Noyabrın son cüməsindən bütün dünyada yeni il endirimləri başlamasına baxmayaraq, Bakının yalnız 2-3 brend dükanı bu praktikanı tətbiq edir.
ANS PRESS-in əməkdaşının şəhərin tanınmış brend mağazalarında apardığı araşdırma əksər dükanların Azərbaycan sayağı endirimlərə üstünlük verdiyi ortaya çıxarıb. Geyim mağazalarından tutmuş parfumeriya və kosmetika mağazalarınadək bütün ticarət sektorunda elan edilmiş 20 faiz endirim əslində müştəri başı aldatmaqdır.
Ümumilikdə mağazalarda mallara tədbiq olunan endirimlərin faizi çox aşağıdır.Qərb ölkələrində isə bu fərqlidir. Qərb ölkələrində bayram endirimləri noyabr ayının 22-dən, "Qara cümə”adlanan gündən başlayır. Endirimlər zamanı məhsullara 70-80 faiz endirimlər tədbiq olunur. Həmçinin malların üzərindəki yarlıqda onların endirimdən əvvəlki qiymətləri də göstərilir.
“Qara cümə”, yəni yeni il bayramı endirimləri zamanı il ərzində müxtəlif qiymətə olan mallar böyük faizli endirimlər ilə alıcılara təqdim olunur. Buna görə də əhali “qara cümə” gününü səbirsizliklə gözləyir.
Qərb ölkələrindən fərqli olaraq bizdə bəzi mağazalarda tətbiq olunan endirimlər zamanı isə malların əvvəlki qiyməti ilə endirilmiş qiyməti arasında elə də fərq olmur. Əsasən il ərzində yığılan köhnə mallara endirimlər edilir. Bəzi mağazalarda isə endirim zamanı malların qiyməti əvvəlkindən baha olur və daha sonra endirim edilmiş kimi alıcıya təqdim edilir.
Müşahidə zamanı müəyyən oldu ki, mağazaların 80 faizində endirim yoxdur. Bəzi mağazalarda isə vitrində yazılan endirim ilə içəridəki qiymətlər uyğun gəlmir. Həmçinin mağazadakı bütün mallara həmin endirimlər tədbiq olunmur.
Lakin, bununla yanaşı bir neçə mağazadakı 30-50 faiz endirimlər də diqqətimizi cəlb etdi. Həmin mağazalara daxil olduğumuz zaman içəridə də endirimlər mövcud idi. Demək olar ki, həmin mağazalarda hər növ məhsula endirim tətbiq olunub.
Geyim mağazaları ilə yanaşı parfümeriya və kosmetika mağazalarında da bayram qabağı 30 faiz endirim, “1+1,” və s müxtəlif kampaniyalar həyata keçirilir. Belə endirimlər və kampaniyalar alıcıların sərfəli alış-veriş etməsinə şərait yaradır. Lakin bəzi kampaniyalar zamanı bir neçə brendə həmin endirimlər tətbiq olunmur.
Bununla yanaşı digər bir problem mağazalarda endirim zamanı alış-veriş etdikdən sonra hansısa malı bəyənməyib qaytarmaq istəyəndə, endirim zamanı alınan malların dəyişdirilmədiyi, geri qaytarılmadığı da deyilir.
Ümid edirik ki, yaxın zamanlarda qərb ölkələrində olduğu kimi bizdə də kütləvi halda bütün növ və qiymətə olan mallara endirimlər edilər. Bununla da həm insanlar alış-verişini sərfəli şəkildə edər, həm də ki, yaxınlarını bayram ərəfəsində sevindirmiş olar.
XƏBƏR LENTİ
Aybaşı gününü hesablama
Yer kürəsi üçün təhlükə
Erkən yaşlarda qeydə alınan abortlar
İki gün toz-duman olacaq
Bakının mərkəzi yolları bağlanır - SİYAHI
Bakıda mənzil bahalaşıb
Daraqları tanıyaq
Neft yenidən ucuzlaşdı
Sarı saç modelləri kimlərə yaraşır?
Multivarkanın hansı növünü seçək?
Avropa birinciliyindən 6 medalla!
Bu ölkədə kabab yeyənlər dövlətə vergi verirlər
Bakıda qırmızıyaylıq kişilərin parkomat kələyi
Bu ət qaraciyər xərçənginin qarşısını alır
Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
Cansu Dere 10 milyona ev aldı
Şakiranın konsertinə ulduzlar toplaşdı-FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva: "Əsrlər boyu sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən xalqlararası birliyin gücləndirilməsinə səy göstərib"
Dünyanını "lənətləyən" rəssam
Günün ulduz falı
Zeynəb Xanlarovanın yeni görüntüsü-VİDEO
Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb - RƏSMİ
Gülməli heyvan şəkilləri
Alimlər koronavirusdan qoruyan ən yaxşı parça növünü tapdı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Həftənin ilk iş günü hava necə olacaq?
Tək-tənha
Zövqlü ziyafət çantaları
Edamdan 18 il sonra bəraət aldı
Yaponiya kosmosa "zibilyığanlar" buraxacaq
5 yaşında Microsoft mütəxəssisi olan Ayan Qureyşi
Ozan Güvən yeni FOTOsu ilə hər kəsi güldürdü-FOTO
Öküzün ağciyərlərindən hazırlanan dərman koronavirusdan ölümü beş dəfə azaldıb
Kəs və yapışdır-34
Koronavirusa qarşı peyvəndlərin hazırlanması məqsədilə tədbirlər görülür
Rəqəmləri birləşdir-1
Saç tökülməsinə qarşı maska
Gəncədə ölkədə analoqu olmayan ticarət mərkəzi tikilir
"Məşhurların övladı": Misir Mərdanovun qızı kimdir?
Arda millidən çıxarıldı
Azərbaycanda 345,6 min nəfər əlilliyə görə əmək pensiyası alır
Gözlənildiyi kimi çıxmayan sifarişlər
Uşaqlarla əylənməyin yolları-1
İstilər gəlir
Putinin sirli kababı - Prezidentin aşpazlıq qabiliyyəti-FOTO
Məşhur futbolçu baldızının qızı ilə evləndi - FOTO
Məşhur müğənninin oğlu qəzaya düşdü-FOTO
Gübrə ilə yetişdirilən məhsulların ziyanı
Dənizləri gəzən mesaj: "O adam mənimlə əlaqə saxlasın"
Məşhur model 1,4 milyon dollar ödəyəcək
- ŞƏRHLƏR