Qeyd edək ki, dünyanın bir çox ölkələri uşaq zorakılığına qarşı öz qanunvericiliklərinə bir çox müddəalar daxil etməkdə davam edirlər. Belə ki, 2009-cu ildə Avropa Şurası üzv dövlətlərə müraciət edərək uşaqlara qarşı ölkələrdə cismani cəzanı qadağan edən qanunun qəbul olunması ilə bağlı tövsiyələr irəli sürüb. 2012-ci ildə BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan hökumətinə tövsiyəsində uşaqlara qarşı cismani cəzaları qadağan edən qanunun qəbulu da yer alıb. 2009-cu il ölkə prezidentinin sərəncamı ilə Azərbaycanda “Uşaq ili” elan olunub və bu çərçivədə Ombudsman Aparatı tərəfindən belə bir qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim edilib.
Sosial problem
Keçən il Rusiyanın bir neçə şəhərində aparılan sorğular uşaqlara qarşı müxtəlif zorakılıq hallarını üzə çıxarıb. Araşdırmalar hər üç nəfərdən birinin uşağına qarşı sərt davrandığını müəyyən edib. Respondentlərin bir qismi uşaqlara qarşı törədilən zorakılıqların situasiyadan asılı olduğunu qeyd etsə də, bəziləri uşaqlara qarşı fiziki zorakılığın mümkünlüyünü vurğulayıb. Valideynlərin çoxu uşaqları qayışla döydüklərini bildirib. Uşaqlarını sözlə başa salan valideynlər isə cəmi 14 faiz təşkil edib.
"Hər hansı bir valideynin uşağına qarşı zorakılıq etdiyi səhnənin şahidi olarlarsa, necə davranarlar?" sualına respondentlərin çoxu "Valideynlər özləri öz uşaqları ilə necə rəftar etməyi daha yaxşı bilirlər" cavabını veriblər. 70 faiz iştirakçı isə vəziyyətə müdaxilə edərək uşağa kömək etməyin lazım olduğunu qeyd edib. Hazırda ölkədə qəbul edilən qanunlar uşaqların müdafiəsi istiqamətində mühüm addımlar atmağa məcbur edir. Belə ki, törədilmiş zorakılığın dərəcəsindən asılı olaraq valideyn cinayət məsuliyyətinə cəlb edilə və ya valideynlik hüququndan məhrum oluna, həmçinin onun valideynlik hüququ məhdudlaşdırıla bilər. Eyni zamanda, valideynə qarşı inzibati tənbeh tədbirləri görülə bilər.
Hazırda Rusiya və digər ölkələrin qanunlarında yer alan müddəalar bizim Milli Məclisdə müzakirəyə çıxarılacaq yeni qanun layihəsinin müddəaları ilə üst-üstə düşür. Uşaqlara qarşı ideal davranışı ilə fərqlənməyən bizim cəmiyyətdə isə yeni qanun layihəsinin müzakirəsi birmənalı qarşılanmır.
İcra mexanizmi olmalıdır
Uşaqlara qarşı zorakılığın sosial problemə çevrildiyini bildirən Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirovun fikrincə, ümumiyyətlə, heç bir ailədə uşaqlara qarşı fiziki və mənəvi zorakılıq olmamalıdır: "Belə çıxır ki, qanun yox idisə, onda uşaqlara qarşı zorakılıq etmək olardı. Bu da düzgün deyil. Əslində, Azərbaycan qanunvericiliyi uşaqlara qarşı heç bir halda zorakılığa yol vermir. Cəmiyyətin hər bir üzvü, o cümlədən valideyn uşağa qarşı məsuliyyət daşıyır". Liqa rəhbəri hesab edir ki, yeni qanun qəbul olunsa belə, o qədər işlək olmayacaq: "Valideynlər uşaqlarını döyürlərsə, yenə də onlara qarşı kobud davranacaqlar. Yoxsa valideynləri həbsxanaya salmayacaqlar ki... Bizdə valideynlərin 90 faizi uşaqlarını döyür. Əvvəlcə elə şərait yaratmaq lazımdır ki, valideynlər uşaqları döyməsinlər. Biz isə əvvəlcə qanunu qəbul edirik, sonra şərait haqqında düşünürük. İlk növbədə qanunun mexanizmi olmalıdır. Bir çox xarici ölkələrdə uşaqlarına qarşı zorakılıq edən valideynləri valideynlik hüququndan məhrum edirlər. Dövlət də həmin uşağın saxlanması üçün tədbirlər həyata keçirir. Biz isə bu işi qurmamış qanun layihəsi haqqında düşünürük. Onların hamısını nə valideynlik hüququndan məhrum etmək olar, nə də həbsxanaya salmaq olar. Ona görə bəzi qanunlar kimi bu da kağız üzərində qalacaq”.
Azərbaycan QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyev isə hesab edir ki, belə bir qanun zamanın tələbidir: “Hazırda ölkəmizdə uşaqlar müxtəlif zorakılığa məruz qalırlar. İstər ailədə, istər cəmiyyətdə və s. Bu baxımdan belə bir qanunun qəbulu zəruridir. Burada həm məsuliyyət məsələsi önə çıxır, həm də xidmətlər məsələsi önəmlidir. Uşaqların zorakılıqdan qorunması üçün real icra mexanizminin yaradılması zəruri idi. Yəqin ki, yeni qanun bunu tənzimləyə bilər. Ancaq qanunun qəbul edilməsi işin bir hissəsi olacaq. Əsas vacib məqamlardan biri qanunun icra məsələsidir. Əgər ən gözəl qanun qəbul olunub işləmirsə, onun səmərəsi olmayacaq”. N.Quliyevin fikrincə, qanunun qəbul edilməsi ilə bağlı uşaq müdafiə sisteminin gücləndirilməsinə ehtiyac var: “Bu, xüsusən rayonlarda işləyən komissiyalara aiddir. O cümlədən uşaq polis inspektorlarının, psixoloqların, sosial işçilərin fəaliyyəti güclənməlidir. Zorakılığa məruz qalan uşaqlar üçün icma mərkəzləri olmalıdır. Bu qanunun işləyəcəyi təqdirdə, belə mərkəzlər olmadan zorakılığa məruz qalan uşağı müvəqqəti də olsa ailədən təcrid edə bilməyəcəyiksə, həmin uşaq heç yerə müraciət etməyəcək. Çünki o biləcək ki, qaynar xəttə zəng etsə belə, yenə də valideyninin yanında qalacaq. Bəlkə sabah ona qarşı daha ağır zorakılıq davam edə bilər. Bu baxımdan, reabilitasiya mərkəzlərinin geniş yayılması vacibdir”.
N.Quliyev bütün bunlara görə hesab edir ki, qanunun uğurlu icrası da zamanın tələbidir: “Yəni bu, sənəd üzərində qanun olmamalıdır". Valideynlərin öz övladlarına qarşı zorakı davranışına gəlincə, N.Quliyev qeyd etdi ki, bu məsələdə peşəkarlıq çox vacibdir: "Uşaq məktəbə gələndə müəllimi və psixoloq peşəkar olmalıdır ki, onun davranışından, xarakterindən zorakılığa məruz qalıb-qalmamasını müəyyən edə bilsin. Əgər valideyn uşağına qarşı mütəmadi işgəncə törədirsə, demək, burada cinayət tərkibi var”.
8000-dən çox müraciət
Uşaq Qaynar Xətti ilə əlaqə saxlayıb daxil olan müraciətlərlə maraqlandıqda, maraqlı faktlarla qarşılaşdıq. Mərkəzə uşaqlara qarşı edilən zorakılıqla bağlı təkcə Bakıdan deyil, bölgələrdən də şikayətlər daxil olur. Belə ki, yarandığı 4 ilə yaxın vaxt ərzində qaynar xətt xidmətinə 8000-dən çox müraciət edilib. Müraciətlər arasında qızlar tərəfindən daxil olan zənglər çoxluq təşkil edir. Xidmətin psixoloqu Günel Qiyasova “Kaspi”yə açıqlamasında bildirdi ki, uşaqlar əsasən zorakılığın müxtəlif növləri ilə - fiziki, psixoloji, cinsi, etinasızlıqla bağlı müraciət edirlər: “Müraciət edənlər bu kimi halların zorakılıq olduğunu qəbul etməsələr də, daxil olan zəngləri araşdırarkən zorakılığın etinasızlıq növünə daha çox rast gəlinir. Belə ki, valideynləri tərəfindən sevgi hissi verilməyən, qayğıya ehtiyacı olan və diqqətdən kənarda qalan uşaq və yeniyetmələr zorakılığın etinasızlıq növü ilə qarşılaşmış olurlar”.
Mərkəzdə ilkin olaraq daxil olan müraciət dinlənilərək araşdırılır, qiymətləndirmə aparılaraq problemin hansı sahəni əhatə etdiyi müəyyənləşdirilir. Daha sonra problemdən asılı olaraq, psixoloq, hüquqşünas və ya sosial işçi tərəfindən telefon vasitəsilə yardım göstərilir. Telefon konsultasiyasına ehtiyac olan psixoloji narahatlıq qaynar xəttin psixoloqu tərəfindən analiz edilir, müəyyən psixoloji tapşırıqlar verilir və problemin aradan qaldırılmasına yardım olunur. Belə ki, zorakılıq faktı ilə zəng daxil olursa, müraciət edən şəxsin razılığı ilə Ümidli Gələcək Gənclər Təşkilatının xidmət mərkəzi olan Zorakılığa Məruz Qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinə yönləndirilir. Mərkəzin məlumatına görə, deviant davranışlı, cinayət törətmiş və ya cinayət törətməyə meyilli uşaqlarla bağlı müraciət daxil olduqda, Ümidli Gələcək Gənclər Təşkilatının xidmət mərkəzi olan Baxımsız və Hüquq Pozuntusu Törədən Uşaqların Sosial Reabilitasiyası və Sosial Hüquqi Xidmətin Təşkili Mərkəzinə yönləndirmə həyata keçirilir.
Döyülən və döyən uşaq
Təbii ki, uşağa qarşı istənilən sərt münasibətin ağır sonluqları qaçılmazdır. Ancaq bunların hamısını birləşdirən bircə nəticə var: sağlam uşağı zədələmək və ya onun həyatı üçün təhlükə. Psixoloqlar hesab edir ki, fiziki travma, xəsarət, kəskin psixoloji pozuntu istənilən aqressiyanın nəticəsidir. Bu cür uşaqlarda həmişə ağır depressiya və natamamlıq hiss olunur. Bəzən ailələrdə baş verən zorakılıq hadisələri ilə bağlı uşaqlar özləri də polisə şikayət etməyə qorxurlar. "İstənilən ev yetimxanadan yaxşıdır" deyə onlar hətta mərhəmətsiz valideynlərini itirməkdən çəkinirlər. Psixologiya Mərkəzinin psixoloqu Günel Məhərrəmova deyir ki, ailədə normal mühit hökm sürəndə, valideyn-övlad münasibətləri qaydasında olanda, cəmiyyətə layiqli övlad da yetişir: "Bizim dəyərlərə görə belə qəbul edilir ki, uşağın çayını, yeməyini verdinsə, iş bitdi. Amma uşağın inkişafı, sağlam psixoloji mühitdə böyüməsi, gələcəyi mühüm amildir. Xarici ölkələrdə uşağın üzərinə qışqıranda, ona hər hansı cəza veriləndə məhkəməyə müraciət edirlər. Əgər valideynlər uşağa fiziki təzyiq göstərirlərsə, demək özləri zəifdirlər. Yəni onlar istədikləri bir şeyi uşağa düzgün başa sala bilmirlər. Bəzən valideynlər kiçicik bir səhvdən ötrü uşaqları döyür, təhqir edirlər. Onları başqası ilə müqayisə edirlər. "Filankəsin uşağı belədir, sən niyə belə deyilsən" sualını valideyn ilk növbədə özünə verməlidir”. Psixoloqun fikrincə, ailədə döyülən uşaqlar gələcəkdə ailə başçısı olanda öz uşaqlarına eyni münasibəti göstərirlər. Belə ki, bu günün uşağını döymək sabahın döyən valideynini yetişdirməkdir: “Fiziki zorakılığa məruz qalan uşaqların gələcəkdə həyatlarında çox böyük problemlər olur. Onlar aqressivləşir, başqası ilə yüksək tonla danışır, kobudluq göstərir, təhqiramiz fikirlər işlədirlər. Uşaq vaxtı gördükləri təzyiqlər gələcəkdə onlar üçün travmasız ötüşmür. Valideyn başa düşməlidir ki, uşaq onun əşyası deyil. Onun borcu övladını yüksək səviyyədə tərbiyə etmək və cəmiyyətə çıxarmaqdır”. Psixoloqun fikrincə, Azərbaycan ailələrində ən çox problem uşağın yeniyetmə dövründə yaşanır. Belə ki, müasir dövr, internet həm uşaqlarda, həm də valideynlərdə aqressiya yaradır.
Ekspertler hesab edirlər ki, bu istiqamətdə cəmiyyətdə maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac var. Yəni valideynlər "öz uşağımdır, özüm bilərəm necə rəftar edirəm" fikrindən birdəfəlik əl çəkməlidir. Cəmiyyətin digər sferalarında isə mərhəmət üçün yalnız yazılı qanunların qəbulu gözlənməməlidir.
Mənbə: Kaspi.Az
XƏBƏR LENTİ
Koronavirusla bağlı son vəziyyət açıqlandı
İri ticarət mərkəzlərinin aqibəti necə olacaq?
Uşağın cinsiyyətini öyrənmək istəyən cütlük ŞOK YAŞADI
Məşhur futbolçunun qabırğası sındı
Burak Özçivitin filminə qadağa qoyuldu-FOTO
Bu gün ixtisas seçimi başa çatır
Müxalifət Paşinyana istefa üçün vaxt qoydu
Qanunsuz tikilmiş evlərin qeydiyyatı bizə nə verəcək?
Qorxulu film izləməklə arıqlaya bilərsiniz
Bakıda 10В°- dək isti olacaq
Shakira öz əl işini təqdim etdi
Permdə doğulan Ömər Xəyyam
"Bobbi"nin ulduzu Rişi Kapur öldü-FOTO
Azərbaycanda Facebook-a maraq azalıb
Hindistan tarixində ilk dəfə
Körpənin yuxuya rahat getməsi üçün tövsiyələr
Minsk qrupu Nalbandyanla Dağlıq Qarabağ nizamlanmasını müzakirə edib
Artıq çəkidən azad olmaq üçün 8 qızıl qayda
Koronavirusa yoluxan ən kiçik xəstə sağaldı-FOTO
Hər ay bir şəhzadəyə çevrildi
Beyonsenin konsertində zal boş qaldı-FOTO
Doğma kəndim - Baş Küngüt
Kompüter oyunlarını sevənlərə bəd xəbər
Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etdi
Bu gün Aşuradır
Hulusi Akar Qarabağda anlaşma barədə: “Türkiyə həm masada, həm də ərazidə olacaq”
Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ad günüdür
Prezident İlham Əliyev: “...əlimizdən gələni edəcəyik”
Almaniya kuboku: Türk futbolçu matçın qəhrəmanı oldu, "Bavariya" qalib gəldi
Azərbaycanda sahibkarlar bu xərcdən azad edildi - QƏRAR
Azərbaycanda müəllimlərin işə götürülməsi üzrə elektron ərizələrin qəbulu başlanır
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Dəri çatlarının qarşısını necə almalı?
"Coca-Cola"nın "gücü"
Banklara xəbərdarlıq etdi
Qış aylarında dəri baxımı
Yasəmən gülü və faydaları
Düşmən təəccübləndirdi: cəmi 26 dəfə?
Körpə doğulandan sonra hansı qurban kəsilməlidir?
BenQ bazara qayıtdı
Kimə qırmızı kürü yemək olmaz?
Ən çox gəzən turist
Onların da geyimləri var
Ordumuz ermənilərə daha bir zərbə
Mehriban Əliyeva Xalq artistinə avtomobil HƏDİYYƏ ETDİ - FOTO
"Ermənistan rəhbərliyindəkilər, sanki, başqa planetdən gəliblər"
Azərbaycan valyuta bazarının həftəlik icmalı
Yaxşı işləyib tez qocalmamaq üçün nə edək?
İnsanların mənfi enerjisindən necə qorunmalı?
Jurnalistin ölümünə prezidentdən reaksiya
- ŞƏRHLƏR