ANS PRESS-in APA-ya istinadla verdiyi məlumata görə, cavabda ATƏT-in Minsk qrupu kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və davamlı həllinə dəstək ifadə olunub.Cavabda bildirilir ki, Ağ Ev Sərsəng su anbarıilə bağlı AŞPA-da qəbul edilən 2085 saylı qətnamə ilə tanışdır, lakin AŞPA üzvü olmamasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olan istənilən tərəflə fikir mübadiləsi aparmaq imkanlarını yüksək qiymətləndirir:
“Biz tərəfləri təmkinli olmağa, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini özündə əks etdirən hərtərəfli sülh sazişi üzərində dərhal danışıqlara başlamağa çağırırıq. Tərəflərlə davam edən dialoqun bir parçası olaraq biz humanitar məsələlərlə bağlı müzakirələrin də aparılmasına çalışırıq və çalışacağıq. Sərsəng su anbarının idarə olunması və istismarı bunlardan biridir. Biz tərəflərdən olan texniki ekspertlərin idarə olunma və bənd yoxlanmasını müzakirə etməklə bağlı görüşünü alqışlayırıq. Həmsədrlər bu kimi görüşlərə təkan verməyə hazırdır. Uzun sürən bu münaqişənin həlli Azərbaycan və Ermənistan prezidentlərinin siyasi iradəsindən asılıdır. ATƏT-in Minsk qrupu ölkəsi kimi biz regionda sülh və rifahın təmin olunmasında səylərimiz davam etdirəcəyik”.Bununla bağlı APA-ya açıqlama verən petisiyanın müəllifi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov ABŞ Administrasiyasının petisiyada Sərsəng su anbarının hazırkı durumu səbəbindən baş verə biləcək humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi ilə bağlı hissəyə etinasızlıq göstərməsindən təəssüfləndiyini bildirib.
Onun sözlərinə görə, petisiyada faktiki olaraq işğala məruz qalmış rayonlarda, xüsusilə Sərsəng ərazisində yaşayan əhalinin insan hüquqlarının vəziyyəti vurğulanır, Ağ Evin cavabı isə daha çox Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə yönəlib:
“Bu mənada bir faktı təqdir edirik ki, ABŞ Administrasiyası öz mövqeyində Dağlıq Qarabağın separatçı həll yolunu dəstəkləmir və qanunsuz olaraq öz müqəddəratını təyin etməyə imkanı yaratmır. Ağ Ev cavabında Sərsəngin hazırkı vəziyyətinin qurbanları olan insanların əsas hüquqlarına dair mühüm məsələdən yayınır, lakin ABŞ Administrasiyasının Ermənistanın ritorikasına qoşulmamasını yüksək qiymətləndiririk. Şübhəsiz, biz də ən qısa vaxtda Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasını və Ermənistan qoşunlarının geri çəkilməsini istəyirik. Bundan əlavə, ABŞ Administrasiyasının Ermənistanı açıq-aydın təcavüzkar və işğalçı adlandıran bu ifadə formasını təqdir edirik. Dağlıq Qarabağın gələcək statusuna gəldikdə, qeyd edirik ki, həqiqətən də bir çox Avropa ölkəsində olduğu kimi, yerli muxtariyyət səviyyəsi müəyyən edilə bilər. BMT-nin bir sıra qətnamələrində və AŞPA-nın 2085 (2016) saylı qətnaməsində təsdiqləndiyi kimi, Dağlıq Qarabağ işğal edilmiş ətraf rayonlarla birlikdə Azərbaycanın bir hissəsidir və bu, həmişə belə olacaq.
ABŞ Administrasiyası da beynəlxalq qətnamələrə hörmət etdiyindən, Obama Administrasiyası Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini müzakirə edərkən, açıq-aydın Azərbaycanın suveren sərhədləri çərçivəsində yerli muxtariyyət səviyyəsini nəzərdə tutur”.AVCİYA prezidenti əlavə edib ki, Ermənistanın təcavüzkar, Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələrinin nəzarətində olması, Sərsəng bəndinə görə humanitar fəlakətin qaçılmazlığı faktları iki aydan artıq müddətdə Ağ Evin rəsmi saytında qeyd edilib:
“İyirmi ildən artıqdır ki, qərəzli beynəlxalq mətbuat tərəfindən yanlış məlumatlandırılan bütün dünyadan olan milyonlarla insan iki aydan artıq vaxtda bu sayta daxil olaraq ölkəmizə qarşı törədilmiş ədalətsizlik və vətəndaşlarımıza təhdid yaradan konkret təhlükələr və torpaqlarımızın işğalı barədə düzgün məlumat əldə edib. Bu səbəbdən bu petisiya ərazilərimizin işğaldan azad edilməsinə aparan yolda olduqca mühüm və əhəmiyyətli fəaliyyətdir. Bu, Azərbaycanın intellektual mübarizədə mühüm qələbəsidir”.
Mənbəə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
“İlk əvvəl içinizdəki uşağı öyrədin”
Evli kişi olmağın əlamətləri
Yarımçıq işlərlə necə başa çıxmalı? (2-ci hissə)
Məşhur aktyor ata oldu-FOTO
Müəllimdən narazı olan valideynlər nə etməlidir?
Dərketmə gücünü inkişaf etdirmək üçün bunları edin
Ramazan ayının 24-cü gününün imsak və iftar vaxtları
Küçəyə çıxmaq qadağasını heçə sayan vətəndaşların polis görərkən etdikləri - VİDEO
3 addımda Elsa Hoskun gündəlik makiyajı
DÇ-2014-ün simvolik yığması seçildi
Oturaq həyat tərzi xərçəngin yaranmasının başlıca səbəbidir
Pozitiv düşünmək idmandan da faydalıdır
Bakıda daha belə ət ala bilməyəcəksiniz
Bu şagirdlər universitetlərə imtahansız qəbul ediləcək
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Bülent Ersoy vəliəhdini açıqladı - FOTO
Günün qoroskopu:Uğurlu gündür!
Şumaxer ailəsinin səsini eşidəndə ağlayır
Qış xəstəliklərindən necə qorunmalı?
Bütün binanın sakinləri koronavirusa yoluxdu
Qapanma günlərində itləri harada gəzdirmək olar? - RƏSMİ AÇIQLAMA
Fincanda kek (foto resept)
Gənc qadının internetdən verdiyi sifariş hamını təəccübləndirdi - FOTO
Azərbaycanda təhsildə yeniliklə bağlı qanunda dəyişiklik olacaq
Bu domen 3,6 milyon dollara satıldı
Qənaətcil olmaq üçün 5 təklif
Uşaqların sosial-psixoloji inkişafı-22
Sucuq (foto resept)
Romantik gəlinlər üçün çəhrayı gəlinliklər
Gündəlik geyim kombinasiyaları (1)
Qeyri-adi aksesuarlar
Məşhur aktyor öldü
Hadisə 3 aydan sonra bacısı ilə barışdı
Bakıda ayaqyolusu olan avtobuslar işə düşdü
Azərbaycan böhranla üz-üzə
ATƏT-in Minsk Qrupunun bundan sonrakı taleyi - VİDEO
Yer üçün yeni BÖYÜK TƏHLÜKƏ
Azərbaycanda real bilik defisiti: nə qədər ki, diplom önəmli olacaq...
ABŞ Dağlıq Qarabağa dair Vyana görüşünü yüksək qiymətləndirir
Millət vəkilləri süni mayalanmanı müzakirə etdilər
Erməni atalar övladlarının Qarabağa göndərilməsinə etiraz edirlər
55 saat ərzində 60 cərrah əməliyyat etdi - Yeni üz köçürüldü - FOTO
Ronaldo sevgilisinə 615 minlik üzük aldı
Bürcünün həyat fəlsəfəsindən xəbərdar ol
Əkiz hamiləliyin yaranma səbəbi və riskləri
Dünyada bankomat fırıldaqçılığı artıb
Baş infeksionist: “Rayonlarda vəziyyət gərgindir..." - Müsahibə
Günün qoroskopu: Səhhətinizə diqqət edin!
Günün qoroskopu: romantik hisslər istisna deyil
Daha bir şəhidmizin adı bilindi














