşəklinizin altındakı “Qeydiyyata al” düyməsinə basmaq lazımdır.
Verilən məlumatı diqqətlə oxuduqdan sonra “Təsdiq et” düyməsini basmaqla müraciətinizi yekunlaşdırmış olursunuz. Müraciətinizlə bağlı araşdırma başa çatdıqdan sonra ərizədə qeyd etdiyiniz elektron poçt ünvanına və ya telefon nömrəsinə sizinlə bağlantının vaxtı barədə məlumat göndəriləcək”, - DİM-dən bildirilib.
Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagirdlə yanaşı, valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Müraciətlərə aprelin 27-dən etibarən baxılmağa başlanılacaq.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Məktəbə hazırlıq qrupu (5-6 yaş)
Niyə yalan deyirsən?
Məşhur rəsmlər karantin dövründə çəkilsəydi...
Dakota Johnsonun gözəl tərzinin sirri
Bank açıqladı, dollar bahalaşdı
Kremli toyuq enchiladas (foto resept)
YENİLİK: internetdə evlənmək mümkün olacaq
Günün ulduz falı - 10.08.2013
Həftənin ilk günü neft ucuzlaşıb
Separatçı rejimin “rəhbəri”nin yalvarışına erməni kişilərdən “hay” gəlmədi: Qadınları qabağa verdilər
Putin İlham Əliyevi səmimi qarşıladı - VİDEO
Ermənistana sərt xəbərdarlıq: "İstənilən hərbi obyekt məhv ediləcək"
Bakıda səhər işə gedənlərin yolunu kəsdilər
12 sehirli abidə
Arnold Şvarsneggerin həyat qanunları
Kişiləri heyran edən qadın xüsusiyyətləri
Ermənilərin oğurluğu
Təbrizdə Azərbaycan muğamı səsləndi
Ölkədə torpaq sürüşmələri aktivləşəcək
Çində aslana bənzəyən köpək peyda olub
Cəbhədə son VƏZİYYƏT
Babalı arvadın boynuna… - MÜZAKİRƏ
Boşansalar da bir evdə yaşayırlar
Süd verən ananın sağlam qida vərdişi
Sızanaqlar üçün kərəviz maskası
Avtomobili qol saatı ilə idarə etmək mümkün olacaq
Bir piramida 5 milyard dollara başa gəlir
Putin peyvəndləmə tədbirləri ilə bağlı göstəriş verdi
Yas mərasimləri ilə bağlı daha bir yenilik
Dekabrın ilk günü dumanla gəlir
“Mucize”nin aktrisasının toyu olacaq-FOTO
Məşhur türk aktrisası nişanlandı-FOTO
"Ustad" dərgisinin 16-cı sayı işıq üzü gördü!
Alişan restoranda dava saldı-SƏBƏB
Cəbhədə erməni təxribatı davam edir
Aztəminatlılara birdəfəlik yardım 290 min ailəni əhatə edəcək
Cazibədar görünməyin yolları
Azərbaycanda qadınların təxminən 1/3-də piylənmə müşahidə olunur
Tovuzda qeyri-adi uşaq
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - VİDEO
Azərbaycanlı gənclərdən mart soyqırımı ilə bağlı aksiya
Alişan və ailəsinin olduğu avtomobil aşdı-FOTO
Qat-qat xəmirli balıq dairəcikləri (foto resept)
Fındığın faydaları
Qəribə gəlinliklər
Facebook-dan qalmaqallı yenilik
Hava haqqında
Məşhur cütlük AYRILDI
Az sədəqə çox bəlanın qarşısını alar
Mobil telefon alanlar azalıb














