
Abituriyentlər DİN-in xüsusi-həkim komissiyasında müayinədən, habelə fiziki hazırlıq və seçmə komissiyalarında nazirlik tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər oğlanlar üçün: turnikdə dartınma - 6 dəfə; qaçış 100 metr məsafəyə - 15 saniyə və 1000 metr məsafəyə - 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılması - 18 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması - 18 dəfə; qızlar üçün: arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması - 18 dəfə, qaçış 100 metr məsafəyə - 19 saniyə və 1000 metr məsafəyə - 5 dəqiqə 30 saniyə).
Seçmə komissiyalarının vaxtı barədə məlumatlar Daxili İşlər Nazirliyinin www.mia.gov.az internet saytında yerləşdiriləcək.
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı qəbul imtahanlarına buraxılmaları üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilir.
İmtahanlar test üsulu ilə III ixtisas qrupunun fənləri üzrə Azərbaycan və rus dillərində keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə Komissiyanın internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.
DİN-in Polis Akademiyasına qəbul olunmuş abituriyentlər dövlət hesabına yataqxana, geyim forması, təqaüd və yeməklə təmin edilir, təhsil aldıqları müddətdə yataqxanada qalırlar. Akademiyada tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 5 ildir. Akademiya barədə ətraflı məlumat www.pa.edu.az internet saytında yerləşdirilib.
Məzunlara "Hüquqşünaslıq" ixtisası və "Polis leytenantı" xüsusi rütbəsi verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2014-cü ilin aprel və iyul tarixli çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən abituriyentlər DİN-in Polis Akademiyasına qəbul edilmirlər.
DİN-in Polis Akademiyasına qəbul üçün namizədlər daimi qeydiyyatda olduqları ərazi üzrə polis idarəsi, şöbələrinə aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və notariat qaydada təsdiq olunmuş surəti);
- təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd (attestat);
- yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;
- ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notariat qaydada təsdiq olunmuş surəti);
- oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;
- 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).
Ərizə və sənədlərin qəbulu 2014-cü il martın 1-dən aprelin 10-dək hər gün (bazar və bayram günləri istisna olmaqla) saat 1000-dan 1700-dək aparılacaq.
Əlavə məlumat almaq üçün (012) 454-12-78, (012) 590-97-76 telefonlarla əlaqə saxlamaq olar.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Şokoladlı peçenye (foto resept)
Duzlu pomidor (foto resept)
Sezen Aksu səhnə ilə vidalaşdı
iPhone gözləniləndən yaxşı satılır
Aksesuar seçimi necə olmalıdır?
Gülbəndən estetik əməliyyat açıqlaması
Tovuz döyüşlərində Ermənistana silah satılıb? - RƏSMİ AÇIQLAMA
Günün ulduz falı
Dünyanın ən bahalı geyim sahibəsi Beyonce oldu-FOTO
Şaftalı nektarı (foto resept)
Şəhid general-mayor Polad Həşimov dəfn olunur
Hava haqqında - 08.12.2013
Allahın sevimli bəndəsi olaq
2019-cu ilin ən varlı adamları - Siyahı
Almeda Abazi Tolgahanın FOTOsunu paylaşdı
Ronaldo rekordları alt-üst edir
Hazırlaşın: internetdə problemlər yaranacaq
Dəbli gəlinliklər
22 yaşında 6 uşağı var
"Yuxu xəstəliyi" müəmması davam edir
Orta məktəblərdə bu şagirdlərə pul mükafatı veriləcək
Culiya Robertsdən dəyərli məsləhətlər
Gəlin-qayınana problemlərinin səbəbləri
Demet Akalından ərə gedən pərəstişkarına hədiyyə
Bir hərbi qulluqçumuz şəhid oldu, 3-ü yaralandı.
“Taxt oyunları” bu gün ABŞ-ı 3,3 milyard zərərə uğradacaq
Bu il 2020-ci ildən daha qısa olacaq
Bakı fəlakətə yaxınlaşır
Azərbaycanın orta məktəblərində qış tətili başa çatıb
Los-Anceles sakinləri şokdadırlar
“Mad Max” filminin çəkilişləri dayandı
Partlamamış mərmidən Xəzinə Çıxdı-FOTO
Azərbaycanın dövlət bayrağı dünyanın ən hündür beşinci göydələnində dalğalanıb
Dadlı üz maskaları
TƏBİB sədri həyəcan təbili çalır: “Normal həyata dönə bilmirik”
Əlfəcinlərim-2
COVID-19-a yoluxmaqdan şübhələnən zaman nə etməli?
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Merih Demiral Ronaldunu türkcə danışdırdı - VİDEO
Hadisə aqressiv hərəkətləri ilə hamını təəccübləndirdi - FOTO/VİDEO
BÜRCLƏR bizə nə vəd edir?-19 Mart
Üzüm tumunun fizioterapiyaya faydası
Murat Boz Bakıdadır - FOTO
Deputatlar Türkiyəyə getməkdən imtina etdilər
Avropa Liqasının oyunlarına hansı kanalda baxmalı?
Maşın saxlamağı bacarmayanlar
Milli Sevgililər Günü
Şevval Şam yenidən hakim qarşısında-SƏBƏB
Nazir birinciləri təbrik etdi: "Hər birinizə nailiyyətlər arzulayıram"
Qar səbəbindən məktəblər tətilə buraxıldı















- ŞƏRHLƏR