
Bir neçə ilin söhbətidir, internetdə bir Azərbaycan ailəsinin uşaqlarının - 7 yaşlı qardaşla, 13 yaşlı bacının telefonla çəkilmiş porno görüntüləri yayılmışdı. İmkanlı bir ailənin uşaqları internetlə izlədikləri görüntüləri təkrarlamaq istəmişdilər. Deyirlər, sonradan həmin görüntülər uşaqların atasının əlinə keçmişdi və biçarə valideynin ürəyi partlamışdı.
Bu əhvalat Azərbaycana internet şəbəkəsi ilə gələ biləcək kütləvi faciənin ilk siqnalı idi. Həmin uşaqların videoçarxını izləmiş bir valideyn dəhşət içində idi. “Evimdə 3 körpə böyüdürəm. Onların gələcəyini düşündükdə məni dəhşət bürüyür. Çıxış yolunu tapa bilmirəm. Bəlkə, internetin heç olmadığı ucqar bir kəndə köçüm?” - deyə həyəcanlı ata anspress-in əməkdaşından soruşmuşdu.
Problem aydındır - ölkədə bu cür zərərli saytlara girişə heç bir məhdudiyyət qoyulmadığından uşaqlar həmişə belə təhlükələrin hədəfində olacaq. Və çox vaxt da bu təhlükə valideyn laqeydliyindən qaynaqlanır. Uşaq psixologiyası üzrə mütəxəssis Vəfa Əkbərin müşahidələrinə görə, çox vaxt uşaqları təhlükə qarşısına valideynlərin laqeydliyi salır.
“Ana uşağının sakit durması üçün onu kompüterlə oyun oynamağa göndərir. Oyun saytlarının əksəriyyətində erotik və ya porno saytlara keçid olur. Bu saytların uşaqlara təsiri müxtəlif olur. Azyaşlılar bunu zorakılıq, nisbətən böyüklər isə tərbiyəsizlik kimi qəbul edir. Belə uşaqların gözündə yaşlıların hamısı tərbiyəsiz sayılır və bu, onların valideynlərə qarşı kobudlaşmasına səbəb olur", - deyə psixoloq bildirib. Amma Vəfa Əkbərin sözlərinə görə, bu, hələ işin nisbətən az ziyanlı tərəfidir. İşin pis tərəfində isə uşaqların seksual aktivliyinin erkən oyanması durur: "Bax əsl faciə onda baş verir. Avropada 8 yaşlı uşaqların cəmiyyət içində qəbul olunmayan seksual hərəkətlər etməsinin kökündə internetin dayandığı müəyyən edilib. Bəzi 8 yaşlılar hətta seksual təcavüzlərə qədər irəli gediblər".
Psixoloqun sözlərinə görə, uşaqlara təkcə porno saytlar deyil, həm də, sadəcə, təhlükəsiz saytlarda da çox vaxt keçirmək mənfi təsir edir. Erkən yaşlarından internetdə gün keçirmək uşaqlarda nitq qabiliyyətinin inkişafına mane olur. "Mən valideyn tanıyıram ki, 6 aylıq uşağına smartfonu verir ki, oynasın. Və uşaq rahatlıqla saytdan sayta, oyundan oyuna girir. Belə uşaqlar danışmaq istəmirlər. Çünki rənglərlə ünsiyyət onun üçün yetərlidir. Adətən uşaqlar üçün 2 cür siqnal qəbuletmə anlayışı var. 1-ci siqnal anlayışı rənglərlə bağlıdır, daha sonra səslərlə siqnalın qəbul edilməsi gəlir. Rənglərlə siqnala alışmış uşaq səslərlə siqnalı qəbul edə bilmir. Bu isə onların çox gec danışmasına səbəb olur. İndi 2-3 yaşında ana, ata sözlərindən başqa söz bilməyən uşaqlar çoxdur. Adətən belə uşaqlar başa düşür, istəklərini ağlamaqla, əl-ayaq hərəkətləri ilə başa salırlar. Keçmişdə isə uşaq normal halda yaş yarımında danışırdı",- deyə Vəfa Əkbər bildirir.
Psixoloqun sözlərinə görə, internetdə çox vaxt keçirən uşaqlarda mənfi enerji də çox yığılır: "Bu uşaqlarda emosional infantallıq müşahidə olunur. Adətən belə uşaqlar psixoloji inkişafda öz yaşıdlarından geri qalırlar, bioloji böyüsələr də, uşaq kimi olurlar. Onlar tez affekt halına düşürlər. Hər hansı bir internet oyununda müəyyən səviyyəni keçə bilməyəndə çox narahat olurlar. Yaşıdları ilə ünsiyyət qura bilmirlər. Normal uşaqlar onlarla ünsiyyətə meylli olmurlar və belə uşaqlardan yan gəzməyə çalışırlar. Bu da problemi daha da dərinləşdirir".
Bütün bunlar Azərbaycanda uşaqların internetin pis təsirlərindən qorunması ilə bağlı xüsusi proqramın hazırlanmasını vacib edir. Bu məsələ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də gündəmindədir. Nazirlik müxtəlif dəyirmi masalar keçirirək məsələnin həlli yollarını arayır. Bəzi ekspertlər çıxış edərək valideynləri diqqətli olmağa çağırır. Həmçinin internet klublarda bəzi saytlara girmək üçün yaş məhdudiyyəti qoyulması təklif edilir. Amma bu məsələdə ən tutarlı addım porno və oyun saytlarına ölkə səviyyəsində qadağan qoyulması ola bilər. Bir sıra ölkələrdə tətbiq olunan təcrübəyə görə, belə saytlara giriş yalnız ailə başçısının yazılı müraciətindən sonra təmin edilir. Əksər ekspertlər bunu ən təsirli vasitə sayır. Yəni Azərbaycanda hansısa ailə başçısının rəsmi müraciət edərək evinə porno saytları açdırmasına inanmaq çətindir.
Lakin Vəfa Əkbər valideynlər arasında təbliğat məsələsini də ununtmamağı təkilf edir: "Valideynlər uşağın internetdən istifadə etməsini çox vaxt sevinclə qarşılayırlar. Bu, onlarda övladlarının qabiliyyətli olmasına inam yaradır. İndi hər 10 uşaqdan 9-u, ya kompüterdən, ya planşetdən, ya da smartfondan istifadə edərək internetə girir. Məhz buna görə valideynlər arasında təbliğat aparmaq lazımdır ki, onlar uşaqları internetdən uzaq tutsunlar. Bu, onların normal böyüməsinə şərait yaradar".

XƏBƏR LENTİ
Selena tədbirə ona böyrəyini verən rəfiqəsi ilə getdi - FOTO
Günün qoroskopu:Sürprizlər vəd edən zamandır
Gəlinliklər
Oğlaq bürcü qadınına nə hədiyyə etməli?
Ətraf mühit və biz
3 günə arıqladan banan pəhrizi
Civzələr (sızanaqlar)
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı
Bakıdan Ərdəbilə getmək istəyənlərə müjdə
Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artdı: 14 ölü
DİQQƏT! Metronun iş qrafiki və qatarların intervalları dəyişir
Blinçikli dadlı qəlyanaltı (foto resept)
Almalı çuğundur salatı (foto resept)
İki vulkan birdən püskürdü
Ankaradan bəyanat: "Hər zaman Azərbaycanın yanındayıq"
Gəlin ayaqqabıları
11 sentyabr faciəsindən sonra ən sarsıdıcı silahlı hücum
2017-ci ilin ən çox gözlənilən filmləri
Yerdə maqnit qasırğası başladı
Dünyanın ən yaxşı binası seçildi - FOTO
Deputat: "İdmançılarımızda dopinq aşkarlanması təzyiq vasitəsi ola bilər"
Bu rayonlarda qaz kəsiləcək
Varlı insanlar nəyə sərmayə yatırırlar?
Dərini canlandıran maskalar
Mən niyə ağlamadım?
Menstruasiya ağrıları
Balıq piroqu (foto resept)
"Hörümçək adam" həbs edildi-SƏBƏB
Uşaqlarla bağlı YENİ QANUN qəbul edildi
HAVA necə olacaq? 21 Mart
Münasibəti məhv edən 5 xəta
Uşaqlara xarici dil öyrətmək üçün 4 tövsiyə
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
"Heydər Əliyev onun barəsində deyirdi ki..."
Ozon təbəqəsi yenidən təhlükə altındadır
JLo "Yoqa səfiri" titulu aldı
Qazanda asan pizza (foto resept)
UNO şimşəkli buludun içinə girərək yox oldu – VİDEO
Prezident İlham Əliyev: "Azərbaycan və Ukrayna arasında bir çox istiqamətlərdə sıx qarşılıqlı əlaqələr mövcuddur"
Özünüz yüksələrkən başqalarını da unutmayın
"İlin ən gözəl qadınları" bəlli oldu-FOTO
Azərbaycanlı musiqiçi İstanbulda konsert verdi
Almaniya Dağlıq Qarabağla bağlı 7 bəndli sənəd təklif etdi
Ajda Pekkan 3 milyonluq reklamda
Qırışlar niyə yaranır?
Güclü qadın olmaq üçün nə etməli?
HAVA necə olacaq?- 7 MART
Xətasız tərbiyə
"Lavrovla Sarkisyan arasında görüş çox gərgin olub"
İstirahət günü çimərliyə getmək istəyənlərə pis xəbər

- ŞƏRHLƏR