Gün ərzində bir dəfə də olsa, çölə çıxırıq
Avtobusda, metroda, mağazada və s-də ağlımıza gələn və gəlməyən bir çox yerlərə toxunuruq. Gün ərzində bizdən başqa nə qədər insanın həmin yerə toxunduğunu isə bilmək qeyri-mümkündür.
Təbii ki, minlər, milyonların əlləri dəydiyi bu yerləri hər gün təmizləmək də mümkün deyil. Nəzərə alsaq ki, bütün insanlar da sağlam deyil, o zaman təhlükə ilə necə üz-üzə qaldığımızı anlamaq da çətin deyil. İstənilən an adi qrip virusundan tutmuş ağır xəstəliklərə qədər yoluxma şansımız var. Təbii ki, diqqətli olmasaq.
Cenevrədən olan mütəxəssislər müəyyən ediblər ki, qrip virusunun bir çox növləri barmaq uclarında 30 dəqiqəyədək yaşaya bilir. Onlar həm barmaqların sahibini, həm də ətrafındakıları, üzlərinə, dodaqlarına, gözlərinə toxunarkən selikli qişaya düşməklə yoluxdurur.
Rusiya mətbuatında isə bildirilir ki, tədqiqat zamanı könüllülərin barmaqlarının ucuna H3N2 və H1N1 qriplərinin viruslarını bulaşdırıblar. Sonra qripin "məskunlaşdığı ərazi"ni müxtəlif vaxt intervalı ilə test ediblər. H3N2 virusu ilk 3 dəqiqə ərzində maksimal yoluxdurucu olub, H1N1 isə əllərdə 15 dəqiqə qalıb. Yarım saat sonra hər iki virusun infeksiya təhlükəsi iki dəfə azalıb, ancaq əllərdə qrip əvvəlki kimi aktiv olub və həm əlin sahibini, həm də onun ətrafındakıları yoluxdurmaq qabiliyyətində olub. Bu o deməkdir ki, ətrafımızda milyonlarla gözə görünməyən təhlükələr var. Biz isə onlardan xəbərsiz özümüz-özümüzü yoluxdururuq.
Çoxsaylı araşdırma və elmi faktlar təsdiqləyir ki, əllərin gigiyenası insanları hər addımda izləyən bir çox xəstəliklərin yayılmasını məhdudlaşdıran əsas tədbirlərdəndir. Bu gün təsdiq olunub ki, bağırsaq infeksiyalarının çoxu, hətta qrip belə əllər vasitəsilə keçir. Əllərin gigiyenasına riayət olunmaması dizenteriya, qarın yatalağı, hepatit, vəba, mədə, ya da on iki barmaq bağırsaq xorası, ağızdan keçən virus və s. kimi xəstəliklərə yoluxmağa ciddi təhlükə yaradır. Bunun nəticəsi xroniki ağırlaşma, hətta ölüm ola bilər. TerapevtXatirə İsayevanın sözlərinə görə, tez-tez əllərini yuyan insanlar bəzən daha çox xəstələnir, nəinki əllərini gec-gec yuyanlar. Həmin növ insanlarda immunitet çox güclüdür, yəni infeksion amilə və yad genetik informasiya daşıyan antigen xassəli yad maddələrə qarşı orqanizmin davamlığı kifayət qədər güclüdü, ona görə bu kateqoriyaya aid olan insanlar daha az xəstələnir: "Bu gün riskli olan əsasən pullar və əl tutacağı olan nəqliyyat vasitələridir. Hətta bir müddət əhali arasında panika da yaranmışdı. Deyilirdi ki, vərəm xəstəliyinə düçar olan insanlar dəmir pul əskinaslarına tüpürərək ağız sularını yayırlar. Nəticədə daha çox insanın yoluxmasını istəyirlər. Bu faktın doğruluq payı nə qədərdir bilmirəm, amma xəstəliklərdən sığortalanmaq üçün xüsusən pul və tutacaqlara qarşı həssas olmaq lazımdır. İnsanlarla fiziki ünsiyyətdən, tualetdən, burun silmə və ya asqırmadan, heyvanlarla təmasdan sonra, yemək hazırlayarkən, ya da qida qəbulundan, yatmazdan əvvəl, gəzintidən, təmizlik işlərindən sonra və ümumiyyətlə, əllərin çirkləndiyi hər halda yaxşıca yumaq lazımdır. Əllərinizi yalnız yeməkdən əvvəl yox, küçədən gələn kimi, tualetdən sonra, daxılınızdakı pulları saydıqdan və s. sonra da yumaq lazımdır. Təhlükəli mikrob və bakteriyaları məhv etmək üçün əlinizi axar suyun altına salmaq, sonra yaxşıca sabunlamaq, durulayıb, qurulamaq kifayət edir".
Terapevt bildirir ki, əl yumaq imkanı olmayan insanlar çantalarında mütləq spirt, nəm salfet, mikrob-əleyhinə olan gellər daşımalıdır. Bu yollar ilə də mikroblardan qorunmaq mümkündür. Müxtəlif səyahətlər, ictimai nəqliyyat vasitələrindən istifadə və körpələrlə gəzinti zamanı, ofisdə, bir sözlə, əlləri normal qaydada yumaq imkanı olmayan hər yerdə gigiyenik, yaş salfetlər ən ideal təmizləmə vasitəsidir: "Əlləri üzə və ağıza vurmaqdan çəkinmək, tez-tez əlləri təmizləmək lazımdır. Fəsil fərqi yoxdur, istənilən an əgər harasa gedirsinizsə, sizin xəstəliyə yoluxma ehtimalınız yüksəkdir. İmkan olduqca mütləq əlləri isti su ilə və sabunla 10 dəqiqə yuyun. Hətta şəxsi mobil telefona toxunub ağıza vurmaq belə bədənə virus ötürməyə səbəb ola bilir. Ən yaxşı və ən rahat üsul elə antibakterial gellərdir. Əldə qısa müddətə yox olan gellər sabunla yuyulmuş qədər effektiv təsir göstərir".
Araşdırmalar göstərir ki, antimikrob əlavələri olmayan sabunla adi əl yuma bizi infeksion yoluxmalardan qorumaq iqtidarında deyil. Adi sabunla tez-tez əl yuma vaxt aparmaqla narahatçılıq yaradır və bir qayda olaraq nəinki mikrobların yayılma imkanını azaltmır, hətta əksinə onların artımını 17 dəfə çoxaldır. Çanaq, kran və bir neçə gün ərzində dəyişdirilməyən ümumi dəsmal da həmçinin bütün mümkün mikroorqanizmlərin daşıyıcısıdırlar. Beləliklə, əllərinizi yuyarkən suyu bağlayaraq krana, təsadüfən çanağın kənarına toxunmanızla siz asanlıqla özünüzlə müxtəlif növlü mikrobları apara bilərsiniz. Buna görə də sabun seçimində diqqətli olmaq lazımdır. Antibakterial effekti olan sabunlarla gün ərzində dəfələrlə əlləri yumaq mikroblardan sığortalanmaq üçün gözəl üsuldur.
XƏBƏR LENTİ
Uşaqların öz məhkəməsi olsun
Separatçı rejimin “müdafiə naziri” yaralandığına görə vəzifədən uzaqlaşdırılıb
Hamilə olduğunu düşünürdü əslində isə 18 kq-lıq...-FOTO
Adriana Lima qızlarından danışdı-FOTO
Ətir hazırlayaq
2018-ci ildə boşanan məşhurlar - FOTO
Paytaxtımızın 7 möcüzəsi - FOTO
Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb
Miqrantlara sərfəli alternativ bazar ola bilər
Sultan Basmati düyüləri - Süfrələrin şah dadı!
Hadise bacısı ilə barışdı-FOTO
Azərbaycanda yeni qurum yaradılır
Kələmli piroq (foto-resept)
Dost dedikdə - 1
Hər kəsin sevdiyi serial cütlüyü onlar oldu-FOTO
Xərçəng bürcü qadını
Azərbaycan sinoptiklərindən xəbərdarlıq
Xətasız düşünmə sənəti (1)
Saç üçün maskalar
"Quba alması"na müştəri tapılmır
“Bülbüllər” kubok matçında qalib gəldi
Məşhur müğənni PULSUZLUQDAN ŞİKAYƏT ETDİ
Prezident İlham Əliyev: “Azərbaycanda təkcə türk yox, Rusiya, İsrail, Belarus, Ukrayna silahları var”
Aktrisa FOTOsu ilə diqqət çəkdi
Qiyməli kələm (foto-resept)
Uşaqlara bu dərmanları verməyin!
Qırışları aradan qaldıran maska
"Bizim Tarla" - Soyulmuş pomidor
Alişandan sürpriz evlilik təklifi
Tarkandan qızına milyonluq hədiyyə
Tayson Eminemi nokauta saldı - VİDEO
95 yaşlı milyarder evləndi-FOTO
Erməni katalikos Şeyxdən kömək istədi
Əhmədlidə unikal piyada keçidi belə olacaq - FOTO
Təhsil Nazirliyindən məktəblərdəki vakansiyaların gizlədilməsi ilə bağlı AÇIQLAMA
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
Bu gün ilin ilk Ay tutulması baş verəcək
Həftənin ən zövqsüz ulduzu oldu-FOTO
Soçi olimpiadasında iştirak edəcək Azərbaycan idmançılarının geyimləri təqdim edilib
"Şəfa" stadionunun adı dəyişdirilir?
Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM + VİDEO
Dəniz canlılarının qəbiristanlığından sualtı görüntülər
Fotosu Şekspir muzeyində saxlanılan azərbaycanlı - FOTO
Gözəllik maskaları
Dünyanı titrədən xəbər
Toxuma işlərim
Məşhur aktrisa aylar sonra ilk dəfə-FOTO
Dukan pəhriz ilə 25 kq arıqladım! (2-ci mərhələ)
İlham Əliyev bir qrup hərbçini “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib
Milli Ordunun yaranmasından 102 il ötür...