
Daxili Qoşunlardan Trend-ə verilən məlumata görə, Ali Hərbi Məktəbə qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları sırasından seçilirlər.
Abituriyentlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma - 6 dəfə; qaçış - 100 metr məsafəyə 15 saniyə və 1000 metr məsafəyə 4 dəqiqə; qolların üzərində bədənin döşəmədən qaldırılmР°sı - 18 dəfə, arxası üstə uzanmış halda döşəmədən bədənin qaldırılması - 18 dəfə).
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı müsabiqədə iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilir.
İmtahanlar test üsulu ilə, 4-cü ixtisas qrupunun fənləri üzrə, Azərbaycan və rus dillərində keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşmə, imtahanların vaxtı, yeri və digər şərtlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə Komissiyanın internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.
Daxili Qoşunların Ali Hərbi Məktəbinə qəbul olunmuş abituriyentlər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Məktəbdə tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.
Məzunlara müvР°fiq hərbi iС…tisР°slР°rlР° bərР°bər "fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi" ixtisası və "leytenant" hərbi rütbəsi verilərək Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, 2015-ci ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də Daxili Qoşunlarda xidmətə qəbul üçün müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən abituriyentlər Ali Hərbi Məktəbə qəbul edilmirlər.
Daxili Qoşunların Ali Hərbi Məktəbinə qəbul üçün namizədlər Daxili Qoşunların Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4) aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və notarial qaydada təsdiq olunmuş surəti);
- təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması üçün arayış
və ya tam orta təhsil haqqında sənəd (attestatın əsli və notarial qaydada təsdiq olunmuş surəti);
- yaşayış yeri üzrə tibb müəssisəsindən Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması üçün sağlamlıq haqqında arayış;
- ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notarial qaydada təsdiq olunmuş surəti);
- oxuduğu təhsil müəssisəsi tərəfindən Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması üçün verilmiş xasiyyətnamə;
- 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).
Ərizə və sənədlərin qəbulu 2015-ci il martın 1-dən aprelin 10-dək (bayran və bazar günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçiriləcək. Əlavə məlumat üçün
(012)-590-65-07 və
(012)-560-27-00telefonları ilə əlaqə saxlamaq olar.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Aya gedib, orada qalacağıq-NASA
Ərdoğan Quran oxudu - VİDEO
Huawei - 20 milyon smartfona doğru
Qəhvə haqqında hər şey
Milyarder özünə toy etdi: gəlinə 10 milyonluq üzük verildi-FOTO
Ingilis dili - XXXII dərs
İstənməyən qarın üçün tövsiyələr
Avropa Şurası baş katibinin Azərbaycana səfəri təxirə salındı
Dollar yeni müharibəyə hazırlaşır
Ramazan ayının 24-cü gününün duası
Xaçmazda bir gün qaz olmayacaq
Smarfonların bu ziyanını bilmirdiniz
Bədəndəki yaraları sürətli sağaldan təbii üsullar
“Qalatasaray”a şok cəza
20 Yanvar günü elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq
Güllərin gücü
Cəmiyyətdə namusun dərki
Burak Özçivitin tərəf-müqabili bəlli oldu -FOTO
Maraqlı şəkillər
"Hamiləyəm dostlar" - Kənan Doğulu jurnalistləri ələ saldı
Rusiya vətəndaşı olmaq asanlaşdı
Qarabağın ilkin adları
Uşaqları sevirikmi?
Şeyma Subaşı Itır Esenə bu cür CAVAB VERDİ
Konserv məhsulları bədəni vitaminsizləşdirir
Bakıda 5 əlavə ekspres xətt təşkil edilir
GMO məhsullarla bağlı yeni tələblər qoyulacaq
Armudlu şarlott (foto resept)
Yer kürəsi 6 gün qaranlıqda qalacaq
Azərbaycan tarixindən yüz şəxsiyyət-89
Koronavirusla bağlı son STATİSTİKA
15 ildir xəstə anasını belində gəzdirir
İbrahim Tatlısəs onu unudan müğənnilərdən danışdı-FOTO
Payız pəhrizi necə edilər?
Ermənilərdən türklərə yeni təxribat: 1,5 milyon
Ərdoğan Obamadan Güləni istəyəcək
Cəbhədən son xəbər
Hovuzda üzərkən gözlərinizi infeksiyadan qoruyun
Azərbaycanda siqaretin qiyməti qalxdı
Siyasətə yumurta da qarışdı
Bu ərazidə qaz olmayacaq
Misir ehramlarını tikənləri niyə gizlədirlər?
Ağlagəlməz oğurluq üsulu kameralarda - VİDEO
Pensiyaçıların NƏZƏRİNƏ!
Bakının tozda boğulan sakinləri...
Ebru Şahin məşhur basketbolçu ilə sevgilidir-FOTO
Acun qəzaya düşdü - FOTO
"Bizim Qadin.Netlilər serialı" (5-ci bölüm)
2017-ci ilin Türkiyə gözəli
Evinizdə kitablara yer açın















- ŞƏRHLƏR