
Yay aylarında insanların ən çox sevdiyi istirahət növlərindən biri də dəniz və hovuzlara getməkdir. Bu cür gəzintilərin ən fərqli və maraqlı cəhəti isə təbii ki, qaralmaqdır. Yay aylarında ağ insanların fərqli göründüyünü nəzərə alsaq, bu gün insanların çoxu nə yolla olur-olsun, qaralmağa üstünlük verir.
Əlbəttə, ən düzgün dəri rənginin dəyişmə üsulu təbii günəş şüaları ilə qaralmaqdır. Bu proses uzun bir vaxt alsa da, bu cür qaralmaq daha yaxşıdır. Lakin insanlar, xüsusən qadınlar, tez və asan yolla qaralmağa daha çox üstünlük verirlər. 5 dəqiqəlik və daha effektiv qaralma olan solyari bu zaman demək olar ki, xanımların köməyinə çatır. Buna baxmayaraq, bu cür qaralmanı bəzi həkimlər məsləhət görmürlər. Bu cür tez və daha tünd qaralmanı insan orqanizmi üçün təhlükəli hesab edirlər.
Maraqlı haldır ki, hətta təbii günəş şüaları ilə qaralmaq şansı olan insanlar belə dənizdən öncə solyari ilə qaralmaq üçün müraciət edirlər. Səbəb kimi isə ağ olaraq qara insanların içində gəzməyin olduqca fərqli olduğunu göstərirlər. Halbuki solyari qəbulundan sonra günəş şüalarının qəbulu dərini daha həssas və daha tez qıcıqlanmağa meylli edir. Sağlam və uzunmüddətli qara dəri üçün düzgün günəş şüaları qəbul edilməlidir. Solyari ilə qaralma seans və tətbiq edilmə yerindən asılı olaraq müxtəlif qiymətlərə olur. Bəzi yerlərdə bir seans 5 manat olduğu halda salondan asılı olaraq qiymət 25 manatadək qalxa bilir. Seans müddəti isə 2-5 dəqiqədir. Eynilə günəşdə qaralma effekti verən şüalar insan dərisinin tez bir zamanda 1-2 ton tündləşməsi üçün imkan yaradır. Bu cür qaralma insan sağlamlığı üçün heç də xeyirli deyil, çünki lampalarla tez bir zamanda qaralma dəri funksiyasının pozulmasına səbəb ola bilir.
Terapevt Xatirə İsayevanın sözlərinə görə, təbii üsulla qaralma insan sağlamlığı üçün də xeyirlidir. Belə ki, günəş şüaları altında qaralmaq insan bədənini möhkəm, xəstəliklərə qarşı daha davamlı edir. Məhz bu cür qaralanlar təxminən 7-8 ay qrip daxil olmaqla, bir çox xəstəliklərdən bir növ sığortalanmış olurlar. Solyari ilə qaralma isə nəinki insan orqanizmini möhkəmlədir, əksinə bədən möhkəmliyini daha da azaltmış olur. Çünki normal günəşlənmə zamanı insan bir günə qaralmır, solyaridə isə artıq birinci seansdan effekt üzdə olur: "Ultrabənövşəyi şüaların dəriyə xeyrindən çox ziyanı var ki, bundan da əksər insanlar xəbərdardır. Buna baxmayaraq yay aylarında birbaşa günəş altında günəşlənən insanlar kifayət qədərdir. Bir günəşlənmə müddəti təxminən 10-15 dəqiqə müddətində olmalıdır. Uzunmüddətli günəş qəbulu dəri yanıqları ilə birikdə xərçəng riskini də artırmış olur. Bu, artıq tibbi cəhətdən sübut olunmuş bir haldır. Əslində solyari qəbulu elə də pis hal deyil. Lakin həkim nəzarəti altında olmalıdır. Düzgün qəbul edilən solyari insan orqanizmini möhkəmlədə bilər. İmmun sistemi zəif olan insanlar üçün də solyari müalicə effekti verə bilər. İnsanlar isə solyarini sadəcə estetik baxımdan qəbul edirlər və əksəriyyəti də həkim müayinəsindən keçmir. Təbii ki, istər günəş olsun, istərsə də solyari, hər ikisi insan orqanizminə faydaları ilə birlikdə zərər də verə bilir. Buna görə də hər bir seans dozasında olsa, sağlamlıq üçün daha faydalı olar".
Qeyd edək ki, statistik məlumatlara görə, dünyada hər il 145 minədək solyari istifadəçisi dəri xərçənginə mübtəla olur. Azərbaycanda isə dəb halını alan və durmadan reklam edilən qaraltma qurğularından istifadədə mütəxəssis rəylərini nəzərə almaq vacibdir. Həkimlər hamilə qadınlara, körpəsinə süd verən analara, gözlərində, ürəyində, dərisində, qanında, ciyərlərində problem olan, həmçinin həssas dəriyə sahib adamlara, qan təzyiqi, şəkərli diabet və onkoloji xəstəliyi olanlara solyaridən uzaq durmağı tövsiyə edirlər. Solyari gözlərdə katarakt, dəridə yanıq yarada bilər. Solyari təkcə estetik, kosmetik məqsədlə yaradılmayıb. Onun həm də müalicəvi effekti var. Təəssüf ki, süni qaralmanın effektindən Azərbaycanda istifadə edilmir. Solyari harada yerləşdirilsə, yalnız estetik tərəfinə maraq göstərilir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Harvard qatığın faydasını tapdı
Bakıda tikinti şirkətlərinin gəlirləri açıqlandı
Boşanmanın səbəbləri
Beren Saat və Kenan Doğulunun AYRILIQ SƏBƏBİ
Yumşaq və hamar ayaqlar
Çerri pomidorlu, ətli rulet (foto resept)
Berkay qaldığı oteli məhkəməyə verdi-SƏBƏB
Yeni tədris ilində neçə şagird təhsil alacaq?
Bir neçə gün sonra Azərbaycanda hava soyuyacaq
Zoologiya İnstitutundan Kürdəmirdə tapılan heyvanla bağlı AÇIQLAMA
Dövlət hesabına peşə məktəblərində oxumaq istəyənlərlə bağlı yenilik
Ermənilər Türkiyədəki İncirlik Amerika hərbi bazasını ələ keçirmək istəyirlər
Azərbaycanlı ana və oğlu dünyada necə məşhurlaşdı? - VİDEOREPORTAJ
Uşaqlarınıza çoxlu balıq yedizdirin
Yuxularımızı yönləndirmək mümkündürmü?
Bakıda yeni hava limanı inşa olunur
Məşhur müğənni polislərdən kömək istədi
Demet Akalın bu dəfə Berkayla mübahisə etdi-SƏBƏB
Gözlənilən kimi çıxmayan məhsullar
"Müharibə elan edə bilərik"
İmeda, Süri, Elyamel adlarını qoya bilməzsiniz
“WhatsApp”da yeniliklər edildi
İmtahandan keçə bilməyən namizədlərə şad xəbər- VİDEO
Kağız halva-10
Borderline müalicəsi (Ruhdakı cənnət və cəhənnəm)-1
Sim kartlar tarixə qovuşur - Yenilik
"Qırmızı dəniz" salatı (foto resept)
Demet Şenerdən AÇIQLAMA-FOTO
Milli mətbəxt paytaxtında damaq dadımız yoxlanılır
Kök polislər işdən çıxarılır
Bu qan qrupundan olanların əcdadları İNSAN OLMAYIB-Alim rəyi
Ağıllı və güclü kişilər niyə tənha olur?
Şevval Şam yenidən hakim qarşısında-SƏBƏB
3 ay əvvəl gizlicə boşanıblar-FOTO
Günün ulduz falı
Çin tələbələri bunu da etdilər_FOTO
Məşhur müğənni koronavirusdan öldü-FOTO
Xərçəngli makaron (foto resept)
Corc Buşun qızının toyu oldu-FOTO
Azərbaycanda 1000 kişiyə 1011 qadın düşür
Günün qoroskopu - 23.11.2013
Peyğəmbərin uşaqlığından bəhs edən film nümayişə başlayır
Əsl Çin işi: ev yarıya bölündü, dağıdıldı - FOTO
Bazar gününü gözəl keçirmək üçün tövsiyələr
Putin qızının koronavirusa qarşı peyvəndi sınaqdan keçirdiyini bildirdi - VİDEO
Stress tutmaları zamanı nə etmək lazımdır?
Günün qoroskopu: sərt və aqressiv, davakar olmayın
Hollivud ulduzu: "Çox istərdim ki, Azərbaycana gəlim"
İdman 54 yaşlı qadını ölümcül xəstəlikdən xilas etdi - FOTO
Məzəli portağal















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]