
Sosial sığorta və pensiya sisteminin inkişafı bu sahədə tərəfdaşların aktiv iştirakından birbaşa asılıdır.
Bu gün Azərbaycanda Amerika Ticarət Palatasının təşkilatçılığı ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyevlə işgüzar görüş keçirilib. Görüşdə ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin, biznes qurumlarının nümayəndələri iştirak ediblər.
Milli.Az xəbər verir ki, Fondun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, tədbirin rəsmi hissəsində çıxış edən DSMF-nin sədri Fondla Palata arasında çox səmərəli əməkdaşlıq ənənələrinin olduğunu vurğulayaraq bildirib ki, bu əməkdaşlıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi köklü islahatlar nəticəsində reallaşdırılan açıq hökumətin təşviqi tədbirləri və ölkəmizdə müasir əsaslı korporativ sosial məsuliyyət mexanizmlərinin formalaşması nəticəsində daha da inkişaf edib.
DSMF sədri qeyd edib ki, 2003-2013-cü illərdə həyata keçirilən islahatlarla Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlılığını təmin edən müasir sığorta-pensiya sistemi formalaşdırılıb: "Sosial sığorta və pensiya sisteminin inkişafı bu sahədə tərəfdaşların aktiv iştirakından birbaşa asılıdır və ötən dövrə nəzər saldıqda Fond və Palatanın həmin istiqamətdə çox səmərəli əməkdaşlığa imza atdığını müşahidə edirik. Bu əməkdaşlıq Azərbaycanda fəaliyyət göstərən həm xarici, həm də yerli şirkətlər üçün optimal biznes mühitinin təşviq edilməsinə, ölkəmizdə çalışan əcnəbi vətəndaşların sosial sığorta, fərdi uçot və pensiya təminatı sistemi ilə əhatə olunması üçün qanunvericiliyin və təkmil mexanizmlərin formalaşdırılmasına öz töhvələrini verib".
DSMF sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsi olan sığorta-pensiya islahatları barədə məlumat verərək, "Azərbaycanda pensiya islahatları: yeni mərhələnin əsas hədəfləri" mövzusunda təqdimatla çıxış edib. O, həmçinin 2014-2020-ci illərdə perspektiv qiymətləndirmələr, sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üzrə strateji hədəflər barədə ətraflı məlumat verib. Bildirilib ki, yaxın perspektivdə başlıca hədəf pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi, əmək pensiyalarının yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və inkişaf etdirilməsi yolu ilə sığorta-pensiya sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlığına nail olmaqdır.
Sonda E.Mehdiyev tədbir iştirakçılarının suallarını cavablandırıb.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Mənim səmənilərim
Atmosferin quruluşu, əhəmiyyəti. Günəş radiasiyası
Dünyanın ən ağıllı robotu Türkiyəyə gedir
Dilimizə yeni sözlər daxil edilir
Kəvərli tart (foto resept)
Masa modelləri
Günün qoroskopu:Yaşananlara real baxın
Bu ölkə NATO-nun üzvü oldu
Qəlbim qırıldı...
"Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib
Məzəli portağal
Bergüzar Korel hamilədir?
Qorxulu film izləməklə arıqlaya bilərsiniz
Balqabağın sehrli gücü
Çağla Şikel görünüşü ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Azərbaycanda 5 gün iş olmayacaq
Alimlər xoşbəxtlik genini tapdı
Sevgiləri sabahlara saxlayanlara
İrina Şeykdən fərqli FOTO
Paylaşdığı FOTO ilə izləyicilərini qorxutdu
Toyda gəlinin paltarına uzanan it
Şüuraltını təmizləməyin yolları
Havayla bağlı ciddi XƏBƏRDARLIQ
Eynəkli xanımların makiyaj xətaları
Neftin qiyməti bahalaşdı
Dollar yerinə manatdan istifadə nə vəd edir?
Kartoflu qayğanaq (foto resept)
Almalı-kəsmikli gül peçenyesi (foto resept)
Cəfərinin faydaları
Mandarinin faydaları
Cinsi problemlərə yol açan duyğular
Saç reklamlarında bu hiylələrdən istifadə olunur - FOTO
Məşhur rus biznesmen Azərbaycandan üzr istədi
Qadınlar evlənmə təklifi edə bilərmi?
Hicri-qəməri və hicri-şəmsi təqvimlərin fərqi nədir?
Arıqlamaq üçün orijinal üsul
Kosmetik vasitələrdən istifadə qaydaları
Tavada "Lahmacun" (video-resept)
Möhtəşəm qış toyu üçün tövsiyələr
Toxumağı öyrənək. Dərs - 1
Düşmən texnikalarının məhv edilməsinin yeni görüntüləri yayıldı - VİDEO
Hava haqqında - 06.04.2014
HAVA necə olacaq?- 19 fevral
Yüz minlərlə insan dünya üçün küçələrə axışdı
Bu gün Xəyalə Muradın ad günüdür!
Pomidor qəlyanaltısı (foto-resept)
Sabah da qar və yağış yağacaq
“Best Model of the World” müsabiqəsinin ikincisi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Barak Obamanın mükafatlandırdığı azərbaycanlı qız
Evinizin tavanlarına rəng qatın















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]