Azərbaycanlı gənclərin nailiyyətləri, əlbəttə ki, hər birimizi sevindirir. Xarici ölkələrdə təhsil alan gənclərimizin vətəni layiqli şəkildə təmsil etmələri, üstəlik böyük insanların adları ilə aldıqları diplomlar Azərbaycan üçün qürur mənbəyidir. Milli.Az-ın Ans Press-ə istinadən məlumatına görə, 2007-ci ildə 5 yaşı olarkən Amerikan təlimli “Baku İnternational School" (BİS) məktəbində təhsil almaq şansı qazanan, 4-cü sinifdən “The İnternational School of Azerbaijan" (TİSA) məktəbində təhsilini davam etdirmək fikrinə düşən Muna Musayeva iki dəfə ABŞ-in prezidentiBarak Obama tərəfindən fəxri diplomla mükafatlandırılıb. Bu il 6-cı sinifi bitirən Muna yaşının az olmasına baxmayaraq 2009 və 2010-cu ildə təhsil aldığı məktəb rəhbərliyi tərəfindən bilikləri yüksək qiymətləndirilərək sənədləri Amerikaya göndərilir. Daha sonra isə azərbaycanlı qızın bilikləri yoxlanılıb və Barak Obamanın imzası ilə mükafata layiq görülür. Oxuduğu müddətdə daima digər yoldaşları arasında dərsə davamiyyəti, hazırcavablığı ilə fərqlənib. O, eyni zamanda məktəbin müəllim heyətinin rəğbətini qazanıb. Dərslərdə göstərdiyi yüksək intellektual bilik və bacarığı nəticəsində hər zaman digərlərlərindən seçilməyi bacarıb. Müəllimlər bir neçə il öncə onun savadını 14-15 yaşlı şagirdin biliklərindən daha yüksək olduğunu sənədləşdirib valideynlərinə təqdim ediblər. Ana dilindən əlavə ingilis, fransız və rus dillərində sərbəst danışan 12 yaşlı Muna asudə vaxtlarında da səmərəli işlərlə məşğul olmağı üstün tutur. O, az yaşlarında karate ilə də peşəkarcasına məşğul olub və yarışlarda qalib olaraq qara kəmər alıb.Ev heyvanlarına qarşı biganə olmayan Muna ötən il heyvanların qorunması üçün layihə hazırlayıb təklif irəli sürərək hər kəsi onlara kömək olmağa çağırıb. Məktəbi bitirdikdən sonra xarici ölkədə ali təhsil almaq fikrində olan Muna universiteti bitirdikdən sonra insanların dərdlərini bölüşmək, onların problemlərini üzə çıxarmaq, cəmiyyətə çatdırmaq istəyən savadlı jurnalist olmaq arzusunda olduğunu bildirib.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Göyəm salatı (foto resept)
Nar qabığının faydaları
Yaxşı insanların intiqamı
Həftə sonu üçün 5 hiylə
Ərdoğan ABŞ-ı seçim qarşısında qoydu
Geyim kombinasiyaları
ABŞ-dan İŞİD-ə “cəhənnəm odu”
“ASAN ödəniş” sistemi işə düşəcək
Stallone ailəsinin karantin əyləncəsi - FOTO
Nəfəs kəsən 3D küçə rəsmləri
Adi soyuqdəymə yaddaşı korlaya bilər
Koronavirusa yoluxan şahzadə karantin rejimini pozdu
WhatsApp istifadəçilərinə müjdə
Aslı Enver yeni FOTOsessiyada
Azərbaycanda kütləvi surətdə “DVB-T2” standartında yayıma keçid başlayıb
Müəllim işləmək istəyən kişilərin sayı artıb
Yeni konsepsiyaya görə Bakıda bu binalar söküləcək
Ruhani: “Ərdoğanın şeiri İrana qarşı yönəlməyib”
Evdən işləmək nisbəti artırılsın - Xəbərdarlıq
Qazandıqlarımız xaricilərin ciblərinə gedir
Filmi xatırladan real təbiət şəkilləri
Yeni “Batman”in “Coker”i o olacaq
Son 50 ildə görünməmiş həddə qar yağıb
Günəş enerjisi ilə işləyən Təyyarə ilk dəfə Stratosfer qatına qalxacaq - FOTO
Atanın qızı istəmədiyi oğlana verməyə ixtiyarı varmı?
Türkiyə PPK-nın "belini qırdı"
Pilates edərkən sümüklərinizi gücləndirin
Bundesliqada XVI tura start verildi
HAVA necə olacaq?
Beren Saat bir dəri, bir sümük qalıb - FOTO
2014-cü ilin geyim trendləri
Kəvərli pizza (foto resept)
Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs... - VİDEO
Şeyma Subaşı ETİRAF ETDİ-FOTO
Rusiya qondarma soyqırımın inkarına görə qanunu geri qaytardı
Valyuta ilə bağlı rəsmi açıqlama
Sağlam saçlara qovuşmağın yolları
Uşaqlara qiraəti sevmək üçün necə kömək etməli?
Liderlər və ağıl xəstəlikləri (1)
"Yarım kalan aşklar" serialının ilk tanıtım çarxı
Dünyanın ən kriminal şəhərləri
Saxta eynəkdənsə, eynəksiz gəzmək yaxşıdır
HAVA necə olacaq?-29 dekabr
Müvəffəqiyyətli qadınların sirləri
Çayın xeyiri və ziyanı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
"Instagram"da səsli mesaj funksiyası
Uşaq ayaqqabıları
Uşaqların sosial mediaya ehtiyacı yoxdur
Direktor olmaq istəyənlər, qaydalar dəyişdirilir















- ŞƏRHLƏR