Müasir dövrdə insanların qida rasionunda “fast food” (ayaqüstü qidalar) üstünlük təşkil edir. Həm baha satılan, həm də sağlamlıq problemlərinə yol açan bu qidaları uşaqdan tutmuş yaşlıya qədər əksər insanlar xoşlayır və çoxları zərərini bilə-bilə onları qəbul edir.
Əvvəllər isti ocaqda, təbii məhsullardan bişirilən və süfrə ətrafında yeyilən yeməkləri hazırda mənşəyi bəlli olmayan süni qidalar əvəzləməkdədir. Son illər ofislərdə, təhsil ocaqlarında, istirahət və əyləncə mərkəzlərində, restoranlarda, parklarda süni qidalar - “fast-food” məhsullarının ticarəti geniş yayılıb. Havaların getdikcə istiləşməsini nəzərə alsaq, deyə bilərik ki, belə qidalar insan sağlamlığı üçün həm də təhlükə mənbəyinə çevrilə bilər.
Bu cür yeməklər verilən və daha çox gənclərin və uşaqların sevimli məkanı olan “McDonald`s”, KFC, “Çudo-peçka”lara az qala, hər addımda başı rast gəlinir. Qeyd edək ki, bu tip yerlərə xarici ölkələrdə ən çox kasıb təbəqəyə aid insanlar üz tutur. Mütəxəssislər isə dünyanı cənginə alan xərçəng, bəzi həzm sistemi xəstəliklərinin yaranma səbəblərindən biri kimi əlüstü yeməklərlə qidalanmanı görürlər.
Biz də paytaxtda fəaliyyət göstərən “fast-food” qidaları satılan bir neçə yerə baş çəkib həm qiymətlərlə, həm də qidaların keyfiyyəti ilə tanış olduq. İlk baş çəkdiyimiz məkan "28 May" metrosu yaxınlığındakı KFC oldu.
Bura içəri girər-girməz günəbaxan yağının ürəkbulandırıcı iyi ətrafı elə bürümüşdü ki, adamı gəldiyi kimi geri qayıtmağa vadar edirdi. Apardığımız müşahidəyə əsasən, onu deyə bilərik ki, burada verilən yeməklərin qiyməti keyfiyyətinə görə deyildi. Belə ki, sendviçlər 3 manat 30 qəpik, 4 manat 10 qəpik arası, toyuq tikələri 1 manat 90 qəpik, acılı toyuq qanadları 2 manat 40 qəpiyə, kartoflar 80 qəpikdən 2 manat 20 qəpik arası satılırdı. “Snek boks” adlı menyu 2 manat 20 qəpik, “Doyumlu” 4 manat 80 qəpik, “Duet” 10 manat, “Bigger” və “Boksmater” menyu isə 5 manat 20 qəpiyə satılırdı. Ancaq bu məkanda daddığımız qidaların nə dadı vardı, nə də duzu.
Növbəti baş çəkdiyimiz məkan “Nərimanov” metrosu yaxınlığındakı “McDonald`s” oldu. Uşaqları ilə oturub yemək yeyən Aytən xanım bu tip yerlərə övladlarının istəyi ilə gəldiyini dedi: “Qidaları elə də dadlı deyil. Bu tip yeməklərin ziyanlı olduğunu da bilirəm. Ancaq uşaqların xatirinə arada bir gəlirəm. Sendviçlər duzsuz olur. Kartofdan da bəzən qəribə yağ tamı gəlir”.
Ticarət mərkəzlərinin birində dönər satışı ilə məşğul olan Elman isə yayda dönərlərin satılmadığını dedi: “Dönərləri yayda almırlar. Daha çox peraşki, qutab yeyirlər”. Elman buna səbəbin dönərlərlə bağlı son vaxtlar yayılan məlumatların olduğunu dedi: “Dönərin satılmamasına səbəb onun ətinə olan şübhələrdir. Ancaq deyim ki, insanların təhlükəsiz sandığı peraşki, qutab dönərdən də təhlükəlidir. Elə yerlər var ki, bir dəfə peraşki bişirdikləri yağı tullamır, süzür səhəri gün yenə eyni yağda peraşki bişirirlər. Bu daha çox zərərlidir, nəinki dönər”.
Buradaca qeyd edək ki, Cənubi Avstraliya Universitetinin bir qrup mütəxəssisi siçanlara tez hazırlanan yeməklər verərək onlar üzərində müşahidə aparıblar. Tərkibində yağ, duz və şəkər olan “fast food” qidaları yeyən gəmiricilər qısa müddətdə kökəlməyə başlayıblar. Halbuki qidaların sutkalıq norma kalorisi artıq olmayıb. Daha sonra araşdırmaçılar gəmiriciləri “fast food” yeməklərindən məhrum edib və onlara normal qida verməyə başlayıblar. Bu zaman siçanlar depressiyaya düşüblər və heç nə yeməyiblər. Bununla da mütəxəssislər insanların uzun müddət “fast food” yeməkləri yedikdən sonra nə üçün sağlam qidaya keçə bilmədiklərini aydınlaşdırıblar. Belə ki, bu cür qidalar insanda siqaret və narkotikdə olduğu kimi zərərli vərdişlər, asılılıq yaradır və insan sağlamlığı üçün ağır nəticələr törədir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla “fast-food”ların insanlarda piylənmə və müxtəlif xəstəliklər yaratdığını təsdiqlədi: “Belə yeməklər daha çox zərərləri ilə xarakterizə olunur. Məsələn, daha çox xolesterinin, istifadə edilən yağların problemli olması ilə yaddaşda qalır. ”McDonald`s" və bu tipli digər yerlərə diqqət yetirsək, görərik ki, kartof çubuqlarını dalbadal eyni vaxtda qaynayan yağa qoyurlar. Bu yağ da səhərdən qaynanmağa qoyulur və ondan axşama qədər dəfələrlə istifadə olunur. Müəyyən edilib ki, yağlar yandıqda xərçəng xəstəliyinə səbəb ola biləcək maddələr əmələ gətirir. Ona görə də bu, çox ciddi məsələdir. Nəzərə alsaq ki, “fast-food”lardan daha çox uşaqlar və gənclər istifadə edirlər, bu çox böyük narahatçılıq doğurur. Bu gün həddən artıq piylənmənin, bəzi xəstəliklərin yaranmasının arxasında bu “fast-food”lar dayanır. ABŞ-da və digər Avropa ölkələrində “fast-food”dan istifadə edən gənclərin daha çox piylənməyə meylli olması və sairə ciddi narahatçılıqdır. Hesab edirəm ki, Azərbaycan reallığında mümkün qədər “fast-food”lardan istifadə olunmaması məqsədə uyğundur. Yaxşı olardı ki, məktəblərin və tələbə şəhərciyinin yeməkxanası bərpa olunsun və insanlar mümkün qədər bu “fast-food”lardan uzaq dursunlar".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Azərbaycan manatı möhkəmləndi
Azərbaycanlılar xaricdə nəyə pul xərcləyirlər?
Dərnəgül bazarının işıqlarını kim kəsdi?
Unikal mirvarilər
2014-cü ilin pərdə modelləri
İnanılmaz: ona 70 yaş vermək olar?
Bergüzar Koreldən ŞOK ADDIM
Tərəvəzli yaşıl şorba (foto resept)
Azərbaycanın "Eurovision 2016"dakı çıxış sırası bilindi
Mübariz İbrahimovun döyüşərək şəhid olduğu post hərbçilərimiz tərəfindən ziyarət edildi - VİDEO
Dağlıq Qarabağda Rusiya sülhməramlıları: Onlar kimlərdir və nə ilə silahlanıblar - SİYAHI
Şokoladlı bananlı keks (foto resept)
2014-cü ilin papaq və şərf dəstləri
"Yaxın vaxtlarda yeni binanın jurnalistlərin istifadəsinə verilməsi nəzərdə tutulur"
Facebook-un yararlı 5 funksiyası
Yanvarın 4-də hamı uçacaq
Ramazanın 16-cı gününün duası
Evliliyinizi "yaxşı"dan "mükəmmələ" çevirəcək 3 yol
Bütün ölkə bu gənci axtarır-FOTO
Azərbaycan dizaynerləri The Most Stylish One mövsümünün trendini təqdim etdilər
Ulduz futbolçu "Yuventus"u tərk etdi - RƏSMİ
Koronavirusa yoluxma riskini artıran yeni bir səbəb
Prezident İlham Əliyev: Azərbaycan Ermənistanın işğal etdiyi 2000 hektar ərazini qaytarıb
"Qalatasaray" Burak Yılmazı satmaq istəyir
Google+ uğursuz alındı
Atanızla yaşadığınız ən xoş və kədərli bir anınız
QİÇS xəstəliyinin müalicəsi tapıldı
Ermənilərlə şiddətli atışma
"Azərbaycan İKT sahəsində dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlib"
İnsanları xilas edəcək robot yaradıldı
100 minlik təzminata qane olmadı-FOTO
Düşüncənin riyazi dili - Münasibət
Azərbaycanlı müğənninin toyu: gəlinə 2 milyon avroluq tac
Mehmet Ali Erbilin gənc sevgilisi var?-FOTO
Hava haqqında - 10.01.2014
Noutbuklar üçün fond yaradılır
Nuradan yeni fotossesiya - FOTO
Ölü qız qayıtdı, xilas etdi, yoxa çıxdı
Dünyanın ən bahalı fotosu satıldı
Azərbaycanda internet asılılığının psixoloji aspektləri öyrəniləcək
Suriyadakı kimyəvi silahların məhvinə özəl şirkətlər də qatılacaq
'Qarlar Ölkəsi' ən çox qazandıran film oldu
Siqaretin satışına qadağa qoyuldu
Möhtəşəm gəlinlik modelləri
Biz anlayaq ki, bizi anlasınlar
Ukraynadakı siyasi böhran ARDNŞ-nin işinə təsir edib?
Ən çox qazanan müğənnilərin reytinqi
Britaniyalı kardioloq dünyanı TƏƏCCÜBLƏNDİRDİ
Rəqsi sevənlər üçün 7 film
Ermənilərin qaçan komandiri - VİDEO
- ŞƏRHLƏR