Microsoft şirkətinin Yaponiya üzrə şöbəsi 1 ay ərzində keçirilmiş 4 günlük iş həftəsinə keçid təcrübəsinin nəticələrini təqdim edib. Məlumatda qeyd olunub ki, 4 günlük iş həftəsinə keçid nəticəsində işçilərin məhsuldarlıqları artıb.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, sözügedən təcrübə Work Life Choice Challenge 2019 Summer proqramı çərçivəsində avqust ayında keçirilib.
Beləliklə 1 ay ərzində Microsoft-un Yaponiya üzrə şöbəsinin 2300 əməkdaşı həftənin cümə gününü əlavə istirahət günü kimi əldə edib. Yəni işçilər həmin gün çalışmayıblar. Bununla belə şirkət bunun müqabilində işçilərin maaşlarını kəsməyib və onların illik məzuniyyətlərindən həmin günləri çıxmayıb. Nəticədə şirkətin Yaponiya üzrə şöbəsi keçirilmiş təcrübəni uğurlu adlandırıb və onun təkrar olunmasında maraqlı olduğunu bildirib. Bu təcrübənin əsas nəticələri isə aşağıdakı kimidir:
- 2018-ci ilin avqust ayındakı göstəricilər ilə müqayisədə bu lin avqust ayında bir işçi üzrə hesablanan satış göstəriciləri 39.99% yüksəlib.
- Vaxtın qənaət olunması üçün şirkət iş görüşlərinin keçirilməsinə fərqli cür yanaşıb. Belə ki, müzakirələrin çox hissəsi online formatına, görüşlərin özləri isə 30 dəqiqə formatına keçirilib.
- Həftədə 4 gün işləyən əməkdaşlar 25.4% daha az istirahət günləri götürüblər.
- Elektrik enerjisi sərfiyyatı 23%, kağız sərfiyyatı isə 58% aşağı düşüb.
- Bu təcrübədə iştirak etmiş əməkdaşların 92.1%-i bildirib ki, onlar 4 günlük iş rejimindən razı qalıblar. Bəzi əməkdaşlar isə etiraf ediblər ki, cümə günündə bütün dünyanın çalışdığı bir vaxtda onların həmin gün istirahət etmələri onlara bir qədər ağır gəlib.
Qəbul olunmuş vaxtdan artıq çalışmaq Yaponiyanın iş mədəniyyətinin əsas problemlərindən biridir. Hökumətin məlumatlarına əsasən 2016-cı ildə şirkətlərin əksəriyyəti öz əməkdaşlarından ayda 80 saatdan çox çalışmağı tələb etmişdilər. Yaponiyanın səhiyyə və əmək nazirliyinin məlumatlarına əsasən 2018-ci ildə təyin olunmuş vaxtdan çox çalışma nəticəsində 190 insan vəfat etmişdi. Onlardan bəziləri isə suiqəsd ilə həyatlarına son qoymuşdular. Bu ilin aprel ayında Yaponiyada qüvvəyə minmiş qanun ayda 45 saatdan, ildə isə 360 saatdan çox çalışmanı qadağan edir. Bu normanı pozan biznesə isə 2800$ dəyərində cərimə təyin olunur
XƏBƏR LENTİ
Azərbaycanlı polis qadın hər kəsi heyrətləndirdi -VİDEO
Obama ailəsi Ağ Evdən bura köçür - FOTO
Bakı bazarlarında yeni bahalaşma
Sezonun trendi: Yumşaq dəri
Dəblə geyinən xanımlara ziyafət çantaları
Simmetrik çevrələr
Əhaliyə xəbərdarlıq olundu - Güclü istilər...
Televizor uşaqların inkişafına mane olur
Parisdə Novruz bayramı qeyd olunub - FOTO
HAVA necə olacaq?- 12 fevral
"Yalançı" göz yaşları
Erməni təxribatı bitmək bilmir: mövqelərimiz atəşə tutuldu
Bu şəxslər kommunal xərclərdən azad edildi
Dünya şöhrətli fotoqrafın 28 illik arzusu çin oldu: “Azad Şuşada ilk çay...” -
DTX rəisi Şuşa şəhərinə gedib - RƏSMİ
Azərbaycana əlilliyi olan sərnişinlər üçün xüsusi avtobusların gətirilməsinə başlanılıb
Saçların tez yağlanmasının səbəbləri
Xalq artisti İlham Əsgərov vəfat edib
Receb İvediyin 100 minlik dekorasiyası dağıldı
Hava haqqında
Səhvən hesabına daxil olan 120 min dolları xərclədi - Məhkəmə
Körpə ağlamağında gizlənən fayda
Məşhurlara məxsus bahalı üzüklər
Hamilə qadınlardan gözlənilməz hərəkət
Burada artıq 2020-ci ildir
Koronavirusun qulaqlara təhlükəli təsiri
BÜRCLƏR bizə nə vəd edir?-15 Avqust
11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının nəticəsi elan olundu
Uşaq şeirləri
Emindən yeni KLİP-VİDEO
Kredit kartları cibimizə zərər, yoxsa fayda verir?
Ermənilər Şahbulağı da saxtalaşdırdı: Qalaya xaç işarəsi vuruldu - RƏSMİ + FOTO
Birinci xanım Mehriban Əliyevaya Veliko Tırnovo şəhərində fəxri vətəndaş və fəxri doktor diplomları təqdim edilib
Dünya əhalisinin yarısı yox olsa, nə baş verər?
Müge Anlı onları geridə qoydu
Nəhəng qeyri-adi dəniz canlısı aşkarlandı-FOTO
Putin İlham Əliyevə məktub göndərdi
Hər kəs BU GÜNÜ GÖZLƏYİR: sabah başlayacaq və...
Qan vermək haqqında
Məşhur aktrisanın son halı TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Birinci qadın öləcək...
İran və Azərbaycan arasında altı ay ərzində ticarət mübadiləsi 285 milyon dollar təşkil edib
Zeynep Bastık toyunu növbəti dəfə təxirə saldı
BÜRCLƏR bizə nə vəd edir? -15 MAY
Uşaqlarda zəhərlənmə əlamətləri və ilk yardım
Yağış yağacaq
Prezident müğənni ilə bağlı sərəncam imzaladı
Obama azərbaycanlı tələbəni mükafatlandırdı
Zerrin Özer bir daha məhkəməyə müraciət etdi
Buxar maskasının faydaları















- ŞƏRHLƏR