Mərdəkan sakini həyətində saxladığı 8 baş ceyranı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) təhvil verib.
Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Mərdəkan sakini Hüseynov Təvəkkül Mədət oğlunun ona məxsus şəxsi həyətyanı sahəsində saxladığı 8 baş ceyranı könüllü olaraq ETSN-yə təhvil vermək istəməsi barədə məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında ETSN-in əməkdaşları dərhal həmin şəxsin evinə gedərək 8 baş ceyranı təhvil alıb. Ceyranlar Şirvan Milli Parkına göndərilib və parkda onların bir neçə gün volyerdə saxlanılaraq adaptasiya dövrü keçməsi, həkim müayinəsinə cəlb olunması təşkil edilib. Ceyranların yalnız bu prosedurlardan sonra vəhşi təbiətə buraxılması məqsədəuyğun hesab edilib.
Qeyd edək ki, Mərdəkan qəsəbə sakini T.Hüseynov 2007-ci ildə ona hədiyyə olunmuş 2 baş üç aylıq ceyran balalarına həyətyanı sahəsində qulluq edib, 10 il ərzində təbii yolla çoxalmasına nail olub.
Bildiririk ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2010-cu ildən Heydər Əliyev Fondu, IDEA Kampaniyası və WWF-in Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsini həyata keçirir. Layihənin Qafqaz ərazisində tətbiqinə başlanılıb və uğurlu nəticələr əldə olunub.
Hazırda Şirvan Milli Parkında adaptasiya keçən ceyranların tarixən yaşadığı areallardan olan Ağgöl Milli Parkının ərazisinə buraxılması həyata keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlardan vəhşi heyvanların qanunsuz saxlanılması ilə bağlı faktlarla rastlaşdıqda onların vəhşi təbiətə buraxılması üçün Nazirliyin 168 nömrəli qaynar xəttinə müraciət etmələrini xahiş edir.
Milli.Az
XƏBƏR LENTİ
Bakıda Novruz yarmarkaları
"iPhone”ların Azərbaycana gətirilməsinə qadağa
Toxumaq dərsi-8
Heyvanları fikirlə idarə etmək olacaq?
Bu günün tarixi
Şəhid ailələri ilə bağlı təklif
39 il öncə nəşr olunan kitabda koronavirusdan bəhs edilib – FOTO
Azərbaycanı "Eurovision"da təmsil edəcək ifaçı məlum oldu
Çox saqqız çeynəmək üz gözəlliyini pozur
Dəhşətli virus yenə can aldı
Heydər Əliyev Fondu Fransada Nizami Gəncəviyə həsr olunan növbəti sərgi və konsert təşkil edib
Paytaxtda Novruz yarmarkaları başladı
ABŞ seçkiləri: Britaniya Baydenin qələbəsi ehtimalından narahatdır
Bu günün hava proqnozu
FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi
Bəkməzli şirniyyat (foto resept)
“Akvarium adam” 30 saatdan çox sua altında qaldı - FOTO
Sovetdənqalma idman daşlarına bir evin pulunu təklif edirlər
Şəkillərdə axan zaman
İblis mələklərdən idi, ya cinlərdən?
Kraliça işçi axtarır - 100 min manat maaş verəcək
Deniz Seki ana ola bilməyəcək-SƏBƏB
Saxta əlillik dərəcələri ləğv ediləcək
Uşaq ayaqqabıları (2)
İvanka Trampın şəxsi köməkçisində koronavirus aşkarlandı
Spirtli içkilər haqqında
Düşməndən qalan qənimətlər Bakıda - VİDEO
Sabahın HAVAsı
Xalqı azadlığa və müstəqilliyə aparan yol
Ütünü necə təmizləməli?
Ronaldunu arı sancdı – Millinin oyununu buraxacaq
Daha bir azərbaycanlı BP-nin vitse-prezidenti təyin olunub
80 miqrant Aralıq dənizində boğularaq öldü
Gəliri olmayanlar səhiyyədə güzəşt əldə edəcək
Vitgenşteyn fəlsəfəsi
Yeni şəxsiyyət vəsiqəsi belədir
İlk qadın nazir Bakıya qayıdır
ABŞ-da kütləvi həbslər başladı
Məşhur aktyor tanınmaz halda -FOTO
Pərviz "Survivor"dan yazdı
Podiumda gözlənilməz hadisə-FOTO
Avqust ayının qalibləri!
Azərbaycanın xəbər saytları Cənubi Qafqazda liderdir
Qadin.Netlilərin maraq dünyası (SON)
Dərinin qocalma prosesindəki dəyişikliklər
Şagirdlərdə ürək qüsurlu xəstəlik aşkar edildi
Napoleonun sirli maskası – 198 illik müəmma üzə çıxdı
Uzun kipriklərə sahib olaq
"Paltarlarınızı, xüsusən alt paltarlarınzı görünən yerdən asmayın"
Günün ulduz falı - 06.03.2014
- ŞƏRHLƏR