ANS PRESS-in məlumatına görə sentyabrın 25-də qoşunların təmas xəttində qarşı tərəfin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib.
Ermənistan hərbi birləşmələrinin iriçaplı silahlardan, eləcə də 82 millimetrlik minaatanlardan istifadə etməsi nəticəsində Silahlı Qüvvələrimizin bir nəfər hərbi qulluqçusu əsgər Məmmədov Elşən Vaqif oğlu şəhid olub, 3 hərbi qulluqçumuz yüngül qəlpə yaraları alıb. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri kafidir.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir. Bildiririk ki, şəhidlərimizin qanı həmişə olduğu kimi, bu dəfə də yerdə qalmayacaqdır.
Silahlı Qüvvələrimizin bölmələrinin Ermənistan bölmələrinə qarşı güc tətbiq etməklə həyata keçirdiyi adekvat tədbirlər zamanı onlara endirilən raket-artilleriya zərbələri nəticəsində qarşı tərəfin 4 hərbi qulluqçusu məhv edilib və 16 nəfərədək yaralısı var.
Onlardan 10 nəfəri ağır vəziyyətdədir.
Erməni mətbuatının məlumatına görə, ötən gün qoşunların təmas xəttində qeydə alınan qarşıdurma zamanı hərbi qulluqçular Norayr Xaçatryan (1995-ci il təvəllüdlü), Robert Mkrtçyan (1995), Arut Akopyan (1997) və Karen Şaginyan (1997) həlak olublar.
Son sutka ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini ümumilikdə 102 dəfə pozub.
Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir, qarşı tərəfin istənilən hərəkətinin qarşısı daha üstün silahlar tətbiq edilməklə qətiyyətlə alınır.
Müdafiə Nazirliyi bir daha bildirir ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Ermənilər Los-Ancelesdə yerləşən türklərə məxsus restorana hücum ediblər - VİDEO
Ruh sağlamlığını qoruyaq
İmmunitet sistemini gücləndirən qidalar
Hollivud ulduzu: "Çox istərdim ki, Azərbaycana gəlim"
"Santa-Barbara"nın aktyorları 24 il sonra - FOTO
Ağdam həkimləri məcburi köşkünləri müayinə edir
"Məni tək burax" sviteri
Sevgililəri kimi görünməyi sevən Bred Pitt
Bakıda partlayıcı oyuncaqlar
Şəhid gizir Yaşar Babayevin yeni doğulan qızı - VİDEO
Məşhur aktrisa jurnalistləri hədələdi-SƏBƏB
Günün qoroskopu - 19.11.2013
Nazirlikdən avtomobillərlə bağlı açıqlama
Bina üzlükləri təcili sökülür
Dünyanın ən yaşlı insanının yaşam sirri
Diordan çanta kolleksiyası
Zara Bakıdadır!
Demet Akalının yeni mahnısı plagiat çıxdı - VİDEO
Koronavirusa görə Moskva metrosu işləməyəcək? - Mer açıqladı
Azərbaycan tarixindən yüz şəxsiyyət-89
Şagirdlərin qiymətləndirilməsi ilə bağlı yeni layihə hazırlandı - RƏSMİ
Hava haqqında
Şumaxer ailəsinin səsini eşidəndə ağlayır
Şəkər xəstəliyini əməliyyatla müalicə etmək olacaq
"Qarabağ" UEFA-ya rəsmən şikayət etdi
Real görünən rəsmlər
2018 qış sezonu trendi - qızılı sarı
Sabahın havası - XƏBƏRDARLIQ
Rusiya bayrağı tapdandı
Bakıda yeni qadağa
2013-cü ilin dəbli çimərlik çantaları
Tavada "Lahmacun" (video-resept)
Bunlar səhvən icad olunub
Putinə ağır zərbə vuruldu
Dünyanı heyrətləndirən fırldaqçı-FOTO
Ən balaca evlər
İti xilas etmək üçün avtomobilin şüşələrini qırdılar – VİDEO
Doğuşdan sonra depressiya
Məşhur müğənni ərə gedir-FOTO/VİDEO
BÜRCLƏR bizə nə vəd edir?-1 Yanvar
Azərbaycanda aprelin 4-dək qeyri-iş günü elan edildi
Orqanizmdə kalsium çatışmazlığını bildirən əlamətlər
Doğulan körpələrin çoxu oğlandır
“Haber Global” şəhid polkovnik Babək Səmidli haqqında süjet hazırladı - VİDEO
Bakı bulvarında bayram sürprizi
Meyvə-tərəvəz buketləri
DYP rayonlara getmək istəyənlərə müraciət etdi
56 yaşlı Səda Sayan FOTO paylaşdı
İxtiraçılar saqqızı diaqnostik testə çeviriblər
Regionlara gediş-gəliş test verməklə mümkün ola bilər? - AÇIQLAMA














