Alimlər gələcəkdə dünyada yeni okeanın meydana çıxmasının mümkünlüyü barədə xəbərdarlıq ediblər.
Qadin.Net bildirir ki, bu barədə “NBC News" telekanalı bildirib.
Tədqiqatçıların hesablamalarına görə, təxminən beş-on milyon il sonra - Afrikanın şərq hissəsində tektonik çat yaranacaq, buna görə də qitə iki hissəyə parçalanacaq.
Qitənin bu hissəsi Efiopiyanın Afar regionundadır, hansı ki, üç tektonik lövhənin birləşməsində yerləşir və bir-birindən yavaş-yavaş ayrılır. Regionda tektonik çat 2005-ci ildə yaranıb. Onun uzunluğu indi təxminən 56 kilometr təşkil edir.
"Bu, sizin Yer kürəsində kontinental riftin necə okean rifti olduğunu öyrənə biləcəyiniz yeganə yerdir", - Böyük Britaniyanın Lids Universitetinin professoru Kristofer Mur qeyd edib.
Alimlər güman edirlər ki, təbii hadisə qalxan maqmaya görə artan təzyiqdən meydana gəlib. İndi onlar GPS-ın köməyi ilə tektonik lövhələrin hərəkətini izləyirlər.