
Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
Bölmə rəisi bildirib ki, paytaxtda rəsmi ödənişli müvəqqəti duracaqlardan istifadə edən bəzi sürücülər həmin ərazi üzrə məsul olan Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) işçilərinə qarşı kobudluq nümayiş etdirib və oradakı parkomatlara ödəniş etməyiblər. Hələlik idarəyə 4 avtomobil barədə ölçü götürülməsi ilə bağlı müraciət daxil olub.
V.Əsədovun sözlərinə görə, bunlar "90 AB 005" dövlət nomrə nişanlı, ağ rəngli "Lexus" markalı, "99 FK 713" dövlət nomrə nişanlı, qara rəngli "Kia Sportage" markalı, eləcə də "90 NR 088" dövlət nomrə nişanlı, qara rəngli "Mercedes S class" markalı və "90 RV 989" dövlət nomrə nişanlı, qara rəngli "Volkswagen Touareg" markalı avtomobillərin sürücüləridir. Onlar şəhər ərazisindəki müvəqqəti duracaqlardan istifadə etmələrinə baxmayaraq, ərazidəki parkomatlara pulu ödəməkdən imtina ediblər: "Təəssüf ki, məsələn, "Lexus" kimi bahalı markalı avtomobili idarə edən şəxs istifadə etdiyi xidmətin müqabilində təyin edilmiş 50 qəpik və ya 1 manat məbləğində ödənişi etməkdən imtina edir. Belə halların olması heç də yaxşı deyil. Bu, onlara heç nə verməyəcək. Avtomobil ödənişli müvəqqəti duracaqlarda saxlanılırsa, təyin edilmiş məbləğ ödənilməlidir. Əks halda parkomata 50 qəpik, 1 manat ödəməyən sürücülər indi ondan dəfələrlə çox cərimə ödəməli olacaqlar. Belə ki, həmin sürücülər tərəfimizdən İnzibati Xətalar Məcəlləsinin 158-1-ci (Dayanma, durma və parklanma qaydalarının pozulması) maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləcək və 20 manat məbləğində cərimə olunacaqlar".
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəis müavini Lətif Axundov Trend-ə bildirib ki, əslində belə faktlar çoxdur. Belə ki, İdarə artıq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə "90 ZZ 228" dövlət nomrə nişanlı "Toyota Yaris" markalı, "99 BO 335" dövlət nömrə nişanlı "BMW" markalı, "90 LB 034" dövlət nomrə nişanlı "Hyundai Elantra" markalı, "90 CC 801" dövlət nomrə nişanlı "Kia Picanto" markalı, "H019577" dövlət nomrə nişanlı "Mitsubishi Pajero" markalı cip, "10 GC 344" dövlət nomrə nişanlı "Mercedes E class" markalı, "90 GP 106" dövlət nomrə nişanlı "Mercedes S class" markalı, "90 DK 720" dövlət nomrə nişanlı "BMW 525" markalı, "99 SS 628" dövlət nomrə nişanlı "Peugeot" markalı avtomobillərin sürücüləri ilə də bağlı müraciət etməyi planlaşdırır: "Hələlik bu şəxslərə qarşı ictimai qınaq tətbiqi mövqeyi nümayiş etdirmək istəyirik. İstəyirik ki, onlar mətbuat vasitəsilə ictimai qınağa tuş gəlsinlər ki, ödənişlərini etsinlər. Amma ödəniş edilməsə, onlar dayanma, durma və parklanma qaydalarını pozduqlarına görə yol polisi tərəfindən inzibati məsuliyyətə cəlb olunacaqlar".
L.Axundov qeyd edib ki, hazırda ödənişli duracaqlar və parkomatlardan istifadə ilə bağlı əhali arasında maarifləndirmə işləri aparılır ki, sürücülər tərəfindən belə hallara yol verilməsin. Hətta gələcəkdə bu kimi hallara yol verən sürücülər barəsində foto və videomaterialların hazırlanaraq ictimailəşdirilməsi də nəzərdə tutulur.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
9-cu sinif şagirdləri üçün buraxılış imtahanının nəticələri açıqlandı
Bill Geyts yenə təəccübləndirdi-FOTO
Yeni il üçün qreypfrutlu ördək (foto resept)
Seda Sayan oğlunu evləndirməyə hazırlaşır
Google yeni şirkət aldı
Burakdan Fahriyeyə böyük sürpriz - FOTO
Xınayaxdı mərasimi
Qiymətlər aşağı salındı
Qaz kəsilməsi haqqında-XƏBƏRDARLIQ
Ərikli, kişmişli piroq (foto resept)
Bürclərə görə 2018-ci ilin SEVGİ PROQNOZU: SARI İT İLİNDƏ kimlərin bəxti açılacaq?
HAVA necə olacaq?- 5 MAY
Dekabr ayında HAVA necə olacaq?
Evini 35 milyona satdı - FOTO
Nazirin paylatdırdığı kartlar nə qədərdir?
Çayın tarixi, xüsusiyyəti və dəmlənmə formaları
Günün qoroskopu: geniş miqyaslı, böyük işə başlamayın
Çiyələkli sufle (foto resept)
Maaş əndişəsinə son
Uşağınız erkən saatlarda oynanırsa...
İdman edənlər necə qidalanmalıdır?
İşə qəbul üçün müəyyən edilən yaş həddi artırılacaq?
SON DƏQİQƏ: Belarus hökuməti İSTEFA VERDİ
Neft daha da ucuzlaşacaq
Moskvalı miqrantın çəkmələrini sildi - Video
Azərbaycanda yazın ilk ayı üçün hava proqnozu açıqlandı
Dünyanın ən hündür hava limanı-FOTO
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Dövlət Komitəsi: Ramazan bayramı dini amillərdən asılı olduğundan fitva vermək səlahiyyəti QMİ-nindir
Sabahın HAVAsı
Braziliyalı rəssamın əl işləri
Uşaqlar üçün gündəlik rejim
Yaşıl çay içmək üçün 3 səbəb
Günün ulduz falı - 27.01.2014
TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqlayıb
11 yaşlı şikəst uşaq "Barselona"nı heyran qoydu
Kanye Uest müsəlmanları qəzəbləndirdi
F vitaminin faydaları
Bakıda xəyalların layihəsi
10 ton bal zay çıxdı
Albalı limonad (foto resept)
Kremldən Dağlıq Qarabağdakı vəziyyətlə bağlı AÇIQLAMA
2012-ci ilin xalça modelləri
Prezident bir qrup hərbçini “Qubadlının azad olunmasına görə” medalı ilə təltif etdi
Sürətli koronavirus testi yaradıldı
Putin Ərdoğanı nüvə silahı ilə hədələdi
Gigi Hadid arıqladığına peşman oldu-FOTO
"Buraxılış vərəqəsi" verilir
Pensiyalarla bağlı yenilik
Dünyanın ən varlı adamları Londonda yaşamağa üstünlük verirlər















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]