Zinət əşyalarını xüsusi qutularda və ya hər birini ayrı bir yumşaq parçaya bükülmüş vəziyyətdə saxlamaq lazımdır.
Qiymətli daşlar qızıl və platindən daha bərkdirlər, və zinət əşyaları bir yerdə saxlandıqda daşlar metalları cıza bilərlər.
Zinət əşyaları müntəzəm taxıldıqda onların görünüşü korlana bilər. Onları çirkdən və zədələrdən qorumaq üçün hər bir ev işlərini görərkən və həmçinin kosmetik vasitələrdən (krem, losyon, ətir və s.) istifadə edərkən mütləq çıxartmaq lazımdır. Çünki möhkəm zərbə və ya kimyəvi vasitələr hətta ən möhkəm zinət daşlarını belə zədələyə bilər. Çalışın bahalı zinət əşyalarını ancaq xüsusi günlərdə taxasınız. Adi günlərdə isə gümüş əşyaları və ya bijuteriya taxa bilərsiniz. Yeri gəlmişkən, onlar bəzən gözəllikdə bahalı zinət əşyalarından çox az fərqlənirlər.
Zinət əşyalarınızın öz gözəlliyi və parıltısı ilə sizi hər zaman sevindirməsini istəyirsinizsə, onlara düzgün qulluq edin.
Zinət əşyalarını vaxtaşırı olaraq təmizləmək lazımdır. Əgər qızıldan olan zinət əşyalarının rəngi tutqunlaşıbsa, parıltısını bərpa etmək üçün onları naşatır spirti qatılmış (1 stəkan suya 1/2 çay qaşığı naşatır spirti) sabunlu suda, sonra təmiz suda yuyun və yumşaq parça ilə yaxşı silin. Qızıl kulon, zəncir, sırğa, üzükləri və s. təzələmək və parıltını qaytarmaq üçün onları şəkər tozu (1 çay qaşığı şəkər tozu + 1 stəkan su) qatılmış suda 2-3 saat saxlayın, sonra isə yumşaq parça ilə silin.
Qiymətli daşlarla olan zinət əşyalarını spirt ilə təmizləmirlər. Ev şəraitində onları yumşaq diş şotkası ilə ilıq sabunlu suda təmizləmək kifayətdir. Bu üsulla tez-tez taxılan hər bir zinət əşyası 2-3 ayda bir dəfə təmizlənməlidir. Daha ciddi təmizləmə üçün zərgərlərə müraciət etmək lazımdır.
Yağı özünə çəkmək xüsusiyyətinə malik olan brillyant daşları çox tez çirklənirlər. Zinət əşyaların sahibləri bəzən heç hiss etmirlər ki, qiymətli daş artıq parıldamır. Zinət daşları arasında ən «yumşaq» olan zumrüd daşları çox asan çatlayırlar. Ona görə onları ancaq əl ilə təmizləmək olar (heç bir xüsusi vasitələr istifadə olunmadan).
Mirvarilərə də xüsusi qulluq lazımdır. Bu çox incə daşdır. Mirvariləri başqa zinət əşyalarından ayrı saxlamaq lazımdır. Digər zinət daşları toxunduqda mirvarilər cızıla və tutqunlaşa bilər. Mirvari taxılan sap tez çirklənir və onu hərdənbir dəyişdirmək məsləhət görülür. İstənilən kimyəvi maddələr – ətirlər, krem, məişət kimyəvi vəsitələri – mirvariləri korlaya bilər. Mirvariləri sabun və bir qədər duz qatılmış suda yumaq olar. Uzun müddət taxılmayan mirvarilər korlanır, rəngi tutqunlaşır. Bu daşların uzun müddət parlaq və gözəl qalmasını istəyirsinizsə onları tez-tez taxın.
Rəngi qaralmış gümüş sırğa, zəncir, üzük, qolbaqları ilıq sabunlu suda yuyub naşatır spirti əlavə olunmuş diş tozu və ya təbaşir ilə təmizləyirlər. Az çirklənmiş gümüş əşyaları ilıq sabunlu suda və ya soda qatılmış (1 xörək q. + 1/2 l su) ilıq suda yuyub, sonra təmiz su ilə yaxalamaq kifayətdir
Qızıl suyuna salınmış əşyaları heç bir pasta vasitəsi ilə təmizləmək olmaz.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
“Victorias Secret” 1,1 milyarda satıldı
Ərəblər bunu da etdilər
Paytaxtımızın 7 möcüzəsi - FOTO
Koronavirusun ölümcül olmasının ƏSL SƏBƏBİ tapıldı - ŞOK ARAŞDIRMA
Tərəvəzli makaron (foto-resept)
Həyat məqsədini necə tapmalı?
450 gün açıq kosmosda qaldı, məhv olmadı
Bu xanımlar yeni kraliçalardır
Peyvənd koronavirusdan qoruyurmu? - VİDEO
Ermənistan Azərbaycan Ordusuna qarşı uşaqlardan istifadə edir - VİDEO
80-ci illərdən gələn pencək dəbi
Hazal Kaya ana oldu-FOTO
"Oy, Musik, siz dazsınız?!" - keçəlləşməyə səbəb nədir?
Ondan imtina edən kəfənini hazırlasın
Kontrasepsiya metodları və istifadəsi
Saçlarımızın düşməni
Saunanın zərərləri
Neçə müəllim çöldə qalacaq?
Böyük qəza, kosmik gəmi yerə düşdü
Evini 35 milyona satdı - FOTO
Şirvanşahlar dövlətinin varlığına son qoyulduğu qalada tədqiqat işlərinə başlandı - FOTO
Saç biti deyib keçməyin
Ən effektli və sağlam pəhriz
Qısamüddətli aclığın faydası
Demet Akalın qızı haqqında danışdı-FOTO
"Barselona" Messinin satış qiymətini açıqladı - Fantastik məbləğ
Meryem Üzerli çənəsini əməliyyat etdirdi
Yaşlılarda qoxu hiss etmə bacarığı zəifləyir
Macar kababı (foto reept)
BÜRCLƏR bizə nə vəd edir?-5 Oktyabr
Bunları mütləq yoxlayın
Küçəyə çıxmaq qadağan edildi
İsti havalarda idmana diqqət!
Azərbaycanda uşaqlar üçün xüsusi mobil telefonlar satıla bilər
Makronun açıqlamalarından sonra müsəlman ölkələri Fransa məhsullarına boykot elan etdi
Toshiba Taylanda qayıdır
Bakı Metropolitenindən sərnişinlərin təhlükəsizliyi ilə bağlı açıqlama
"Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır"
Şokolad yemək üçün 9 səbəb
Ermənilərdən insanlığa sığmayan təxribat: Əsgərlərimizə tələ qurmaq istədilər - VİDEO
Dünyada ən bahalı 10 ev
"Millət kitab oxumur" fikri doğru deyil"
Üfüqdəki ay niyə daha iridir?
COVID-19-un müalicəsində yeni üsul - 30 ölkədə təsdiqini tapdı
Məşhurlar doğuşdan sonra necə arıqlayıblar?
“Quql” Marsa virtual səyahət təklif edir
Fettel: dalbadal 7-ci qələbə
Cəbhənin Xocavənd istiqamətində düşmən bəzi mövqeləri ataraq qaçır - VİDEO
Tatlısəsdən evlənmə təklifi-FOTO
Soyuducada zəhərə çevrilən qidalar














