
Qoç - situasiya birmənalı deyil, qarışıqdır. Ətalət və tənbəllik planları poza bilər. İşlərdə əvvəlki keyfiyyətin pisləşməsinə yol verməyin. Həyatın adi sevincləri və dostyana ab-hava yeni ideyaların yaranmasına səbəb olacaq.
Yaxın ətrafınızdakı insanlar yeni xəbərlər və təklifləri sizə çatdıracaqlar. Hadisələrin asudə axarına mane olmayın. Maraqlı sürprizlə qarşılaşacaq, çoxdan tanıdığınız insanın yeni məziyyətini görəcəksiniz.
Olaylara reaksiyanızı və ətrafınızdakı insanların işlərinə müdaxilə səviyyəsini tənzimləməyə imkan verən siqnalları buraxmayın.
Hansısa mövzunun diqqətinizi tam cəlb etməsinə yol verməyin.
İntellektual məşğuliyyətdə fayda var. Axşam saatlarında istirahət edin.
Buğa - başladığınız işlə əsaslı şəkildə məşğul olun. Təmir, yenilənmə, dəyişikliklər üçün müstəvi hazırlanması üçün əlverişli vaxtdır. Yaxın gələcəkdə maksimal dərəcədə mənfəət əldə etmək üçün səylərinizi yönəltməyiniz gərəkən istiqaməti müəyyənləşdirin.
Güc və qüvvə, habelə vaxt tələb edən işlə bağlı yaxın ətrafınızdakı insanlar sizə təsir göstərməyə çalışırlarsa, "yox" deməyi bacarın. Planlarınıza daxil olmayan əməliyyatlara başlamayın.
Münaqişəli situasiyalarda soyuqqanlı olun, gərəksiz işlərə və şirin vədlərə aldanmayın.
Ailə və məşiət qayğıları çoxlu xərc tələb edir.
Lakin baş verən dəyişikliklər stabillik, rahatlıq hissləri yaradır.
Əkizlər - ötənlərdə baş vermiş hadisələrdən biri indi sizə rahatlıq vermir. Problemi həll edin, mühüm mövzunu məqbul həll səviyyəsinə çatdırın.
Tələsməyin, gərəkli olan nəsnələr vaxtı çatanda gələcəklər. Hazırkı dövrdə ən yaxşı davranış modeli işlərdə qaydaya riayət etmək, onları ənənəvi axarda saxlamaqdır.
Daha çox fiziki işlə məşğul olun.
Səhhətinizə fikir verin.
Bir yerdə oturub qalsanız, darıxa bilərsiniz.
Şəxsi münasibətlər müstəvisində durum normaldır. İradlarınız yoxdursa, nəyisə dəyişmək və ya yeniləmək istəmirsinizsə, qarşılıqlı anlaşmaya nail ola bilərsiniz.
Axşam saatlarında normal istirahət edin.
Xərçəng - cari işləri tərəfdaşlarla müzakirə edin, ailəvi məsləhətləşmələri unutmayın. Qarşı tərəfin mövqeyi nəzərə alınarsa, maraqlar razılaşdırılarsa, çətinlikləri dəf etmək çox asandır.
Maliyyə məsələləri kəskinləşə bilər. Qənaətcil davranın, probelmləri kiçik xərclərlə həll edin.
Seçim ehtiyacı yaranan yerdə yalnız sınanmış, köhnə tərəfdaşlara bel bağlayın.
Kiminləsə ümumi fəaliyyətdə nəyisə düzəltmək, daha yaxşı həll variantını tapmaq olar. Münasibətlər müstəvisində qarşınızda konkret məqsədlər varsa, müəyyən çətinliklər yaranacaq.
Müxtəlif insanlarla görüşlər olacaq, suallarınızın bəzilərinə cavab tapacaqsınız.
Gün ərzindəki situasiyalar gərəkli anlarda yaxşı reaksiya, səbr və sayıqlıq tələb edir.
Şir - praqmat olun, yaşam arealında mümkün qədər səbatlı olun. İşlərinizdə ətalətlə davranmayın. Uğurların əldə edilməsi üçün ambisiyalarınız fəaliyyətinizdəki tarazlığı pozmamalıdır.
Bütün vəziyyətlərdə eqoist davranmayın. Tələsməyin, aralıq nəticələrə qapanıb qalmayın. Daha fəal olun. Səylərinizin hansı istiqamətdə daha fəal olacağı barədə intuisiyanız sizə xəbər verəcək.
Yaxınlarınıza göstərişlər verə bilərsiniz. Amma işin əsas ağırlığı yenə də sizin çiyinlərinizdə olacaq.
Axşam saatlarını şəhərdən kənarda, dəniz sahilində və ya təbiət qoynunda keçirin.
Açıq havada aktiv istirahət üçün yaxşı vaxtdır.
Qız - situasiyalar razılıq və eyni zamanda gərginliyə səbəb ola bilər. Hər şey seçəcəyiniz fəaliyyət tipi və işinizin modelindən asılıdır. Yaxın gələcəkdə maksimum xeyir əldə etmək üçün səylərinizi yönəldəcəyiniz istiqamətləri dürüst müəyyən edin.
Şəxsi münasibətlərdə konkretliyə, müəyyənliyə can atın. Detalları dəqiqləşdirin. Köhnə incikliklər yada düşərsə, qarşılıqlı umu-küsü və iradlar, ittihamlar səslənəcək.
İntuisiya doğru həll variantını göstərəcək. Sentmental olmayın, uğur əldə etmək üçün təmkinli davranın.
Ev işləri üçün yaxşı gündür. Ailə üzvləri ilə birlikdə çalışın.
Görüş, tədbir, çağırılan yerə yollanmaq üçün yaxşı gündür.
Tərəzi - qəfil situasiyalar sizi bir zamanlar təxirə saldığınız məsələyə yenidən maraq oyadacaq insanla görüşdürə bilər.
Sizi çox iş gözləyir. Məhz indi prioritetləri müəyyənləşdirmək, ilkin danışıqlar aparmaq gərəkdir. Yardımçılar az deyil. İdeya və planlarınızı düzgün təqdim edin. Təklifinizin yeganə doğru variant olduğunu israrla deməyin.
Daim fəaliyyətdə olun, səy göstərin, müxtəlif alternativləri sınayın. Belədə yaxın gələcəkdəki işləriniz də asanlaşar.
Dəvət aldığınız yerə yollanın. Biliklərinizi, işə yaradıcı yanaşmağınızı nümayiş etdirin.
Əqrəb - kiməsə nəyisə sübut etməyə çalışsanız və ya həqiqət axtarışlarına çıxsanız, vaxtınızı boşa sərf etmiş olacaqsınız. İndi çox şey sizdən və fəaliyyətinizi təşkl etmək bacarığınızdan asılıdır.
Yeni anlaşmalar və sövdələşmələr əldə etməyə, fərqli sahədə ilk addım atmağa tələsməyin. Başladığınız işi davam etdirin. Daha maraqlı və cəlbedici saydığınız işə keçməyin. Əks təqdirdə planlarınızda geri qalacaq, bundan sonrakı günlərin işlərini artıracaqsınız.
Sizi sevdiyiniz insanla ümumi məqsədlər birləşdirmirsə, münasibətlərdə sərinləşmələr yarana bilər.
Alış-veriş üçün uğurlu gün deyil. Qənaətli olun. Pullar hələ gərəyiniz olacaq.
Oxatan - hadisələrin sakin, asta inkişaf fonu var. İşlərdə ləngimə və təxirəsalmalar ola bilər. İnformasiya və xəbərlərin gözləntisi isə uzana bilər.
Fəqət daxili harmoniya hissi özünüzü rahat hiss etməyə, emosiyalarınızı ətrafdakı insanlarla bölüşməyə imkan verəcək. İşdə konkret, praktiki yönlərə fikir verin. Bu istiqamətlər indi olmasa da, yaxın gələcəkdə mənfəət vəd edir.
Zahiri görünüşünüzün qeydinə qalın.
Axşam saatlarında istirahət etməyi unutmayın.
Niyyətinizi gerçəkləşdirmək üçün qətiyyətli olun, düşünülmüş addımlar atın.
Oğlaq - iş və istirahət üçün əlverişli gündür. Sakit, təmkinli olun, aramla çalışın. Ətalətə, tənbəliyyə varmayın. Sizi maraqlandıran məsələlərlə məşğul olaraq əsas işi unutmayın.
Ev işləri, qonaq qəbul etmək üçün əlverişli gündür. Ehtiyac yaranarsa, daha çox iş görə bilərsiniz. Detallara fikir verin, gərəkdirsə, planlara yenidən baxın.
Kiminsə rəğbəti və dəstəyi müsbət rol oynaya bilər. Gərəkli yardımı alacaqsınız.
Ətrafınızdakı insanlara təsir etməyə, onları nəzarətdə saxlamağa çalışmayın. Qeryi-adekvat etirazla qarşılaşa bilərsiniz.
Dolça - evdə və ya çalışdığınız fəaliyyət sahəsində yeni işə başlaya bilərsiniz. Bu işlər nizamlanma və proseslərin qaydaya salınmasını tələb edir.
Yaxın vaxtlardakı xərclər və ya görüləcək işlərin keyfiyyəti ilə bağlı fikir ayrılıqları ola bilər.
Dəyişikliklərin zamanı deyil. Amma onları nə təxirə salmaq, nə də dayandırmaq mümkün deyil.
Günün ikinci yarısında ciddi səylər tələb edən iş olacaq. İrəliyə doğru hərəkət istədiyiniz kimi deyil.
Fəqət bütün bunların müqabilində yaşamınızın müəyyən sahəsində sabit təmələ və bəlkə də əlavə rahatlığa nail olacaqsınız.
Yaxın ətrafınızdakı insanlarla təmaslar yaxşı olacaq. Söhbətlərdə ciddi məsələlərin müzakirələrindən yayının. Ünsiyyət xoş olmalıdır.
Balıqlar - yaradıcı insanlar üçün maraqlı gündür. Hisslər sizi bütünlüklə çulğayacaq. Emosiyalar, yeni ideyanın impulsu, ideyanı dərhal reallaşdırmaq istəyi yetərincə enerji dəstəyi aldığı üçün fikirləri gerçəyə çevirmək olar.
İndi oyun qaydalarını diqtə edirsiniz. Yaxın ətrafınızdakı insanların sizi yaxşı anlamalarına çalışın.
Emosiyalar indi hisslərin izharına, bacarıqların nümayişinə yönəlib. İnadkarlıq ifrat səviyyəyə çatmasın. Hisslərinizə hakim olun.
Yaşam arealının bir hissəsində qayda yaradın, daxili harmoniyaya nail olun. İdeyalarınızı elə reallaşdırın ki, iş və yaşam müstəvilərində xaos yaranmasın.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Gözəl xanımlar üçün...
Balıqlı yuvacıqlar(foto resept)
2013-2014-cü il payız-qış mövsümünün ən gözəl dırnaq boyaları
Avropa İttifaqı Gürcüstanı təhlükəsiz ölkələr siyahısından çıxardı
Cənnətdən bir parça - Ana
Bakının bir hissəsi susuz qalacaq
Detoks təsiri yaradan ərzaqlar
Emin konsertlərindən imtina etdi-SƏBƏB
“İş rejimi oruc üçün üzr sayıla bilməz”
Prezident şəhid general Polad Həşimovun adının ədəbiləşdirilməsi barədə göstəriş verdi
Günün qoroskopu: qələbələr asan başa gəlməyəcək
Əqrəb və Tərəzi bürcü uyğunluğu
Ay dəlikləri
Şəklə baxın və xarekterinizi öyrənin
Maraqlı şəkillər
Səyahət haqqında qurulan xəyallar və həqiqət!
Kremli kek (foto resept)
Gecə aclığının qarşısını alan qidalar
Şevval Şam yenidən hakim qarşısında-SƏBƏB
Saçınızı düzləşdirmək üçün fenə ehtiyac yoxdur!
İŞİD-ə qarşı quru hərəkatı başladı
Elnur Hüseynov birinci oldu
Ajda Pekkan Bakıda konsert verəcək
Yanğınsöndürən göz yaşlarına hakim ola bilmədi-SƏBƏB
Cəbhədə son VƏZİYYƏT
Telefonsuz qalmayan qızın barmaqları bükülmür FOTO
Antiseptik yoxdursa, araqdan istifadə etmək olarmı?
Oruc tutmağın faydası
Göbələk xəstəlikləri
İtalyan deserti (foto resept)
Viktor Hüqonun Məhəmməd Peyğəmbərə (s.ə.s) həsr etdiyi şeir
Obamadan tarixi çıxış
Bu barədə anan heç vaxt səninlə danışmayıb
Hər gün bir qaşıq bal və darçın
DİQQƏT – Bakıda dövriyyədə saxta pullar var
Siqareti atdıqdan sonra izləməli olduğunuz yollar
Eurovision-2016-nın bütün finalçıları bəllidir
Azərbaycanın sürüşmə və subasma təhlükəsi olan əraziləri AÇIQLANDI
Prezident maaşları artırdı
HAVA necə olacaq?
Türkiyənin baş naziri Binali Yıldırım olacaq?
Ən ağır dərdləri onlar sağaldır
Görkəmli bəstəkar Qara Qarayevin ad günüdür
Twitter, Facebook və YouTube-a senzura
Hərbçilərimiz Helsinkiyə gedir
Kürk geyindiyi üçün təhqir olundu-FOTO
"Instagram" çökdü
Acun məhkəməyə müraciət etdi: "Zuhalın verilişi bağlansın"
Barmaqlarınızın formasına görə xarekteriniz
Pendirli kartof kotleti (foto-resept)















- ŞƏRHLƏR