Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş birinci Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsi keçirilmişdir. Noyabrın 3-də “Four Seasons” otelində müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi təşkil edilmişdir. AzərTAc xəbər verir ki, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev beynəlxalq müsabiqənin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, müstəqil Azərbaycanda şəhərsalmanın əsasını qoymuş ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə memarlıq və şəhərsalma sahəsində böyük nailiyyətlər əldə olunmuşdur. Bu gün də memarlığın inkişaf etdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin önəm verdiyi məsələlərdən biridir. Nazir demişdir ki, Mədəniyyət və Turizm Nazirliyi və Memarlar İttifaqı memarlıq sahəsində qazanılmış bu uğurları əsas tutaraq, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Uğurla təşkil edilmiş bu müsabiqənin iki ildən bir keçirilməsi qərara alınmışdır.
Əbülfəs Qarayev bildirmişdir ki, Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin əsas məqsədi memarlığın inkişafı üçün yeni ideyaların aşkara çıxarılması, bina və tikililərin layihələndirilməsində daha mənalı şəhərsalma, kompozisiya, həcm-məkan həllinin axtarışı, Beynəlxalq Memarlar İttifaqının və Azərbaycan Memarlar İttifaqının yardımı ilə onların gələcəkdə həyata keçirilməsi üçün ideya və layihələrin maksimal müxtəlifliyinə nail olunmasıdır. Müsabiqənin münsiflər heyətinin sədri, Beynəlxalq Memarlar İttifaqının baş katibi Mişel Barmaki çıxışında Azərbaycanın sürətlə inkişaf etdiyini, Bakıda nadir və gözəl memarlıq nümunələrinin olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, beynəlxalq müsabiqə qarşısına qoyduğu məqsədə nail olmuşdur. Bu nailiyyət Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Memarlar İttifaqı və Beynəlxalq Memarlar İttifaqı arasındakı sıx əməkdaşlıq nəticəsində baş tutmuşdur.
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, münsiflər heyətinin üzvüElbəy Qasımzadə rəhbərlik etdiyi qurum adından mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə və Beynəlxalq Memarlar İttifaqının baş katibi Mişel Barmakiyə mükafat təqdim etmişdir. Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi “İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “Həyata keçirilmiş ən yaxşı interyer”, “Həyata keçirilməmiş ən yaxşı layihə”, “Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “Memarlıq sahəsində ən yaxşı nəşr” nominasiyaları üzrə keçirilmişdir. Müsabiqənin mükafat fondu 52 min 500 manatdır. Birinci yerin qalibinə müvafiq nominasiyaya uyğun diplom və 4000 manat dəyərində pul mükafatı, ikinci yerin sahibinə müvafiq nominasiyaya uyğun diplom və 2500 manat dəyərində pul mükafatı, üçüncü yerin qalibinə müvafiq nominasiyaya uyğun diplom və 1000 manat dəyərində pul mükafatı təqdim edilmişdir. Qaliblərə, həmçinin müsabiqənin rəmzi heykəlciyi və müsabiqəyə uyğun diplom təqdim olunmuşdur. Tədbir Azərbaycan incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etmişdir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Rusiya təyyarəsinin qəzaya uğramasının SƏBƏBi bilindi
Dostu necə tapmalı?
Yeni okean yaranacaq - Alimlərdən XƏBƏRDARLIQ
Baş nazirdən qərar: Yeni statusda kolleclər yaradılır - SİYAHI
Hadise və Kaan Yıldırım ilk dəfə şəkil paylaşdı
Dünyanın iri canlıları (FOTO)
Hamı bu dili öyrənəcək
Məşhur alimdən zəlzələ AÇIQLAMASI-"9 bal gücündə"
Tolga doğulacaq körpəsinin adını SƏSVERMƏYƏ qoydu
Kakaolu Dondurma (foto resept)
Ağ Evdən cavab - "Qarabağ Azərbaycanın nəzarətinə qaytarılmalıdır"
2012-ci ilin dəbli gəlinlikləri
Pomidorlu, göbələkli badımcan zapekankası(foto resept)
Şəhid dəfn edildi
Pensiyaçılara şad xəbər: 35 faiz artım olacaq
İngilis dili-Zz
Müxtəlif geyim tərzləri
Aleyna Tilki məhkəməlik oldu
Ledi Qaqanın bu etirafı diqqət çəkdi-FOTO
Gülnar Salmanova vəfat etdi
Başımıza endirilən toxmaq
Şərq komandalarının Avropa "dominantlığı"
Heyvanlar və qorxuları
Ermənilərə xəbərdarlıq edildi
Məşhur aktyor 4 -cü dəfə boşanır
Elnur Aslanov nazirlikdə şöbə müdiri oldu
Məhsəti Gəncəviyə həsr olunmuş sənədli-bədii filmin təqdimatı olacaq
Aramsız yağışlar daşqınlara səbəb oldu
Şərab bilib içdi, üç ildən sonra dəhşətə gəldi-VİDEO
Ermənistanın təcavüzü nəticəsində ziyan çəkənlərə yardım göstərilməsinə başlanıldı - RƏSMİ
Bu şəxslərin maaşı 25 faiz artdı
Üzünüzü güldürəcək şəkillər
Avropa İttifaqı Azərbaycanda xarici donor olması ilə fəxr edir
Tələbə qız bir ilə 90 kq arıqladı
Ən gəlirli biznes sahələri- SİYAHI
Sen Qallen rahibinin əsərindən 3-cü hissə (son)
"Eurovision 2020" təxirə düşə bilər
Putin 14 generalını işdən qovdu
Prezident: “Kəlbəcər rayonun bir hissəsi işğalçılardan azad edilib”
Siqareti atdıqdan sonra bədəndə yaranan dəyişikliklər
Hindistanda 8 nəfəri öldürən pələngin axtarışı aylardır davam edir
Hava haqqında - 09.12.2013
Sevdiyi qıza dövlət sirri verən zabitə həbs cəzası
Günün ulduz falı - 07.08.2013
Mənim sevgi hekayəm
Qartal, dəvə, ilan və digər heyvanlar... - SANKİ CANLIDIRLAR
Azərbaycan peyki Livan telekanallarının yayımına başladı
Festivala bir gün qaldı
Xarakter analizi testi
Toyuqlu tərəvəzli yay yeməyi (foto resept)
- ŞƏRHLƏR