Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən müvəqqəti saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr davam etdirilir.
Ombudsman Aparatından verilən məlumata görə, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunan başçəkmələrdə məqsəd bu müəssisələrdə saxlanma şəraiti, saxlanılan şəxslər, eləcə də, beynəlxalq humanitar hüquq normaları, o cümlədən, Cenevrə Konvensiyaları əsasında əsir və girovlarla rəftar, onların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olub.
Növbəti başçəkmə zamanı Ermənistandan olan əsir və girovlar fərdi qaydada qəbul olunub, müraciətləri dinlənilib, onlara hüquqları və müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub.
Ombudsmanın Mili Preventiv Qrupunun həkim üzvünün iştirakı ilə müraciətləri əsasında əsir və girovlar müayinə olunub.
Hər hansı bir fərq qoyulmadan əsir və girovlara münasibətdə lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu, beynəlxalq humanitar hüquq normalarına, xüsusilə də Cenevrə Konvensiyalarının müddəalarına riayət edildiyi müşahidə olunub.
Hərbi əsirlər, o cümlədən, girovlar onlarla rəftardan və saxlanma şəraitindən, tibbi xidmətdən, qidalanmadan razılıq etməklə yanaşı, humanist münasibətə görə təşəkkürlərini bildiriblər.
Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın fəaliyyəti çərçivəsində əsir və girovların vəziyyəti, hüquqlarının təmini məsələsi araşdırılır, başçəkmələr çərçivəsində yerində yoxlanılır.
Təəssüflər olsun ki, Ermənistan Respublikası tərəfindən bu yanaşma göstərilmir. Azərbaycanlı mülki şəxslərə, habelə yaralanmış və əsir düşmüş hərbi qulluqçularımıza münasibətdə beynəlxalq hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının tələbləri ciddi şəkildə pozulub.
XƏBƏR LENTİ
Can Yaman Demetə xəyanət etdi?-FOTO
Keçmişdə bu gün
"Bavariya"nın ulduzundan "Real" açıqlaması
107 yaşlı qadın uzun ömürlülüyünün sirrini açdı - FOTO
Dişlərinizə hansı vərdişlər zərər verir?
Oskar-2015
Ərdoğan bizdən danışdı
Orqanizmin ən ehtiyacı olan 3 vitamin
Günün qoroskopu: emosional fon qeyri-sabitdir
Dubay şeyxinin xanımı 40 milyon oğurlayıb qaçdı
Azərbaycanda qəribə heyvan skeleti tapılıb
Subay qadınlara "ər tapmaq məzuniyyəti" verilir
“Qanlı Yanvar” Şəhidlər Xiyabanında
Hamilə qadının 7 körpəsi olacaq-AZƏBAYCANDA
Düşmən qorxu və təşvişi aradan qaldırmaq üçün dezinformasiya yayır - RƏSMİ
Hamiləlikdə bitki çaylarının istifadəsi
Kişmişli-qozlu peçenye (foto resept)
Körpələrdə Daun sindromu
Nizami Gəncəvi ilə bağlı yeni faktlar ortaya çıxıb
Keytin bu paltarı çox bəyənildi - FOTO
Matryoşka oyuncaqları
Xilal
Qarabağın həlli üçün yeganə yol
Azərbaycanda Neftçilər Günü qeyd olunur
Rus dili dərs-26
Ukraynanın “Obezrevatel” kanalı Dağlıq Qarabağ münaqişəsi haqda film hazırlayıb - VİDEO
ÜST-dən COVID-19-un fəsadları ilə bağlı AÇIQLAMA
"Qırmızı körpü"də gömrük-buraxılış işi dəyişdiriləcək
Azərbaycan ən az ət yeyilən ölkədir - HESABAT
Daha bir əsgərimizi itirdik
Kartof yığımı ötən ilə nisbətən artıb
Hava haqqında - 20.08.2013
Tərəvəzli noxud şorbası
İlk elektrik təyyarəsi 2022-ci ildə satılacaq
Bakıda xəzri əsəcək
Suriyada yeni hökumət yaradılır
Bill Geyts yenə təəccübləndirdi-FOTO
Azərbaycan sərhədləri əsasən Xəzər dənizində pozulur
VİRUS TƏHLÜKƏSİ: Azərbaycanlıların olduğu bina mühasirəyə alındı - Bütün əlaqələr kəsildi (VİDEO)
Quru meyvələrin faydası
Yuxusundakı rəqəmlər 100 min dollar qazandırdı-FOTO
Misirdən İlon Maskın piramidaların yadplanetlilər tərəfindən inşa edilməsi iddiasına cavab
Uşaqlar üçün başmaqlar
Marsın rəngi boz imiş
Hava haqqında - 21.08.2013
“Instagram”dan yenilik
Şeron Stoundan yeni fotosessiya - FOTO
Özcanla Mahsun Kırmızıgül övladları ilə _FOTO
Məşhur bloger dolğu etdirdi eybəcər oldu-FOTO
Quba "Tələbə baharı"nın mərkəzi olacaq














