Qoç - Çətin olsa da, rutin və cari işlərlə məşğul olun. Sönük, cansıxıcı gündür. Yanınızdakı insanlara qarşı sürəkli iddialar və tələblərlə çıxış etməyin.
Konstruktiv və zəruri saydığınız işləri emosiyalar alt-üst etməməlidir.
Gün ərzində planlaşdırdığınız istiqamətdən sapmayın, yeni işlərə başlamayın.
Baş verənlərə praktiki mövqelərdən yanaşın. Yaşamın bəlirlədiyi işləri görün, çağırışlardan qorxmayın. Şanslardan yararlanın. Tələsməyin, hər işlə bir az məşğul olmayın. Başladığınız işi bitirin.
Axşam saatlarında ailə üzvləri ilə sərt mübahisə etməyin.
Buğa - Baş verənlərə reaksiyanız səbatlı, təmkinli, soyuqqanlı olmalıdır. Gözəl həyata tələbat artır. Amma illüziyalara qapılmayın, təriflərə aldanmayın, vədlərin tələsinə düşməyin.
Eqoist və təşəxxüslü insan təsiri bağışlamayın.
Estetik məcralı işlərlə məşğul olmaq mümkündür.
Axşam saatlarında inadkarlıq etməyin, doğru danışdığınızı hər vəchlə sübut etmək üçün çərçivələri yıxmayın. Həmsöhbətinizin dediklərini eşidin.
Yollarda qəza riski artır. Gözləriniz yorula bilər.
Axşam saatlarını təklikdə keçirin, özünüzü yormayın. Bol ünsiyyətə can atmayın.
Əkizlər - Hadisələrin retro-fazaya daxil olması yaxın insanların motivasiyanı dəyişir. Özünüzdən və başqalarından izafi işlər tələb etməyin. Cari işlərin axarında qalın, heç nəyi tələb etməyin və səhv salmayın.
Görəcəyiniz işlə diqqətlə məşğul olun, fikrinizi yayındırmayın. Fantaziya və illüziyaların əsiri olmayın.
Qarşınıza konkret məqsədlər qoymasanız, sürəkli narazılıq hissinə mübtəla olacaqsınız. İndi bir qədər dayanmaq, görülən işləri dəyərləndirmək imkanı var.
Nə etmək lazım olduğunu dəqiqləşdirin.
Məsuliyyətli işləri təxirə salmayın. Kəmhövsələlik etməsəniz, yaradıcılıq işləri həzz verə bilər.
Xüsusi impulslar iş prosesində yenilənməyə səbəb olacaq.
Xərçəng - Fərqli istiqamətlərdən təzyiqlər hiss edəcəksiniz. Sizinlə bağlı başqalarının gözləntiləri, tələbləri və iddiaları çoxdur.
Yaşam arealınız artıq müdafiə olunmuş məkan deyil. Evdən uzaqda istirahət etmək istəyi yarana bilər.
Sinirləriniz tarıma çəkilərsə, altertnativ qismində interneti seçə bilərsiniz.
Virtual ünsiyyət xeyirli ola bilər. Yardım istəyən insana kömək edin, amma minnətdarlıq gözləməyin. Hər halda minnətdarlıq siz istəyən formada olmayacaq.
Yanınızdakı insanların davranış motivləri dəyişkəndir və emosiyalara məruz qalıb.
Danışıqlarla reaksiyalarda dəqiqlik, müəyyənlik gözləməyin. Sizi gözlənti, həyəcandan qurtara biləcək işlərlə məşğul olun.
Şir - Böyük dəyişikliklər hissini bu günün hadisələrinin kontekstinə sirayət etdirməyin. Məcburi fasilə və ya ləngimə sizə düşünməyə, perspektivləri dəyərləndirməyə, gözləntilər arasında seçim etməyə imkan verir.
İstirahəti unudun, amma səhhətin profilaktikası ilə məşğul olun.
Son həftələrdə qarşılaşdığınız problemləri sistemləşdirərək sizə sürəkli çətinliklər yaradan insanı müəyyənləşdirməyə çalışın. Poçt qutusunda yır-yığış edin, məktublara cavab verin, unutduğunuz insanları xatırlayın, yazışın, sualları cavablayın.
Axşam saatlarında dincəlin, tələskənlikdən imtina edin, artıq hərəkətlərə yol verməyin.
Təbiətlə təmas, səfər, gəzinti xeyirdir.
Yeni maraq yaranacaq. Axşam saatlarında istirahət edin.
Qız - Gərəkli olmayan işlərdən əl çəkin. İndiyədək mübhəm qalan problemlər üzə çıxacaq. Təlaş və əndişəyə yer yoxdur: aktiv olun, qətiyyətlə irəliləyin. Heç nəyi mürəkkəbləşdirməyin.
Həyatınızda onsuz da rəngarəng olaylar yaşanır. İri layihə və ya böyük işləri təxirə salın. Cari proseslə kifayətlənin.
Günün ikinci yarısında maraqlı xəbərlər peyda ola bilər. Ailədəki dəyişikliklər işə, işdəki olaylar isə ailədəki davranışınıza təsir edir. Qüvvə balansını qoruyun, yaşamın müxtəlif aspektlərini nəzarətdə saxlayın.
Məşğuliyyətinizi bölüşmək üçün tərəfdaşınızı dilə tutmayın, ona təsir etməyə çalışmayın. Ünsiyyətin intensivliyini bir qədər azaldın.
Axşam saatlarında ev işləri, fiziki təmrinlərdə fayda var. Boş danışıqlara və mənasız söhbətlərə qatılmayın.
Tərəzi - İşlərinizdə rasional olun, hisslərinizə və emosiyalarınıza nəzarət edin. Mütləq şəkildə başa vurulması gərəkən işlərdə diqqətli olun, emosiyalara uymayın.
Gözləniləndən və ehtimal olunandan daha artıq səviyyədə güzəştə getməli olacaqsınız. Hadisələrə təsir imkanlarınız çox olmasa da, ən yaxşısını istəyirsiniz. Niyyətləriniz də az deyil.
Dəyişikliklərin mahiyyətini anlamağa çalışın. Qərarlarda və hərəkətlərdə aktiv olun. İşdə məlumatlarla fəal çalışın. Maddi məsələlərdə ehtiyatlı, düşünülmüş şəkildə davranın.
Maliyyə məsələlərində tələskənliyə yol verməyin, bədxərclik etməyin.
Münasibətlərin aydınlaşdırılmasına yönəlmiş cəhdləri artırmayın. Ciddi münaqişə, sərinləşmə, qərəzli davranışa imkan verməyin.
Axşam saatlarına yaxın vəziyyət kritik ola bilər.
Əqrəb - Əsla tələsməyin, soyuqqanlı davranın. Sakit və rahat ünsiyyət, informasiya mübadiləsini seçin. Danışıqlara ahəstə müdaxilə edərək həmsöhbətə təzyiq göstərməyin, onun hərəkətlərini yönləndirməyə çalışmayın.
Yanınızdakı və ya iş yerinizdəki insanlardan biri ilə sıx əlaqələr yaratmaq olar. Punktual, dəqiq olun, özünüzü gözlətməyin. Bir sıra məsələlərdə rəqibləri üstələyərək maraqlarınızı təmin edə bilərsiniz.
Sizə sərf etməyən arqumentləri və dəlilləri qulaqardına vurmayın.
Köhnə problemlərin bir neçəsinin yenidən gündəmə gələcəyinə, yaxud da gətiriləcəyinə hazır olun.
Münasibətinə dəyər verdiyiniz insanın dürüstlüyünə şübhə etməyin.
Oxatan - Hadisələrin ritmi sürətlə dəyişir. Tələsmədən, səbirlə çalışın. Olayların yeni dövrü başlandığından fərqli mərhələdə statik davranmayın.
Çoxdan layiq olduğunuz nəsnəni əldə etmək imkanlarınız var. İfrat təşəbbüskarlıq etməyin, ətrafdakı insanlara təzyiq göstərməyin. Təklifləri dinləyin, məlumat toplayın. Tərəfdaşlıq münasibətlərində hər şey yaxşı deyil.
Sizi aldada bilərlər. Axşam saatlarını sizə gərəkli biliklərə və ya təcrübəyə malik insanların arasında keçirin.
Qəfil ideyalar sizi maraqlandıra bilər. Cari işlərdə təkmilləşdirilməyə ehtiyac duyan məqam var.
Oğlaq - Böyük emosional gərginlik içindəsiniz. Sizin diqqət və yardımlarınızla bağlı başqalarının gözləntiləri artdığı üçün hisslər gərilə bilər.
Kəskin qərarlar verməyin, düşünülməmiş addımlar atmayın. Fikir ayrılıqları ilə mübahisələri yoluna qoymaq imkanı var. Müxtəlif şəxslərlə, ilk növbədə qohumlarla dil tapa bilərsiniz.
Günün ikinci yarısında işlərdə dönüş yaranacaq. Bununla yanaşı, pərişanlıq, inciklik və itki də istisna deyil. Dəyərlərinizi qoruyun, oğru və fırıldaqçıların qurbanı olmayın.
Yaradıcılıq axtarışları, sirlərin açılması, izahatlar üçün əlverişli vaxtdır.
Konkret nəticə əldə etməyincə bir mövzudan başqasına keçməyin.
Mühüm məsələ ilə bağlı mövqeyiniz dəyişə bilər. Planlar və ya önəmli şəxslə bağlı gözləntidə yanıla bilərsiniz.
Dolça - Diqqətiniz dağınıq olmasın. Bir işlə məşğul olmaq çətin proses təsiri bağışlasa da, sayıq davranın. Hadisələr ləng inkişaf edir, məqsədə gedən yolda çoxsaylı maneələr yaranır.
İstədiyiniz iş alınmaya bilər. Buna rəğmən, spontan yaranan imkanları qulaqardına vurmayın.
Yanınızdakı insanların hiss və emosiyalarını hiss etsəniz, uğursuzluqları uğura döndərə bilərsiniz.
Planlar və əlaqələrin formalaşması, danışıqlar, müzakirələr, ideyaların təqdimatı üçün yaxşı gündür. Cari problemlərin həlli yatmış yaradıcı potensialınızı oyada bilər.
Bütün bunlarla yanaşı, təlaş və narahatlıq hissləri var.
Səhhətinihə daha çox diqqət ayırın.
Balıqlar - İntuisiyanız güclənəcək. Hadisələrə emosional reaksiya verməyin. Təkbaşına çalışmaq, axınla hərəkət etmək məsləhətdir.
Sizin üçün ən mühüm sayıla biləcək işlə məşğul olun, ikinci dərəcəli işləri təxirə salın. Qəti qərar qəbul etməyə, fikrinizi açıqlamağa tələsməyin. Özünüzü təsdiqləmək üçün yaxın ətrafınızdakı insanlara təzyiq göstərməyin.
Yaxın saydığınız insanlara problemlərinin öhdəsindən gəlməkdə yardım edin. Onların qayğılarını azaldın. Ailə üzvləri və sevdiyiniz insanla münasibətlərdə səxavətli, həssas, anlayışlı olun.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR