İkincisi “Çünki” növ sevgidir.
Toyotome bu növ sevgini belə tərif edir: “Bu cür sevgide insan, kim olduğu, nəyəsə sahib olduğu, ya da nə isə etdiyi üçün sevilir. Başqa birinin onu sevməsi, sahib olduğu bir nəyəsə bağlıdır. “Misal istəyirsiz?.. “Səni sevirəm. Çünki çox gözəlsən.” “Səni sevirəm. Çünkü o qədər məşhur, o qədər varlısan ki.” “Səni sevirəm. Çünki məni o qədər romantik yerlərə aparırsan ki..”
Yazar, “Çünki” növ sevginin, “Əgər” növ sevgidən daha üstün tutulduğunu izah edir. “Əgər” növ sevgi bir gözləntiyə bağlı olduğundan böyük və ağır bir yük halına gələ bilir. Lakin sahib olduğumuz nəyəsə görə sevilməyimiz çox xoş bir şeydir. Bu növ, olduğumuz kimi sevilməkdir. Insanlar olduqları kimi sevilməyi üstün tuturlar. Bu növ sevgi onlara yük gətirmədiyinə görə rahatlıq verir. Lakin dərin düşündükdə bu növün “Əgər” növdən əsasən çox fərqli olmadığını görərik. Bu növ sevgi də insanlara yüklər gətirir. Insanlar elə hey daha çox insan tərəfindən sevilmək istər. Onu sevdirən xüsusiyyətlər başqa birində daha artıq təzahür edərsə, onu sevənlərin artıq digərini sevə biləcəyi qorxusuna düşərlər. Beləcə həyatlarında sonu olmayan sevgi qazanmaq uğrunda rəqabət başlayar. Ailənin ən kiçik qızı yeni doğulan körpəyə, sinfin ən gözəl qızı yeni gələn qıza, evli qadın isə ərinin gənc və gözəl katibəsinə paxıllıq etməyə başlayar. Belə halda Toyotome soruşur: “Bu növ sevgidə inam duyğusu ola bilərmi? “Çünki” növ sevgi də həqiqi və sağlam sevgi ola bilməz.” Bu cür sevginin inam duyğusu verməməsinin iki başqa səbəbi də vardır. Birincisi, “Görəsən bizi sevən insanın xəyalındakı insanıq?” qorxusu; ikincisi də, “Birdən nə vaxtsa dəyişərəm, insanlar məni sevməzlər” narahatlığı.
Yaponiyada camaşırxanada çalışan dünya gözəli bir qızın üzü partlayan qazanla çirkin hala düşmüşdü. Qızın nişanlısı nişanı pozaraq onu tərk edib, gedir. Ən pisi isə qızın eyni kənddə yaşayan ata-anası artıq çirkin olan qızlarını xəstəxanada ziyarətə edə bilməmişlər. Gözəlliyi üzərində qurulan sahib olduğu sevgi bir gündə yox oldu. Qız bir neçə ay sonra kədərdən dünyasını dəyişir. Yaponiyalı yazıçı bildirir ki, “Cəmiyyətdəki sevgilərin çoxu “Çünki” növdür və bu cür sevgi davamlılıq baxımından insanı hər zaman şübhəyə salır.” Bəs o zaman, əsl sevgi, inamlı sevgi hansıdır?
Və budur, sevgilərin ən gerçəyi! (Təbii ki Masumiyə görə)
Yazıçı bildirir ki, “Üçüncü növ sevgi mənim “Rəğmən” adlandırdığım sevgidir”.
Bu sevgi digər iki sevgidən fərqlənir. Bu növ sevgidə “Kim isə olarsansa əgər” və ya “kim isə olduğuna görə” deyil, “Kim olduğuna rəğmən” sevilirsən. Esmeralda Qvazimodanı dünyanın ən çirkin, ən qorxunc biri olmasına “rəğmən” sevir. Əsil-nəcabətli, yaraşıqlı, zəngin gənc isə Esmeraldanı qaraçı olmasına “rəğmən” tapır.
İnsan dünyanın ən çirkin, ən yazıq, ən səfil biri ola bilər. Lakin bütün bunlara rəğmən sevilə bilər. Ümumilikdə çox dəyərsiz kimi görünə bilər, amma ən dəyərli kimi sevilə bilər. Əlbəttə ki, insanın bu sevgiylə qarşılaşması lazımdır. Yaponiyalı yazıçı bunu “ürəklərin ən çox susadığı sevgi” adlandırır. “Fərqində olsanız da, olmasanız da, bu növ sevgi sizin üçün yemək, içmək, geyim, ev, ailə, var-dövlət, müvəffəqiyyətdən daha önəmlidir.” O, haqlı olduğunu sübut etmək üçün sizə bir sualla ünvanlanır: “Qəlbinizin dərinliklərində düyada heç kimin sizə əhəmiyyət vermədiyini və heç kimin sizi sevmədiyini düşünsəydiniz, yemək, geyim, ev, ailə, var-dövlət, müvəffəqiyyətə olan inamınızı itirməzdiniz? Öz-özünüzə “Yaşamağın nə mənası var?” deyə soruşmazdınız?” Sonra Toyotome davam edir “bu gün həyatımızı davam etdirə bilməyimizin səbəbi “Rəğmən” növ sevgini indi yaşamağımız və ya bir gün bu sevgini tapa biləcəyimizə inamdır.” Hər şeyə rəğmən sevmək və ya sevilmək həqiqətən də çox gözəl və özəldir. Bu gün cəmiyyətdə hər kəsi doyura biləcək bu sevgini tapmaq çox çətindir. Çünki hər kəsin sevgiyə ehtiyacı vardır. Lakin kimdəsə başqasına daha artıq veriləcək sevgi yoxdur. Yaxınımızda olan birinin bu sevgini bizə verməsini gözləyirik. Amma o da eyni şeyi başqasından gözləyir. Masumi Toyotome sözlərini belə tamamlayır: “Dünyadakı ən böyük qıtlıq “Rəğmən” növ sevginin yetərincə olmamasıdır.”
Bəs sizin həyatınızda “Rəğmən” sevdiyiniz neçə insan var?
Samirə Həşimzadə
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
HAVA necə olacaq?-23 Avqust
Valideynlərə müjdə!
Aslı Enverlə Murad Boz ayrılıb
"Həyat" adlı oyun
Məşhur cütlükdən etiraf
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı - VİDEO
Son dəbə uyğun eynəklər
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Brend çanta modelləri
Ev dekorasiyasında aksesuar seçimi
Şirələr və kompotlar
Hülya Avşar AÇIQLAMA verdi
11 iyun Ramazan ayının 5-ci günüdür
Caponata (foto resept)
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Məşhurlar və anaları
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
İçimizi yeyən səhər yeməyi
Fikrət Qoca infarkt keçirdi
Qadına uşaqlıq köçürüldü
Corc Sorosdan böhran xəbərdarlığı
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Şəhid əsgərimiz təltif edildi
Murad Boz TOYUNDAN DANIŞDI
Günün ulduz falı
Çuğundurun faydaları
Düzgün duruş üçün nə etməliyik?
Ancelina Coli ərə gedir
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Uşaqlar üçün saç modelləri
Güləşçimiz beynəlxalq turnirin çempionu olub
HAVA necə olacaq?-26 İyul
Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər
"Ali məktəb məzunlarının 42 faizi iş tapa bilir"
Bilmədiyiniz maraqlı faktlar
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Onun bir xəyalı cahana dəyər
Bədənə qulluq və vannalar
Benzin ucuzlaşa bilər
Pakistan mediası Xocalı faciəsindən yazdı
Meteohəssas insanlara XƏBƏRDARLIQ
- ŞƏRHLƏR