Prezident İlham Əliyev "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Qadin.Net AZƏRTAC-a istinadən bildirir ki, fərmanda qeyd olunur ki, Nazirlər Kabineti 6 ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 4.0.19-cu maddəsinə uyğun olaraq, məktəbəqədər təhsil müəssisələrinə qəbul qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 5.4-cü maddəsinə uyğun olaraq, sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartlarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 8.8-ci maddəsinə uyğun olaraq, ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 14.3-cü maddəsinə uyğun olaraq, məktəbəqədər təhsil müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidməti göstərilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 18.2.10-cu maddəsinə uyğun olaraq, məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 20.2-ci maddəsinə uyğun olaraq, dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, dövlət məktəbəqədər təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativləri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 22.2-ci maddəsinə uyğun olaraq, dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; həmin Qanunun 14.2-ci, 23.3-cü və 23.7-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.3-cü, 4.0.4-cü, 4.0.7-ci, 4.0.8-ci, 4.0.10-cu, 4.0.12-ci (məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyasını və işçilərinin attestasiyasını həyata keçirmək üzrə), 4.0.14-cü, 4.0.15-ci, 4.0.18-ci maddələrində nəzərdə tutulmuş vəzifələri həyata keçirəcək icra hakimiyyəti orqanları barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
Müəyyən edilir ki: "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsində (məktəbəqədər təhsil sahəsində dövlət siyasətini formalaşdırmaq üzrə) və 4.0.2-ci maddəsində (məktəbəqədər təhsilə dair normativ hüquqi aktlar təsdiq etmək üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
Qanunun 5.2-ci, 5.4-cü, 8.2-ci maddələrində, 8.5-ci maddəsinin ikinci cümləsində, 8.8-ci, 9.1-ci, 9.3-cü, 14.1-ci, 14.3-cü, 14.5-ci, 15.8-ci, 18.2.10-cu, 20.2-ci, 21.5-ci, 22.2-ci, 22.3-cü, 23.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.1-ci (məktəbəqədər təhsil sahəsində dövlət siyasətini həyata keçirmək üzrə), 4.0.2-ci (məktəbəqədər təhsilə dair normativ hüquqi aktlar, o cümlədən səmərəli təhsil modelinə əsaslanan dövlət təhsil standartları və proqramları (kurikulumlar) təsdiq etmək üzrə), 4.0.6-cı, 4.0.9-cu maddələrində, 4.0.12-ci (məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyası və işçilərinin attestasiyası qaydalarını müəyyən etmək üzrə) və 4.0.19-cu maddələrində nəzərdə tutulmuş vəzifələri Nazirlər Kabineti həyata keçirir;
Qanunun 4.0.11-ci maddəsində nəzərdə tutulmuş vəzifələri İqtisadiyyat Nazirliyi həyata keçirir;
Qanunun 15.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.5-ci, 4.0.13-cü və 4.0.16-cı maddələrində nəzərdə tutulmuş vəzifələri yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə münasibətdə yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.
Ədliyyə Nazirliyinə tapşırlır ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.
XƏBƏR LENTİ
Olimpiya oyunlarından YENİLİK
Uşağın böyüməsi və inkişafı
Səhərədək telefona baxdı, kor oldu-FOTO
Son model ayaqqabı modelləri
Geyimlərdə zəif görünmə yolları
Kələm haqqında bilmədiklərimiz
Ermənistan tərəfi dövlət sərhədində mövqelərimizi atəşə tutur - RƏSMİ
Azərbaycanda mütailə avtobuslarının yaradılmasına başlanılır
Məşhur müğənninin konsertini 7500 nəfər izlədi - FOTO
Evdəki vasitələrin möcüzəvi təsiri
Sabunla üz yumaq zərərlimidir?
Sobada badımcan dolması (foto-resept)
20 min illik işıq transformatoru tapıldı: Elmi nəzəriyyə alt-üst oldu
110 min dollarlıq maşını qəpiklə aldı
Payızda saçları gücləndirmək üçün nə etməli?
Qar yağacaq
102 gündən sonra yenidən koronavirus aşkarlanan ölkədə qadağalar başladı
Roma Papası Ermənistanda
“Şellak” manikürü dəri xərçəngi əmələ gətirir –XƏBƏRDARLIQ
Artur Şopenhauer - Dünya iztirabları
Türkiyədə Xocalı abidəsi
Bir udum havaya həsrət
Susuzluğun bədənə təsirləri və nəticələri
Kənan və Beren Saat aylar sonra ilk dəfə -FOTO
Mətbəxiniz üçün modern fikirlər
Azərbaycanda hərbçilər arasında koronavirusa yoluxma var - RƏSMİ
Quru əlləri necə nəmləndirməli?
Kardi B hər kəsi təəccübləndirdi-FOTO
Georq Fridrix Hendel
İnstagram-da yarımçıq YENİLİK
Eşqinizi canlı tutacaq 7 məsləhət
Azərbaycanlı idmançı erməni rəqibinə aman vermədi, qızıl medal qazandı
Oxumamaq dərdi: buna görə əsəbləşməyə dəyərmi?
Orta imkanlı amerikalı necə yaşayır? - FOTOSESSİYA
İlham Əliyev, Putin və Paşinyan görüşü “Haber Global”da - VİDEO
Azərbaycanda üçəm uşağı doğulan ailələrə şad xəbər
“Meyiti yandırılan” kişi evə qayıtdı
Saç qırıqlarından xilas olmaq üçün...
Ətli bağlama (foto resept)
Bu qadın 40 ildir adada tək yaşayır!
Merkelin görüntüləri sosial mediada böyük maraqla qarşılandı - VİDEO
Kremli qurabiyə (foto-resept)
Gicitkən şorbası (foto resept)
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
Qırışlar əleyhinə kremi özünüz hazırlayın
Kosmosda peçenye bişirdilər - VİDEO
15 ay işlədi – 58 milyon qazandı
Günün ulduz falı
Bir il sonra dünya ilə toqquşacaq
"Mourinyo futbol üçün böyük təhlükədir"