Azərbaycanın Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun “Numizmatika və epiqrafika” şöbəsinin müdiri Akif Quliyevin rəhbərliyi altında Şamaxı arxeoloji ekspedisiyası Qaladərəsi kəndi yaxınlığında yerləşən, Şirvan hakimlərinin sonuncu iqamətgahı, əfsanəvi Buğurt qalasında arxeoloji tədqiqat işlərinə başlayıb.
İnstitutdan verilən məlumata görə, buna qədər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı Arxeoloji ekspedisiyası Gülüstan qalasında arxeoloji tədqiqat işləri həyata keçirib və əldə edilmiş arxeoloji materiallar əsasında Gülüstan qalasının və ümumilikdə, Şirvanşahlar dövlətinin tarixi ilə bağlı mühüm nəticələr əldə edib.
Buğurt qalasının tədqiqi ötən əsrin 70-ci illərində arxeoloq Hüseyn Ciddi tərəfindən başlanıb.
Bu il AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı Arxeoloji ekspedisiyası 50 illik fasilədən sonra Buğurt qalasında arxeoloji tədqiqat işlərini bərpa edib.
Buğurt qalası Şamaxı şəhərindən 20 kilometr şimal-qərbdə, hər tərəfi meşə ilə örtülü olan hündür bir dağın zirvəsində yerləşir. Strateji əhəmiyyətinə görə əlverişli mövqeyə malik qalanı ən yaxın məsafədən belə görmək mümkün deyil. Qalanın ətrafında Qaladərəsi, Keçmədin və Qaleybuğurt kəndləri yerləşir. Qalaya gedən əsas yollar Qaladərəsi kəndindən keçir. Buğurt qalasından şərqdə, sıldırım qayalıqlarda Qız qalası adlanan kiçik qəsr də mövcuddur.
Qalanın tikilmə tarixi ilə bağlı dəqiq məlumatlar yoxdur. Aparılacaq arxeoloji tədqiqatlar bu məsələyə aydınlıq gətirəcək.
Arxeoloq A.Quliyevin fikrincə bu adi qala deyil, geniş infrastruktura malik orta əsr qala-şəhəridir. Qalada mükəmməl su-kanalizasiya sistemi mövcud olub, relyefə uyğun çoxsaylı yaşayış binaları, inzibati binalar, saraylar, məscidlər, su anbarları, hamamlar mövcud olub. Qala divarları iri qaya və çay daşlarından inşa edilib. İkiqat qala divarlarının arası ilə mühafizəçilərin sərbəst gəzməsi üçün pillələr salınıb. Qala divarlarının üzəri gümbəzvari formada hörülüb. Bu da düşmən tərəfindən mühafizəçilərin hərəkətini izləməyə imkan vermirdi.
Qalanın ümumi sahəsi 17 hektardır. Təqribi hesablamalara görə, qala-şəhər kompleksinə daxil ərazidə 30 minə yaxın əhali yaşayıb. Əhaliyə məxsus yaşayış evləri qalanın əsasən aşağı hissəsində yerləşirdi. Binalar yonulmuş qaya və çay daşlarından, bişmiş kərpiclərdən inşa edilib.
Pilləvari relyefə uyğun olaraq, bir-birinə paralel küçələrdə inşa edilmiş evlərin kiçik həyətyanı sahələri də mövcud olub.
Buğurt qalası 1538-ci ildə Səfəvi şahı I Təhmasib tərəfindən alınaraq dağıdılıb, sonuncu Şirvanşah Şahrux əsir alınaraq öldürülüb. Bununla da minillik Şirvanşahlar dövlətinin varlığına son qoyulub.
XƏBƏR LENTİ
Uşaqlarda koronavirus simptomları aşkarlandı
Tramp ABŞ-ın kibertəhlükəsizlik agentliyinin rəhbərini vəzifəsindən uzaqlaşdırdı
Dərman qiymətlərinin tənzimlənməsi ilə bağlı TƏKLİF
ABŞ məxfi xidməti: Yadplanetlilər mövcuddur və bununla bağlı sübutları dərc edəcəyik
Dərini yeniləyən maska
Toy dəvətnamələri
Çiyələkli rulet (foto-resept)
Yol polisindən hava xəbərdarlığı
Nazirlikdən dünya şöhrətli fransalı məşhurların erməni separatizminə dəstəyinə SƏRT REAKSİYA
Taksi sürücülərinin nəzərinə!
Baş nazirin mətbəxinə siz də baxın
"Payız aylarına hazır olmalıyıq" - Baş infeksionistdən xəbərdarlıq
Qarakənd faciəsinin ağ ləkələri
Minimum aylıq əməkhaqqı artırıldı
Melaniya Trampın geyimi müzakirələrə səbəb oldu
Nazirlik Vətən Müharibəsində çoxsaylı xəsarətlər alan qazimizlə bağlı hərəkətə keçdi
Şəkil seç! (Test)
Ana südünün faydaları
"Altın portakal" sahiblərini tapdı
"Bizim hikaye" erkən FİNAL edir-SƏBƏB
Azərbaycanda dərman vasitələrinin qiymətini dövlət tənzimləyəcək
Günün ulduz falı
Səmada eyni anda üç Günəş görünüb - VİDEO
SON DƏQİQƏ! Rəsmən açıqlandı - Bu şəxslərə də pul veriləcək
Avropada İslamın yayılması onları narahat edir
Hava haqqında - 25.08.2013
Ölərkən "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyən azərbaycanlı
Yay geri qayıdır
Plastik tac yarım milyona satıldı
Dərini nəmləndirən kakao yağı
Saçlar üçün təsirli maskalar
Sərt karantin rejimi tətbiq olunan ərazilərdə imtahanlar nə vaxt keçiriləcək? - RƏSMİ AÇIQLAMA
Ayaqqabı ipi bağlamağın 13 yolu
Günün qoroskopu: taleyinizdən şikayətlənməyin
Azərbaycanda pensiyaların ödəniş tarixi dəyişdi
Orfoqrafiya lüğətindəki mənasız sözlər açıqlanıb: asfaltsifət, aşnabaz, aftafa-ləyənsiz, arvadyosunlu - SİYAHI
İlham Əliyevdən mesaj
Sümüklərinizin sağlamlığını qoruyun
Prezidentdən Nazirlər Kabineti ilə bağlı FƏRMAN – Aparatda iki müavin olacaq
BMT-dən dəhşətli Yəmən açıqlaması
Makiyajın ilk addımı
Nə üçün uşaqlıqda zaman indikiyə nisbətən daha ləng gedir?
Azərbaycanda ilk dəfə onlayn məzun günü: Təhsil naziri “Son zəng”i çaldı - CANLI
Bilirsinizmi? (3)
Əl işlərim
Zökəmdən necə qurtulmalı?
Zəlzələ olduqda ayət namazı necə qılınmalıdır?
Braziliyalı uşaq öz şirniyyat pulunu Azərbaycan ordusuna yardım kimi yolladı
Sahildə yadplanetliyə bənzəyən nadir balıq tapılıb - VİDEO
Çağla yeni il planlarından danışdı-FOTO