Köhnə incikliyi unudub rahat olmaq istərdinizmi? Çox vaxt onlar daşıya bilmədiyimiz yükə çevrilir. Bağışlamağı öyrənərək, siz keçmişi buraxıb gələcəyə doğru gedə bilərsiniz.
Həyat tez-tez bizim qarşımıza çətin sınaqlar çıxardır. Hətta uğurlu adam adlandırdığımız insanlar da başqa insanlarla münasibətdə xoşagəlməz hallar yaşayıblar. Əsas incikliyi bizə ətrafdakılar verirlər, amma bu destruktiv hiss bizim içimizi incidir, bu da günahkar insan üçün cəza olmur. Həyata davam etmək üçün bütün incikliyi unutmaq lazımdır. Bəzi insanlara ağır xatirələri unutmaq çətin olur. Bəs unutmaq üçün nə etmək lazımdır?
İncikliyi quma çevirin, sevinci isə-daşa.
Öz uşaqlığınızı xatırlayın. Sizə konfet və yeni oyuncaq almayanda valideynlərinizdən incidiyiniz anı yadınıza salın. İndi bunlar gülməli görünür. Aydındır ki, bu hadisələrə görə inciməyə dəyməz. Onlar barmaqlardan qum kimi axdı və ancaq uşaqlıq dəcəllikləri yaddaşda qaldı.
Bir çox xatirələr uzun illər keçməsinə baxmayaraq yaddaşda qalır. Sevdiyiniz insanın xəyanəti, dostunuzun satqınlığı, rəisinizin haqsızlığı hələ də sizi incidir. Lakin onları xatırlayarkən siz bundan sonra da irəliləyə bilməyəcəksiniz. Siz qorxunu hiss edəcəksiniz. Qorxacaqsınız ki, bütün bunlar təkrarlana bilər və zamanla da insanlara inamınızı itirəcəksiniz. Bu inciklik təkcə sizi yandırır. Bu, sizi incidənlərə təsir etməz, amma onlar sizin həyati qüvvənizi sərf edir və sizi rahatlıqdan məhrum edirlər. Öz şüurunuzda səliqə yaratmağa çalışın və zamanla qəlbinizdə rahatlıq hiss edəcəksiniz.
Özünüzü inciklikdən azad edin.
Mənəvi cəhətdən özünüzü hazırlaşdırın. Çünki incikliklə vidalaşma proseduru heç də xoş deyil. Təsəvvür edin ki, bu prosedur sizi ağrıdan və əzabdan tam azad edəcəkdir. Siz bu müalicəyə hazırsınızmı? Aydındır ki, inciklikdən qurtulmaq lazımdır. Ona görə də bu qərarı nə qədər tez versəniz, bir o qədər sizin üçün yaxşıdır. Dözmək lazımdır. Qocalmış incikliyiniz sizi güldürəcək. Necə ki, siz öz uşaqlıq dəcəlliyinizi yada salıb gülürsünüz.
Mən sizin üçün əlavə hazırlıq olmadan tətbiq edilə biləcək iki sadə metodika hazırlamışam. Başlayaq?
Sizi nə qədər bağışlayıblar?
Bu barədə fikirləşin. Sizə ağrı verən hər bir insanı müəllim kimi qəbul edin. Sizin üçün sizi incidən şəxs çox pis insandır. Kimin üçünsə o, yaxşı insan rolunda çıxış edir. Sizin taleyinizdə isə o müəllim oldu, hansı ki, sizə dəyişməyi öyrətdi. Əzici bir bəladan qurtulmaq üçün bağışlaya bilmədiyiniz insanların adlarını yazmağa başlayın.
Üsul 1: Təqsirkarla dialoq
Münasib yer tapın və vaxt seçin ki, sizi 20 dəqiqə narahat etməsinlər. Bundan başqa internetdən çıxmaq və telefonu söndürmək lazımdır. Sonra sizə əlverişli vəziyyəti seçin, rahatlanın, yavaş-yavaş və sinə dolusu nəfəs alın, tam əmin-amanlıq hiss edənə kimi.
Başqa yerdə (sarayda, böyük zalda, yaxud kabinetdə) özünüzü təsəvvür edin, fikrən sizə əlverişli vəziyyəti seçin və rahatlanın.Tezliklə sizə qonaqla görüşmək lazımdır fikri ilə razılşmağa çalışın. Öz həmsöhbətinizi gözləyirsiniz. Onun haqqında düşünün bitərəf kimi onu görməyə hazır olacaqsınız, öz həmsöhbətinizi içəri dəvət edin. Uzun illərdir qəzəbləndiyiniz adam içəri daxil olacaq. Lakin o, böyük kimi qarşınıza çıxmayacaq. Siz onu tanıdığınız 3-4 yaşlı uşaq kimi qarşınızda olacaq. Sizin zəhmli baxışlarınızın qarşısında dayanaraq o, çox qorxub və demək olar ki, ağlayır. Uşaq qəbul edir ki, çox pis hərəkət edib, üzr istəyir və deyir ki, çox təəssüflənir. O, öz səhvini və sizin ağrınızı çox gözəl başa düşür və üzr istəməkdən əl çəkmir. Siz onu bağışlaya bilərsiniz, nə vaxt istəsəniz, o zaman azadlıq əldə edəcək və sizi həmişəlik tərk edəcək.
Əgər siz bağışlamağa hazır olduğunuzu hiss etmirsinizsə, yalnız ağrı və inciklik hiss edirsinizsə, onlar haqqında öz müəlliminizə danışın. Arzuladığınız bütün sözləri onun üzünə deyin. Sonra isə rahatlanın və incidiyiniz insanı bağışlamağa çalışın. Onunla sağollaşın və onu buraxın.
Belə bir prosedur incidiyiniz adamı əhəmiyyətsiz biri edir. Siz isə heç kimə öz rahatlığınızı pozmağa imkan verməyəcək ahəngdar və alicənab bir insan olursunuz. İnciklik sizin zəifliyiniz idi. İndi siz ondan yaxa qurtara bilmisiniz. Siz başqa insanlara kin saxlamırsınız və sevinclə gülümsəyir, həyatda irəli hərəkət edirsiniz.
Üsul 2: Təqsirkara üç məktub
Üzr yolu keçmək üçün yük, xatirələrdən azad olmaq üçün, sizə üç gün vaxt lazımdır. Sizi incidən insana məktub yazaraq hər şeyi söyləyin. Çoxdan demək istədiyiniz sözləri deməkdə çəkinməyin. Qoy o sizə necə çətin olduğunu başa düşsün. Boşluq hissi və sözünüzün qurtardığını hiss edəndə məktubu başa vurun. Birinci gün başqa heç nə etmək lazım deyil.
İkinci gün sizi incidən insana məktub yazmağa yenidən başlayın. Siz ikinci məktubunuzda öz nifrət və qəzəbiniz haqqında danışmalısınız. Gizlətdiyiniz hər şeyi kağıza tökün. Öz incikliyinizi təsvir etdikcə çox şeyi dünən söylədiyinizi başa düşəcəksiniz. Bu dəfə sizin məktubunuz qısa olacaq. Sizin vəziyyətə baxışlarınız bir qədər dəyişəcək. Qəzəb hissinin geridə qalanda düşünün ki, sizə ağrı verən insan hansı səhvi etdiyini anlamırdı. Necə düşünürsüz həmin insan peşmandırmı? Siz öz hissləriniz və narahatçılığınız haqqında danışsaydınız, o özünü necə hiss edərdi?
Üçüncü gün isə son məktubunuzu yazın. Məktubda onun bağışlanmasını qəbul edəcək və ona onu bağışladığınızı yazacaqsınız. İndi siz aranızda olan mübahisəni unutmağa hazırsınız. İndi siz əminsiniz ki, heç kim sizinlə münasibətlərində yenidən belə bir səhvə yol verməz. İndi bilirsiniz ki, bu adam həyatınızda heç bir məna daşımır və onunla bağlı xatirələr yox olacaq. İncikliyi tamamilə unudandan sonra nəfəs almaq sizə asan olacaq. Sizə ağrı vura bilən insanlarla sağollaşın. Hər üç məktubu yandırmaq lazımdır. Külü isə məhv etmək.
İncikliyi buraxandan sonra siz qəzəbinizlə ayrılacaqsınız. Təqsirkar öz cəzasını çəkəcək. Öz gücünüzə inanın. Güclü və ürəyiaçıq insan kimi davranın. Sizin qarşınızda yeni yollar açılacaq və siz geriyə baxmadan irəli gedəcəksiniz.
XƏBƏR LENTİ
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
HAVA necə olacaq?-23 Avqust
Valideynlərə müjdə!
Aslı Enverlə Murad Boz ayrılıb
"Həyat" adlı oyun
Məşhur cütlükdən etiraf
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı - VİDEO
Son dəbə uyğun eynəklər
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Brend çanta modelləri
Ev dekorasiyasında aksesuar seçimi
Şirələr və kompotlar
Hülya Avşar AÇIQLAMA verdi
11 iyun Ramazan ayının 5-ci günüdür
Caponata (foto resept)
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Məşhurlar və anaları
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
İçimizi yeyən səhər yeməyi
Fikrət Qoca infarkt keçirdi
Qadına uşaqlıq köçürüldü
Corc Sorosdan böhran xəbərdarlığı
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Şəhid əsgərimiz təltif edildi
Murad Boz TOYUNDAN DANIŞDI
Günün ulduz falı
Çuğundurun faydaları
Düzgün duruş üçün nə etməliyik?
Ancelina Coli ərə gedir
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Uşaqlar üçün saç modelləri
Güləşçimiz beynəlxalq turnirin çempionu olub
HAVA necə olacaq?-26 İyul
Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər
"Ali məktəb məzunlarının 42 faizi iş tapa bilir"
Bilmədiyiniz maraqlı faktlar
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Onun bir xəyalı cahana dəyər
Bədənə qulluq və vannalar
Benzin ucuzlaşa bilər
Pakistan mediası Xocalı faciəsindən yazdı
Meteohəssas insanlara XƏBƏRDARLIQ
- ŞƏRHLƏR